Icma.az
close
up
RU
Azərbaycan ədəbiyyatının böyük itkisi

Azərbaycan ədəbiyyatının böyük itkisi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar: “Mənim üçün çox böyük itki, çox böyük ağrıdır. İndiyə qədər özümə gələ bilməmişəm. Bir yazı da yazmışam, “Ədəbiyyat qəzeti”ndə çıxacaq.

Mənim bir neçə yaxın dostum var, hamısı mənə əzizdir, onları heç vəchlə bir-birinə qarşı qoymaq istəməzdim. Amma atamın vəfatı günündə də, anamın keçindiyi gecədə də yadıma ilk düşən Elçin oldu...

Söz sənətimizi həm yazdığı bədii əsərlərlə zənginləşdirən, həm də başqa yazıçılarımızın, o sıradan gənc qələm sahiblərinin yazılarını mütəmadi izləməsilə, onları obyektiv və nüfuzlu dəyərləndirməsilə seçilən ədəbiyyat adamıdır. Müxtəlif işlərdə çalışmasına rəğmən vaxt və imkan tapıb mətbuatı bu qədər diqqətlə izləməsi, Azərbaycanda, Rusiyada, Türkiyədə çıxan kitabları mütaliə etməsi, dünya ədəbiyyatının həm klassik, həm də ən yeni örnəklərinə dəyişməz marağı – Elçinin qibtə ediləcək özəlliyi idi.

Böyük nasiri, dramaturqu, tənqidçini, ictimai xadimi, qayğıkeş ailə başçısını itirdik. Mən isə bizim nəsildən olan sonuncu yaxın dostumu itirdim”.

Şeyxülislam Hacı Allahşükür Paşazadə: “Elçin müəllim uzun illər siyasi və ədəbi fəaliyyətində dövlətimizə və xalqımıza xidmət edərək, hamının dərin məhəbbətini qazanmışdır. Bu böyük zəhmət tələb edən fəaliyyət nə qədər çətin olsa da, bir o qədər də şərəflidir. Belə zəngin fəaliyyət təkcə xalqın yaddaşına və tarixin səhifələrinə yazılmaqla bitmir, həm də milli mədəniyyətin inkişafına və ölkənin rifahının yüksəlməsinə xidmət etdiyi üçün savab əməl kimi Aləmlərin Rəbbi tərəfindən də yüksək dəyərləndirilir. “Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz. Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!” (Ali-İmran, 115)”.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev: “Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli simalarından biri, tanınmış yazıçı və dövlət xadimi Elçin Əfəndiyevin vəfatı xəbərini dərin kədərlə qarşıladım. O, Azərbaycan və bütün Türk dünyasının ədəbi irsinə misilsiz töhfə verib. Elçin Əfəndiyevi Türk dünyasının ən tanınmış qələm ustalarından biri idi və onun yaradıcılığı xalqın yaddaşında dərin iz buraxmışdır. “Mahmud və Məryəm”, “Ağ dəvə” və “Ölüm hökmü” kimi əsərləri çox məşhur idi.

Elçin Əfəndiyev xalqına yalnız qələmi ilə deyil, həm də dövlət xidmətindəki vəzifə borcunu yerinə yetirməklə xidmət etmiş, Azərbaycanın mədəni inkişafında və Türk dünyasının birlik ruhunun möhkəmləndirilməsində mühüm rol oynamışdır. Yazıçının ailəsinə, yaxınlarına, Azərbaycan xalqına və bütün Türk dünyasına başsağlığı verirəm”.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli: “Еlçin yаrаdıcılığı kimi özü də pаrlаq, səmimi bir insаndır. Çохlu dоstlаrı, tаnışlаrı vаr. Еv-еşiyi һəmişə qоnаq-qаrаlı оlub. Оnа görə “оlub” dеyirəm ki, ictimаi, dövlət vəzifələri оnu yахınlаrındаn, dоstlаrındаn, һəttа yаrаdıcılığındаn bеlə qismən uzаq sаlıb. О, bir müddət Rеspublikа Yаzıçılаr İttifаqının kаtibi оlub, qələm sаһiblərimizə yахın sirdаşlıq, məsləһətçilik, yоlgöstərənlik еdib. Sоnrа “Vətən” cəmiyyətinin sədri kimi fəаliyyət göstərən Еlçin müstəqil Аzərbаycаnımızın bеynəlхаlq аləmdə аtdığı ilk аddımlаrdа yахındаn iştirаk еdib.Allah o dünyasını versin”.

Xalq yazıçısı, akademik Kamal Abdulla: “Elçin Azərbaycan ədəbiyyatını dünyada təmsil edən şəxsiyyətdir. O, çoxsaylı əsərləri ilə oxucuların qəlbini çoxdan fəth edib. Elçin yeni baxış bucağının yazıçısıdır. Onun hər hansı əsəri bəzən çox üst qatda yüksək intellektual potensialın bərqərar olduğu bir bədii məkandır. Elçin ədəbiyyatımızda görülməyən işləri görən səhmanlayıcıdır. Onun sözün əsl mənasında, titanik və yorulmaz fəaliyyəti çoxumuz üçün ibrətli və eyni zamanda, mənəvi-məntiqi boşluqları doldurmağa yönəlmiş işıqlı bir energiyaya qoşulub. Və nəhayət, Elçin sözünün arxasınca düşüb, haralara getmək mümkün imiş. Elçin ötürücüdür. Böyük dünya mədəniyyətinə, saflığa, işığa yönəldən dramaturqdur. Elçin Azərbaycan ədəbiyyatından Ədəbiyyata sıçrayış etməyi bacarmış bir sənətkardır. Adı artıq Azərbaycan ziyalılığının qızıl fonduna düşmüş bir sənətkardır”.

Akademik Nizаmi Cəfərоv: “Məlum olduğu kimi, “Elçinin yaradıcılığı” anlayışı nə qədər genişmiqyaslıdırsa, o qədər də çoxşaxəlidir: Elçin yazıçı, ədəbiyatşünas-alim, publisist, ictimai xadim (və dövlət xadimi) idi – bu sahələrin hər birində böyük nüfuz qazanmışdı. Ancaq özünün də dəfələrlə etiraf etdiyi kimi, ilk növbədə, yazıçı idi... Elçinin yazıçı üslubuna onun alimliyi, publisistliyi, ictimai (və dövlət) xadimliyi nə qədər təsir edirdisə, İnsan (Şəxsiyyət!) kimi son dərəcə səmimiliyi, ünsiyyətcilliyi, ədəbi istiqanlılığı da o qədər (bəlkə də, daha çox) təsir göstərirdi...

Еlçinin ədəbi-tənqidi məqаlələri ədəbi-bədii fаktа аnаlitik münаsibət nümunəsidir, mən bunu bütün məsuliyyəti ilə dеyərəm, bu məqаlələrdə təһlilin sоsiаl plаnı dа vаr, zаmаn һəssаslığı dа; milli əyаnilik də vаr, tipоlоji istinаd dа; nоrmаtivliyi nəzərə аlmаq dа vаr, fərdi üslub fаktınа eһtirаm dа; nəһаyət, müəllifin öz təbiri ilə dеsək, iddiа dа vаr, imkаn dа. Azərbaycan (və ümumən dünya) ədəbiyyatının klassik bir hadisə-fenomeni var: Elçinin yaradıcılığı!.. Və əsas bir də odur ki, bu yaradıcılığın diaxroniyası ilə sinxroniyası arasında çox güclü (və təbii!) əlaqə mövcuddur...”

Ədəbiyyatşünas, filologiya elmləri doktoru Vaqif Yusifli: “Böyük itki... Azərbaycan ədəbiyyatında doğrudan da böyük itki baş verdi. Nəinki ədəbiyyatımıza, bütün xalqımıza...

Onunla bağlı çoxlu xatirələrim var. 1979-cu ilin 26 oktyabrında mən Nizami adına Ədəbiyyat İnstitutunda filologiya elmlər namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə edirdim. Elçin mənim opponentim oldu. Və həmin rəyini “Ədəbiyyat” qəzetində də dərc etdirdi. Sonralar biz tez-tez görüşürdük: Yazıçılar İttifaqında, ədəbi məclislərdə, “Vətən” cəmiyyətində, Nazirlər Kabinetində. Həmişə çalışırdı ki, mənə nədəsə kömək etsin, qayğı göstərsin. Ancaq bizim münasibətlərimiz bu qayğılardan, bu sevgilərdən qat-qat uca idi – bizi ədəbiyyata sonsuz məhəbbət birləşdirirdi. O, başdan ayağa söz adamı idi. 1999-cu ildə mən və qardaşım Cavanşir Yusifli Elçinin yaradıcılığı haqqında “Bu nə sehirdir belə” monoqrafiyasını çap etdirdik. Bir tənqidçi kimi mən Elçinin yaradıcılığı haqqında 10-a qədər məqalə yazmışam. Elçin də mənim tənqidçilik fəaliyyətim haqqında 2 məqalə qələmə alıb. Elçin bizim ədəbi nəslin sözün əsl mənasında hamisi idi.

***

Xalq yazıçısı Elçin bizim qəzetimizin də dostu idi. Keçən il Azərbaycan Yazıçılar Birliyinin 90 illiyi ərəfəsində ondan müsahibə almışdıq. Ona daha doğma olan bu məkan haqqında hələ uşaqlıq illərindən üzübəri xatirələrini bölüşmüşdü. İmran Qasımov, Mirzə İbrahimov, Balaş Azəroğlu, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Cabir Novruz, İshaq İbrahimov kimi unudulmaz həmkarlarımla birlikdə Yazıçılar İttifaqında katib işlədiyini xatırlamış, Əbülqasım Hüseynzadə, Qulam Məmmədli, Əli Səbri, bilavasitə təmasda olduğu Əli Vəliyev, Süleyman Rəhimov, Əbülhəsən, Süleyman Rüstəm, Rəsul Rza, Osman Sarıvəlli, Əhməd Cəmil, bir çox başqa yazıçı və şairlərlə təmaslarını yada salmışdı.

Ötən ayın 13-də isə qəzetimizdə Elçinlə “Deyəsən, dünya bəşəri dəliliyə gedir?!” adlı bir səhifəlik maraqlı müsahibə dərc olunmuşdu. “XQ” üçün silsilə məqalələr yazmağa da söz vermişdi, təəssüf...

Son vaxtlar bağda qalırdı. Telefon söhbətlərimizin birində ona dedim ki, qəzetimizin 105 illiyi ilə bağlı araşdırma yazısında atası, unudulmaz Xalq yazıçısı İlyas Əfəndiyevin vaxtilə “Kommunist”də çıxan yazılarını da adbaad xatırlamışıq. Elçin müəllim təşəkkür edərək: “Xahiş edirəm, o qəzetdən birini ayırın, – dedi. – Sürücümü göndərərəm, götürər. Atamın yenidən işlənən biblioqrafoyasına daxil edərəm”. Amma görünür, xəstəliklə mübarizəsi üzündən onun üçün ayırdığımız həmin qəzeti alıb oxuması mümkün olmadı...

Bu gün artıq işıqlı xatirəyə dönən Xalq yazıçısı Elçin ölməz əsərlərində, bir də onu tanıyanların yaddaşında yaşayacaq.

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see306

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see178

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see141

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see137

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see130

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see128

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see126

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see125

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see124

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see124

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see123

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see122

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see121

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see120

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see118

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see117

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri