Icma.az
close
up
RU
Münhendə Almaniya Azərbaycan İqtisadi Forumu keçirilib

Münhendə Almaniya Azərbaycan İqtisadi Forumu keçirilib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın Almaniyadakı Səfirliyi və Alman İqtisadiyyatının Şərq Komitəsinin birgə təşkilatçılığı, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun dəstəyi, Bavariya İqtisadiyyatı Assosiasiyası və Bavariya Şərq-Qərb İqtisadi Forumunun tərəfdaşlığı ilə 21 yanvar 2025-ci il tarixində Almaniyanın Münxen şəhərində “Yeni üfüqlərin araşdırılması: Alman şirkətləri üçün Azərbaycanda investisiya və əməkdaşlıq imkanları” mövzusunda Almaniya-Azərbaycan İqtisadi Forumu keçirilib.

Böyük sayda Bavariya şirkətlərinin qatıldığı tədbirdə açılış nitqini edən Bavariya İqtisadiyyatı Assosiasiyasının icraçı direktoru Bertram Brossardt, forumun ikitərəfli iqtisadi əlaqələrin daha da möhkəmlənməsi baxımından önəmini diqqətə çatdırıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Azərbaycanın getdikcə artan iqtisadi potensialı, Orta Dəhlizdə oynadığı rol və həyata keçirdiyi nəqliyyat-tranzit layihələri, enerji keçidi və yaşıl enerji sahəsində malik olduğu böyük potensial, Almaniya şirkətlərinin Azərbaycanda aktiv fəaliyyəti və digər aktual məsələlər barədə geniş məlumat verib. Almaniya ilə ticarət dövriyyəmizin ⅓-nin Bavariyanın payına düşdüyünü, 177 Bavariya şirkətinin ölkəmizlə biznes əlaqələrinin olduğunu qeyd edən diplomat, Bavariya şirkətlərini ölkəmizdə yaradılmış əlverişli biznes və sərmayə mühitindən daha da fəal şəkildə yararlanmağa dəvət edib.

Sonra Bavariyanın Avropa və beynəlxalq məsələlər üzrə dövlət naziri Erik Baysvenqer çıxış edərək, bir çox Bavariya şirkətlərinin xarici ölkələrdə uğurlu şəkildə fəaliyyət göstərdiyini, onların Azərbaycanda daha geniş fəaliyyəti məqsədilə imkanların öyrənilməsi üçün tədbirin uğurlu platforma rolunu oynaya biləcəyini bildirib.

Ələt Azad İqtisadi Zonasının (AFEZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov AFEZ-in unikal qanunvericiliyi, əlverişli coğrafi mövqeyi, maliyyə və qeyri-maliyyə imtiyazlar paketi, zəruri infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş istifadəyə hazır sənaye torpaq sahələri, nəqliyyat və logistika mərkəzləri haqqında ətraflı məlumat verərək, Almaniyanın, o cümlədən Bavariyanın ixrac yönümlü istehsal şirkətlərini AFEZ-ə yatırım imkanlarını nəzərdən keçirməyə dəvət edib.

Daha sonra tədbir “Əməkdaşlığın gücləndirilməsi: Almaniya və Azərbaycan şirkətləri üçün təşviqedici tədbirlər” mövzusunda panel müzakirəsi ilə davam edib. Müzakirələrdə AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Fariz Əliyev, AR Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru Yusif Abdullayev iştirak ediblər. İştirakçılar tərəfindən Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat qovşaqları üzərində yerləşməsi və regional əhəmiyyətli nəqliyyat layihələri, enerji potensialı, enerji keçidi və bu istiqamətlərdə həyata keçirilən dövlət siyasəti, xarici investorların, kiçik və orta sahibkarlıq subyektlərinin ölkədə fəaliyyəti üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verilib. Bu xüsusda, alman şirkətlərinin Azərbaycanda həyata keçirilən iqtisadi layihələrdə iştirakı üçün geniş imkanların olduğu diqqətə çatdırılıb.

Tədbir çərçivəsində “Uğur hekayələri: Azərbaycanda inkişaf edən alman şirkətləri” mövzusunda keçirilmiş ikinci panel sessiyasında “Falk Beratung” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Commerzbank” səhmdar cəmiyyətinin qlobal idxal bazarları üzrə direktoru Mixael Şvarts, “Schneider” şirkətlər qrupunun nümayəndəsi Tomas Mundri və “Ecovis” şirkətinin idarəedici tərəfdaşı Həşim Əliyev iştirak ediblər. Sessiyada Azərbaycanda uğurlu tərəfdaşlıqlar həyata keçirmiş alman şirkətlərinin təcrübələri ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Münhendə səfərdə olan Azərbaycan nümayəndə heyəti Bavariyanın Avropa və beynəlxalq məsələlər üzrə dövlət naziri Erik Baysvenqer ilə, eləcə də Bavariya İqtisadiyyat Nazirliyində görüşlər keçirərək, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri