Türkiyə Azərbaycan dostluq konserti keçiriləcək
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və Beynəlxalq Muğam Mərkəzinin ev sahibliyi ilə Türkiyə və Azərbaycanın ortaq mədəni irsini universal musiqi dili vasitəsilə bir araya gətirən "Türkiyə-Azərbaycan Dostluq Konserti" keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə Bakı Yunus Əmrə İnstitutu məlumat yayıb. Bildirilib ki, konsertdə türk və Azərbaycan bəstəkarlarının seçilmiş əsərləri səslənəcək.
Proqramın xüsusi bölmələrindən biri C. Yazlarlının L. Bayramoğullarına həsr olunmuş fleyta, fortepiano və zərb alətləri üçün yazdığı "Fleytanın Səsi" əsərinin dünya premyerası olacaq. Konsert oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Bakı Yunus Əmrə İnstitutu, bütün sənətsevərləri Türkiyə və Azərbaycanın musiqi mədəniyyətlərini eyni səhnədə bir araya gətirən bu xüsusi konsertə dəvət edir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Azərbaycan Türkiyə dostluq qardaşlığı sarsılmazdır
06 Mart 2026 20:12
Azərbaycan Oman dostluq konserti keçirilib
05 İyun 2025 13:22
Azərbaycan Türkiyə qardaşlıq konserti: Bir millətin nəğməsi
18 May 2026 18:02
Qarsda “Azərbaycan Türkiyə qardaşlıq gecəsi” konserti keçirilib
22 May 2026 17:35
Azərbaycan Türkiyə: dünyaya örnək dostluq və qardaşlıq
05 Mart 2025 16:20
Baxış sayı:49
Bu xəbər 08 Oktyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















