Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

“Azərbaycan Almaniya Dostluq Həftəsi” keçiriləcək

“Azərbaycan Almaniya Dostluq Həftəsi” keçiriləcək

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Alman-Azərbaycan Cəmiyyətinin yaranmasının 35 illiyi ilə bağlı ölkəmizdə “Azərbaycan-Almaniya Dostluq Həftəsi”nin keçirilməsi planlaşdırılır.

525.az xəbər verir ki, iyunun 18-də start götürəcək və iyunun 22-dək davam edəcək dostluq həftəsi çərçivəsində iki ölkə arasında elm, mədəniyyət və idman sahəsində əlaqələrin inkişafına həsr olunmuş silsilə tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Bu barədə Alman-Azərbaycan Cəmiyyətindən məlumat verilib. Cəmiyyətdən o da bildirilib ki, paytaxtımızda və bəzi regionlarda düzənlənəcək dostluq həftəsində Almaniya, Türkiyə, Gürcüstan və Qazaxıstandan gələn nümayəndə heyətləri iştirak edəcək.

İyunun 18 və 19-da Alman-Azərbaycan Cəmiyyətinin dostu, məşhur futbol məşqçisi Bernd Ştangenin ölkəmizin idman ictimaiyyəti ilə görüşü keçiriləcək. Dünyaca ünlü futbol adamının tarixən almanların məskunlaşdığı Tovuz (Traubenfeld) rayonunu təmsil edən “Turan” futbol klubunda görüşü də nəzərdə tutulub.  

İyunun 19-da AMEA-nın Əlyazmalar İnstitutunda Azərbaycanı mühacirətdə tanıdan yazar Məhəmməd Əsəd Bəyin 120 illik yubileyi qeyd olunacaq. Həmin tədbir üçün dəvət olunan Türkiyəli yazıçı Orhan Aras və nəşriyyatçı Hans-Jürgen Maurer (Almaniya) Məhəmməd Əsəd Bəyin həyat və yaradıcılığı haqqında təqdimatla çıxış edəcəklər. Tədbir iştirakçıları və qonaqlar İçərişəhərdəki “Qurban Səid” restoranında məşhur yazıçının yaradıcılıq nümunələri ilə tanış olacaqlar.

İyunun 20-də isə Milli Azərbaycan Tarixi Muzeyində professorlar Oskar Valter və Həcər Verdiyevanın moderatorluğu ilə “Azərbaycan-Almaniya: ikitərəfli münasibətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayacaq. Konfrans iştirakçıları muzeylə tanış olduqdan sonra Azərbaycanda alman mədəni irsini əks etdirən fotosərgi ilə də tanış olacaqlar.

“Azərbaycan-Almaniya Dostluq Həftəsi”ndə iştirak etmək üçün Bakıya gələn qonaqlar iyunun 20-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində görüşü nəzərdə tutulub. Həmin gün axşam isə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında almaniyalı İda Haag, Aleksandr Hahn və Azərbaycanlı incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunacaq. Rəsmi hissədə Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev təşkilatın 35 il ərzində keçdiyi yol barədə danışacaq, iki ölkə arasında xidməti olan şəxslərə cəmiyyətin “Dostluq” medalı, “Yaşıl Budaqlar” mükafatı və diplomlar təqdim olunacaq.

İyunun 21-də qonaqlar Bakının Dağüstü Parkının ərazisində təşkilatın təsis etdiyi “Azərbaycan-Alman Dostluq Bağı” ilə tanış olacaqlar. Həmin gün İçərişəhərdə “Altşatdt” Qonaq Evində Alman-Azərbaycan Cəmiyyəti, Bavariyanın MDB məkanından köç etmiş Almanların Cəmiyyəti və Almaniya Azərbaycanlıları Alyansının üçtərəfli görüşü nəzərdə tutulub.  

Ertəsi gün Dostluq həftəsinin iştirakçılarının Gəncə şəhərinə Göygöl (Helenendorf) və Şəmkir (Anenfeld) rayonlarına səfəri də maraqlı proqramla zəngin olacaq. Səfər zamanı Göygöl rayon mərkəzində tarixən orada məskunlaşmış alman mədəni irsi ilə tanışlıq planlaşdırılıb. Şəmkir rayon mərkəzində yerləşən alman Lüteran Kilsəsində Alman və Azərbaycan incəsənət ustalarının konsert proqramı təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyun 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri