Icma.az
close
up
RU
Azərbaycan aktiv vasitəçiyə çevrilir: Bakıdakı görüş ölkəmizin siyasi nüfuzunu göstərir

Azərbaycan aktiv vasitəçiyə çevrilir: Bakıdakı görüş ölkəmizin siyasi nüfuzunu göstərir

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Türkiyə və İsrail arasında münasibətlərinin normallaşması üçün Azərbaycan yenidən təşəbbüs göstərib. Hər iki ölkə arasında Bakıda diplomatik danışıqlar aparılıb. 


Sfera.az xatırladır ki, Azərbaycan əvvəl də Türkiyə və İsrail arasında münasibətlərin normallaşması üçün aktiv vasitəçilik edib. Azərbaycanın bu köməkliyi fayda verib və hər iki ölkənin müasibətlərindəki gərginlik aradan qalxmışdı.


Rəsmi Bakı Türkiyə və Rusiya arasında əvvəllər yaranmış siyasi gərginliyin aradan qalxmasına da mühüm töhfə vermişdi. Suriya Türkiyə sərhəddində Rusiyaya aid olan döyüş təyyarəsinin Türkiyə silahlı qüvvələri tərəfindən vurulmasından sonra münasibətlər xeyli dərəcədə pisləşmişdi. Məhz həmin dövrdə Azərbaycan iki ölkənin diplomatik nümayəndələrinin bir araya gəlməsində öz dəstəyini göstərmişdi.  


Azərbaycanın yenidən Türkiyə və İsrail arasında vasitəçilik missiyasını yerinə yetirməsi rəsmi Bakının regional diplomatiyada mühüm rol oynamasının nümayişidi, təsdiqidir. Bu, həm də Azərbaycanın sadəcə Cənubi Qafqaz regionunda deyil, eləcə də Yaxın Şərqdə artan nüfuzunu təzahürüdür. 


Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımovun fikrincə, Azərbaycanın bu danışıqlara ev sahibliyi etməsi təsadüfi deyil, əksinə, onun etibarlı tərəfdaş və neytral vasitəçi kimi tanınmasının nəticəsidir. Politoloq bildirib ki, Azərbaycan 2022-ci ildən etibarən Türkiyə-İsrail münasibətlərinin normallaşmasına töhfə verib:


“Türkiyə və İsrail Azərbaycana ən yaxın müttəfiq və tərəfdaş olan ölkələrdir. Onlar arasında hər hansı gərginlik Azərbaycanın maraqlarına uyğun deyil. Məhz bu səbəbdən Azərbaycan 2022-ci ildə tərəflər arasında vəziyyət gərgin olanda vasitəçilik etməklə bu münasibəti tənzimləmiş və normallaşma prosesinə ciddi töhfə vermişdi. Bu səylərin nəticəsində İsrail prezidenti Türkiyəyə səfər etmiş, İsrailin baş naziri cənab Ərdoğanla görüşmüş və normallaşma prosesi başlamışdı”.
Lakin 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumu ilə bu münasibətlər yenidən sarsıldı və gərginlik artdı. O.Qasımovun sözlərinə görə, bu gərginliyi yumşaltmaq məqsədilə Azərbaycan bir daha təşəbbüs göstərərək danışıqlar üçün platforma yaratdı:


“Azərbaycan yenidən bu vasitəçilik missiyasını həyata keçirir və bu missiya həm Türkiyə, həm İsrail, həm də ABŞ tərəfindən yüksək qiymətləndirilir. Bakıda keçirilən görüş Azərbaycanın siyasi nüfuzunun və etibarlı tərəfdaş olmasının göstəricisidir. Bu, həm də o deməkdir ki, Türkiyə və İsrail Azərbaycana tam şəkildə etimad edirlər”.


Politoloq əlavə edib ki, Türkiyə-İsrail münasibətlərindəki gərginlik regionun sabitliyinə mənfi təsir göstərir və bu səbəbdən Azərbaycanın vasitəçilik səyləri yalnız ikitərəfli deyil, regional əhəmiyyət daşıyır:


“Əgər Türkiyə və İsrail münasibətləri normallaşacaqsa, bu, Yaxın Şərqdə müsbət mənada ciddi təsir edə bilər. Azərbaycan bu danışıqlara həm strateji maraqlar baxımından, həm də regionda sabitliyin tərəfdarı kimi yanaşır”.


Danışıqların regiondakı digər güclərə – İran, Rusiya və ABŞ-yə verdiyi siqnallara gəlincə, Qasımov belə izah edir:


“İranın marağı ondan ibarətdir ki, İsrail və Türkiyə arasında münasibətlər gərgin olsun. Çünki bu, İranın təhlükəsizlik arxitekturasında özünü daha üstün mövqedə hiss etməsinə imkan verir. Rusiya da regionda nüfuzunu qorumaq üçün müəyyən qədər gərginliyin davam etməsində maraqlıdır. ABŞ isə bu normallaşma prosesində Azərbaycanın rolunu yüksək qiymətləndirir”.


Politoloq hesab edir ki, Azərbaycanın vasitəçiliyi ölkənin beynəlxalq nüfuzuna da müsbət dividentlər qazandırır:


“Azərbaycanın bu vasitəçilik missiyası onun dünyada artan nüfuzuna və beynəlxalq proseslərdəki iştirakına müsbət mənada təsir edir.
Bakı diplomatiyasının bu addımı, Azərbaycanın regional güc və etibarlı diplomatik platforma statusunu daha da möhkəmləndirir. Türkiyə-İsrail münasibətlərində sabitliyin bərpa olunması isə yalnız bu iki ölkə üçün deyil, ümumilikdə Yaxın və Orta Şərq regionu üçün də əhəmiyyətli müsbət nəticələr vəd edir".


Qeyd edək ki, İsrail mediasının məlumatına görə, Bakı toplantısının ilk raundu nəticəsiz başa çatıb. Ancaq tərəflər razılaşıblar ki, müzakirələr yəhudilərin Pasxa bayramı başa çatdıqdan sonra – yəni aprelin 19-dan etibarən davam etdirilsin.


Bəsti Rəfizadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Aprel 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri