Azərbaycan alimi dünya ədəbiyyatının klassikləri haqqında araşdırma aparıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 26 fevral, AZƏRTAC
Niderlandın humanitar elmlər, şərqşünaslıq və tarix sahələri üzrə dünyanın ən nüfuzlu akademik nəşriyyatlarından biri sayılan “Brill” (Brill Academic Publishers) tərəfindən xüsusi buraxılış işıq üzü görüb. “Nizami və Dante yaradıcılığındakı kəsişmələrin tədqiqi” adlı bu topluda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimlinin “Dünya ədəbiyyatının İpək Yolunda səkkiz dayanacaq: Konfutsidən Puşkinə qədər” başlıqlı məqaləsi yer alıb.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, məqalədə dünya mədəniyyətinin universal zəncirini təşkil edən dahi mütəfəkkirlərin – Konfutsi, Firdovsi, Nizami Gəncəvi, Mövlanə Rumi, Dante, Şekspir, İohann Volfqanq Höte və Aleksandr Puşkinin yaradıcılığı təhlil olunub. Müəllif tarixi-müqayisəli metodlardan istifadə edərək fərqli dövrlərdə və coğrafiyalarda yaşamış bu dühaların düşüncə tərzindəki yaxınlığı və ortaq bəşəri dəyərləri araşdırıb.
Qeyd edək ki, 1683-cü ildən fəaliyyət göstərən və elmi nəşrlərinə ən çox istinad olunan platformalardan biri olan “Brill” nəşriyyatının bu xüsusi buraxılışı “Ədəbiyyatın və incəsənətin dərki” seriyasının II cildi kimi çap edilib. Nəşrin məsul redaktorları professorlar Rahilə Qeybullayeva, Nunzio Rujiera və Mariya Tereza Giaveridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 26 Fevral 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















