Icma.az
close
up
RU
“Azərbaycan Almaniya Dostluq Həftəsi” keçiriləcək

“Azərbaycan Almaniya Dostluq Həftəsi” keçiriləcək

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Alman-Azərbaycan Cəmiyyətinin yaranmasının 35 illiyi ilə bağlı ölkəmizdə “Azərbaycan-Almaniya Dostluq Həftəsi”nin keçirilməsi planlaşdırılır. İyunun 18-də start götürəcək və iyunun 22-dək davam edəcək dostluq həftəsi çərçivəsində iki ölkə arasında elm, mədəniyyət və idman sahəsində əlaqələrin inkişafına həsr olunmuş silsilə tədbirlərin reallaşdırılması nəzərdə tutulur.
Bu barədə Reyting.az-a Alman-Azərbaycan Cəmiyyətindən məlumat verilib.
Cəmiyyətdən o da bildirilib ki, paytaxtımızda və bəzi regionlarda düzənlənəcək dostluq həftəsində Almaniya, Türkiyə, Gürcüstan və Qazaxıstandan gələn nümayəndə heyətləri iştirak edəcək.

İyunun 18 və 19-da Alman-Azərbaycan Cəmiyyətinin dostu, məşhur futbol məşqçisi Bernd Ştangenin ölkəmizin idman ictimaiyyəti ilə görüşü keçiriləcək. Dünyaca ünlü futbol adamının tarixən almanların məskunlaşdığı Tovuz (Traubenfeld) rayonunu təmsil edən “Turan” futbol klubunda görüşü də nəzərdə tutulub.
İyunun 19-da AMEA-nın Əlyazmalar İnstitutunda Azərbaycanı mühacirətdə tanıdan yazar Məhəmməd Əsəd Bəyin 120 illik yubileyi qeyd olunacaq. Həmin tədbir üçün dəvət olunan Türkiyəli yazıçı Orhan Aras və nəşriyyatçı Hans-Jürgen Maurer (Almaniya) Məhəmməd Əsəd Bəyin həyat və yaradıcılığı haqqında təqdimatla çıxış edəcəklər.
Tədbir iştirakçıları və qonaqlar İçərişəhərdəki “Qurban Səid” restoranında məşhur yazıçının yaradıcılıq nümunələri ilə tanış olacaqlar.
İyunun 20-də isə Milli Azərbaycan Tarixi Muzeyində professorlar Oskar Valter və Həcər Verdiyevanın moderatorluğu ilə “Azərbaycan-Almaniya: ikitərəfli münasibətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayacaq. Konfrans iştirakçıları muzeylə tanış olduqdan sonra Azərbaycanda alman mədəni irsini əks etdirən fotosərgi ilə də tanış olacaqlar.
“Azərbaycan-Almaniya Dostluq Həftəsi”ndə iştirak etmək üçün Bakıya gələn qonaqlar iyunun 20-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində görüşü nəzərdə tutulub. Həmin gün axşam isə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında almaniyalı İda Haag, Aleksandr Hahn və Azərbaycanlı incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunacaq.
Rəsmi hissədə Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev təşkilatın 35 il ərzində keçdiyi yol barədə danışacaq, iki ölkə arasında xidməti olan şəxslərə cəmiyyətin “Dostluq” medalı, “Yaşıl Budaqlar” mükafatı və diplomlar təqdim olunacaq.
İyunun 21-də qonaqlar Bakının Dağüstü Parkının ərazisində təşkilatın təsis etdiyi “Azərbaycan-Alman Dostluq Bağı” ilə tanış olacaqlar. Həmin gün İçərişəhərdə “Altşatdt” Qonaq Evində Alman-Azərbaycan Cəmiyyəti, Bavariyanın MDB məkanından köç etmiş Almanların Cəmiyyəti və Almaniya Azərbaycanlıları Alyansının üçtərəfli görüşü nəzərdə tutulub.
Ertəsi gün Dostluq həftəsinin iştirakçılarının Gəncə şəhərinə Göygöl (Helenendorf) və Şəmkir (Anenfeld) rayonlarına səfəri də maraqlı proqramla zəngin olacaq. Səfər zamanı Göygöl rayon mərkəzində tarixən orada məskunlaşmış alman mədəni irsi ilə tanışlıq planlaşdırılıb. Şəmkir rayon mərkəzində yerləşən alman Lüteran Kilsəsində Alman və Azərbaycan incəsənət ustalarının konsert proqramı təqdim olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 İyun 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri