Icma.az
close
up
RU
Azərbaycan ədəbiyyatının incilərindən biri

Azərbaycan ədəbiyyatının incilərindən biri

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalq yazıçısı Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı İspaniyada nəşr olunub. "Editorial Confluencias" nəşriyyatında işıq üzü görən kitabın tərcüməçiləri Rəhimə Məmmədova, Jalə Qənbərli, Aynur Quliyeva, Gülnar Mustafayeva, Aytən Əliyeva, Dürnisə Ağayeva, Nurida Aslanova və Günel Qəmbərova, redaktorlar Leonardo Caro Calvo, Maynor Cruz və Carlos M. Castrodur.

Kitabın ön sözünü İstanbulda Servantes İnstitutunun direktoru Fernando Vara de Rey yazıb. 

İspan ədəbi resursları əsəri müasir Azərbaycan ədəbiyyatının incilərindən biri kimi xarakterizə edib:

""Yarımçıq əlyazma" müasir Azərbaycan ədəbiyyatının ən böyük romanlarından biridir. Əsər mifi, fəlsəfəni, tarixi yaddaşı və siyasi düşüncəni mürəkkəb bir narrativ arxitekturada birləşdirir. Qədim türk dastan ənənələrindən və "Kitabi-Dədə Qorqud" dünyasından ilhamlanan bu roman itirilmiş əlyazmaların, çoxsaylı səslərin və ziddiyyətli hekayələrin hökm sürdüyü parçalanmış bir dünyanı yenidən qurur. Kamal Abdulla sıx simvolik və poetik yazı üslubu ilə həm Şərq ənənəsi, həm də müasir Avropa romanı ilə dialoq quran bir əsər yaradıb. Roman oxucuya "mütləq bir həqiqətə çatmağın qeyri-mümkünlüyünü" və tarixin necə nisbi olduğunu göstərir".

Çoxsaylı və parçalanmış hekayə xətlərinə görə əsər İspaniya mətbuatında həm də intellektual detektiv roman - əsrarəngiz tapmacanın həlli kimi xarakterizə olunur. 

Nəşriyyatın ədəbi heyəti isə Kamal Abdullanın yazı üslubunu yüksək simvolik və poetik sıxlığa malik üslub kimi dəyərləndirib: "Müəllif dilin və gücün insan kimliyinə təsirini dərin simvollarla işləyə bilib və bu, əsəri sıradan bir tarixi roman olmaqdan çıxararaq, dünya səviyyəli fəlsəfi nəsr səviyyəsinə qaldırıb".

Fernando Vara de Rey ön sözdə qeyd edib ki, romanın ispan dilində ilk nəşri iki ölkə və iki ədəbi ənənə arasında yaxınlaşmanı simvolizə edən mühüm bir hadisədir: "Region üzrə Servantes İnstitutunun direktoru kimi mənə bu iki mədəniyyəti bir-birinə yaxınlaşdırmaq missiyası həvalə olunub və "Yarımçıq əlyazma"nı oxumaq  mənə Kamal Abdullanın nəqletmə ritmini, geniş biliyini, eləcə də müasir, inkişaf edən Azərbaycanın keçmişini tanımaq imkanı verdi. Ümid edirəm ki, mənim kimi, İspaniya və İberoamerika oxucularının da çoxu "Yarımçıq əlyazma"da ədəbiyyata açılan son dərəcə cəlbedici qapını tapacaqlar".

"Yarımçıq əlyazma" İspaniyanın ən böyük kitab mağazaları şəbəkəsi olan "Fnac Espa?a", eləcə də "Casa del Libro" və "Editorial Confluencias" nəşriyyatının rəsmi platformalarında satışdadır. 

Müəllif Kamal Abdulla romanın İspaniyada çap olunmasını belə qiymətləndirib: "Yarımçıq əlyazma"nın İspaniyada - Servantesin dilində çap olunması mənim üçün ədəbi xoşbəxtlikdir".

Qeyd edək ki, Kamal Abdullanın ədəbi-bədii irsində vacib yer tutan roman yaradıcılığı "Yarımçıq əlyazma" ilə başlayıb. Müasir Azərbaycan ədəbiyyatında hadisə sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas və tənqidçilərin bədii-estetik səviyyəsinə, ədəbi siqlətinə görə yüksək nümunə kimi dəyərləndirdiyi bu əsər Bakıda ilk dəfə 2004-cü ildə çap olunub.

"Yarımçıq əlyazma"nın ədəbi taleyi təkcə Azərbaycanla bağlı olmayıb. Roman Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro və Yaponiyada çap olunub.

Azərbaycanda müxtəlif ödüllər alan roman 21 sentyabr 2015-ci ildə İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi "Scanno" mükafatının ("Skanoprize") ədəbiyyat üzrə xüsusi prizini ölkəmizə gətirib.

Xüsusilə qeyd etmək lazımdır ki, bu əsər çap olunduğu xarici ölkələrdə uğurlu nəşr həyatı yaşayaraq müxtəlif illərdə Fransada (2003, 2005), Türkiyədə (2006, 2014), Rusiyada (2006, 2013), İtaliyada (2014, 2015) təkrar çap edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Oktyabr 2026 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri