Icma.az
close
up
RU
Azərbaycan Almaniya beynəlxalq arxeoloji ekspedisiyasının elmi seminarı keçirilib

Azərbaycan Almaniya beynəlxalq arxeoloji ekspedisiyasının elmi seminarı keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 oktyabr, AZƏRTAC

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda “Qarabağ düzənliyi eramızdan əvvəl IV-III minilliklərdə: yeni anlayışlar” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bildirib ki, elmi seminar Almaniya Arxeologiya İnstitutu ilə ortaq tədqiqat layihəsinin nəticələrinə həsr edilib.

“AMEA Arxeologiya və Antropologiya İnstitutunun Neolit və Xalkolit dövrü arxeologiyası şöbəsinin müdiri dosent Xəqani Alməmmədovun və tərəfdaşımız olan Almaniya Arxeologiya İnstitutunun əməkdaşı Mark İserlisin və həmrəhbər olduqları beynəlxalq ekspedisiya bir neçə ildir ki, Qarabağ ərazisində xalkolit (eneolit/mis-daş) dövrü abidələrində arxeoloji tədqiqat aparır. Tədqiqat multidisiplinar xarakterlidir, qarşıda biz müxtəlif yönlü laborator analizlərin cavablarını gözləyirik”, – deyə Fərhad Quliyev bildirib.

Dosent Xəqani Alməmmədov çıxışında deyib ki, tədqiqatlar əsasən eramızdan əvvəl IV – III minilliyə aid abidələri əhatə edir. Həmin dövr əsasən Leylatəpə, Kür-Araz və Bedeni adı ilə tanıdığımız arxeoloji mədəniyyətlərin Cənubi Qafqazda yayılması ilə xarakterizə olunur. X.Alməmmədov Xalkolit dövrü Leylatəpə mədəniyyətini kəşf etmiş mərhum professor İdeal Nərimanovun apardığı tədqiqatlardan söz açıb. Qeyd edib ki, 2010-cu ildən etibarən bir neçə mərhələli sistematik tədqiqatlar aparılıb. Həmin mərhələlərdə Leylatəpə keramikası üzərində müxtəlif xarakterli laborator analizlər aparılıb və nəticələr həmdövr Mesopotamiya və Maykop (Şimali Qafqaz) materialları ilə müqayisə edilib, tədqiqatlar nəticəsində Qarabağın işğal edilməmiş ərazilərində 310-dan yuxarı abidə qeydə alınıb və xəritələşib. “2022-ci ildə biz Almaniya Arxeologiya İnstitutu ilə “Qarabağın Leylatəpə fenomeni” adlı tədqiqat layihəsi üzrə müqavilə bağlayıb tədqiqatlara başladıq” – deyə X.Alməmmədov bildirib.

Sonra Almaniya Arxeologiya İnstitutunun əməkdaşı doktor Mark İserlis diqqətə çatdırıb ki, Qarabağ düzündə xalkolit abidələrinin müəyyən edilməsi dünya arxeologiyasında hələ dərindən öyrənilməmiş və eyni zamanda böyük elmi əhəmiyyətə malik bir mövzudur. Layihə çərçivəsində Leylatəpə, Sarıcalı-2 (Ağdam rayonu) və Canavartəpə (Ağcabədi rayonu) abidələri tədqiq edilir. M.İserlis “Leylatəpə fenomeni” anlayışının mahiyyətinin dəqiqləşdirilməsi, xronoloji çərçivələrin regiona görə müəyyənləşdirilməsi kimi məsələlərin onların qarşısında durduğunu bildirib. Qeyd edilib ki, Leylatəpə maddi mədəniyyətinin sistematik təsviri, sistemləşdirilmiş tarixlənməsi yoxdur. Leylatəpə və Sarıcalı-2 abidələrinin təsərrüfat işləri zamanı ciddi ziyan çəkməsinə baxmayaraq müəyyən edilib ki, Canavartəpə abidəsi onlardan öz memarlığına, dəfnlərin çoxluğuna və digər parametrlərinə görə fərqlənir.

Mark İserlis Canavartəpə abidəsində mühüm kəşflərdən biri kimi kretulaların tapılmasını vurğulayıb. Kretula – qablarda və ya kisələrdə saxlanılan əşyaların, ərzaqların toxunulmazlığını göstərən gil plombdur. Plomblara, üzərində zoomorf (məsələn, quş, maral və s.) təsvirlər olan möhürlər vurulurdu. Kretulalar artıq ticarət əlaqələrində inzibati nəzarət təsisatının olmasını göstərməkdədir.

Canavartəpə abidəsində Erkən Tunc dövründə Kür-Araz və Bedeni arxeoloji mədəniyyətlərinə aid qəbirlər də aşkar olunub. Ən maraqlı məlumatlar əsasən Almaniyada aparılan laborator arxeometrik tədqiqatlardan əldə edilib. Məlum olub ki, qoyun, iri buynuzlu qaramal, keçi və donuz əsas zülal mənbələri olub. Əhali maral və ceyranları da ovlayırmış. Həmçinin, xiyar (Luffa cylindrica L.) və yemiş (qovun) (Cucumis melo L.) toxumu qalıqları aşkar edilib. Digər tərəfdən, kömürləşmiş qida qalığının analizi xalkolit əhalisinin əsasən arpa və buğdadan hazırlanmış sıyıqlarla qidalandığını göstərməkdədir. Leylatəpə, Kür-Araz və Bedeni mədəniyyətlərinə aid insan qalıqlarının izotop, radiokarbon və genetik analizləri aparılmaqdadır.

Daha sonra Xəqani Alməmmədov və Mark İserlis seminar iştirakçılarının suallarını cavablandırdılar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri