Icma.az
close
up
AZ
Menu

Минобороны России может утилизировать единственный авианосец

Расширен перечень единых индексов, установленных для госорганов Азербайджана

Сирия идет против Хезболлы неожиданный поворот

Во Франции против соцсети Маска возбудили уголовное дело

Афганистан и Казахстан заключили меморандум о создании Трансафганской железной дороги

Рафиев: Война в Украине наносит серьёзный ущерб миру и безопасности в регионе

Пашинян собрал соратников в Горисе

ЕК уговаривает Словакию одобрить санкции против России

Грузия не пускает грузовики со сжиженным газом для Армении

Жительница Азербайджана скончалась после инъекции

Немецкого сатирика ждет суд за шутку о покушении на Трампа

Объем транзитной транспортировки нефти по БТД в этом году сократился более чем на 13%.

ФИФА и Реал достигли соглашения о проведении финала ЧМ 2030 в Мадриде

Взрывы в Киеве

В ближайшие дни начнется второй этап сдачи оружия РПК

Глава МО Польши Косиняк Камыш: Украина должна признать Волынскую резню

Азербайджан и Китай усиливают железнодорожное партнёрство ФОТО

Nuclear power stages comeback in global energy outlook OPEC

Azerbaijan faces decline in rail freight amid rising passenger traffic in 6M2025

EIA forecasts lower summer drawdown in U.S. coal inventories

Azərbaycan Almaniya münasibətləri bu gün geniş sahələri əhatə edən əməkdaşlıq çərçivəsində inkişaf edir Azər Qarayev

Azərbaycan Almaniya münasibətləri bu gün geniş sahələri əhatə edən əməkdaşlıq çərçivəsində inkişaf edir Azər Qarayev

Согласно сайту Day.az, передает Icma.az.

Azərbaycan və Almaniya arasında münasibətlər tarixi köklərə malikdir və bu gün geniş sahələri əhatə edən əməkdaşlıq çərçivəsində inkişaf edir. İki ölkə arasında siyasi, iqtisadi, enerji, sosial və mədəni sahələrdə əlaqələr getdikcə güclənir. Xüsusilə 2025-ci il aprelin 3-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya səfəri bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Day.Az bildirir ki, bunu Trend-ə  açıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycan və Almaniya arasındakı siyasi münasibətlər yalnız ikitərəfli çərçivədə deyil, həm də müxtəlif beynəlxalq platformalar çərçivəsində fəal irəliləyir. Almaniya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və Avropa İttifaqı çərçivəsində Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlıdır. Azərbaycan-Almaniya diplomatik münasibətləri 1992-ci ildə qurulub və o vaxtdan bəri mütəmadi olaraq yüksək səviyyəli görüşlər keçirilib. 2025-ci il aprelin 3-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bakıya səfəri zamanı Prezident İlham Əliyev ilə görüş keçirdi, iki ölkə arasındakı əməkdaşlığın perspektivləri, Avropa enerji təhlükəsizliyində Azərbaycanın rolu və regional məsələlər müzakirə edildi. Ştaynmayerin Bakıya səfəri Almaniyanın Azərbaycan ilə münasibətlərin inkişafında son dərəcə maraqlı olduğunu göstərir", - o bildirib.

İki ölkə arasında iqtisadi əməkdaşlığa toxunan A.Qarayev qeyd edib ki, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

"İki ölkə arasında illik ticarət dövriyyəsi milyardlarla avroya çatır. Enerji sahəsində də Azərbaycan və Almaniya arasında sıx əməkdaşlıq mövcuddur. Azərbaycan "yaşıl enerji" strategiyası çərçivəsində Avropaya, o cümlədən Almaniyaya alternativ enerji resurslarının ixracını təmin etmək niyyətindədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, xüsusilə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində qaz tədarükünün artırılması ilə daha da güclənib. Hazırkı dövrdə Rusiyaya qarşı sanksiyalar artır, yeni enerji mənbələrinə ehtiyac duyulur və bu konteksdə Azərbaycanın Avropa üçün rolu birmənalı olaraq önəmlidir. Avropa da bunu anlayır və Azərbaycan ilə münasibətlərini daim inkişaf etdirir, yüksək səviyyəli səfərlər təşkil edir, dialoqlar aparır", - o qeyd edib.

A.Qarayev bildirib ki, Prezident İlham Əliyev ötən gün Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatla çıxışı zamanı da ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın inkişafından danışıb: "İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir".

Politoloq qeyd edib ki, Azərbaycan və Almaniya arasında mədəni əlaqələr də sürətlə inkişaf edir.

"Almaniyada böyük Azərbaycan diasporu fəaliyyət göstərir. Frank-Valter Ştaynmayerin Bakıya səfəri çərçivəsində İçərişəhərdə gəzintisi və burada Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə tanış olması da xüsusi diqqət çəkdi. Bu, Almaniya prezidentinin Azərbaycanın mədəni irsinə verdiyi önəmin göstəricisi kimi qiymətləndirilə bilər", - o vurğulayıb.

Almaniyanın keçmiş Qarabağ münaqişəsindəki roluna toxunan A.Qarayev vurğulayıb ki, bu ölkə, Avropa İttifaqının aparıcı dövləti kimi, Qarabağ münaqişəsi ilə bağlı zaman-zaman müxtəlif mövqelər sərgiləyib.

"Rəsmi Berlin Azərbaycanın ərazi bütövlüyünü tanısa da, uzun illər boyunca münaqişənin həllində daha çox neytral mövqe sərgiləyib. 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra Almaniya regionda sülhün və sabitliyin tərəfdarı olduğunu bəyan edib. Lakin bəzi alman siyasi dairələrinin Azərbaycanın haqlı mövqeyinə qarşı tənqidi yanaşmaları da zaman-zaman müşahidə olunub. Amma Frank-Valter Ştaynmayerin ötən gün Prezident İlham Əliyev ilə mətbuata bəyanatla çıxışı zamanı Almaniyanın bu konteksdə konkret mövqeyini açıqladı: "Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq". Bu, Almaniyanın yeni reallıqları qəbul etdiyini və Azərbaycanın haqlı mövqedə olduğunu qəbul etdiyini göstərdi", - deyə politoloq bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer həmçinin Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsini də müzakirə ediblər.

"Prezident İlham Əliyev DPA informasiya agentliyinin müxbirinin sualına cavabda almaniyalı həmkarını sözügedən mövzu ilə bağlı ətraflı məlumatlandırdığını və bu mövzuda Azərbaycanın mövqeyini də ətraflı izah etdi: "Faktiki olaraq real danışıqlar təqribən bir il bundan əvvəl başlamışdır. Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürməyib. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birincisi, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib - BMT Nizamnaməsi əsasında və beynəlxalq hüquq çərçivəsində. Münaqişə həll olunduğu üçün və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı kimi tanıdığı üçün ATƏT-in Minsk qrupunun de-yure fəaliyyətinə heç bir əsas qalmamışdır. Onsuz da de-fakto bu qrup fəaliyyət göstərmirdi. Ermənistanın buna razı olmaması bizdə haqlı olaraq şübhələr doğurur. Görəsən, nə üçün? Bəlkə Ermənistan bizə qarşı yenə də ərazi iddiası ilə çıxış etmək istəyir? Onların sürətli silahlanması, öldürücü silahlar əldə etməsi, bu sahədə onlara əsas yardımçı olan Fransanın onları yeni təxribatlara təhrik etməsi bu şübhələri təbii olaraq artırır. Yəni, bu, birinci məsələdir.

İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistanın müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin ediləndən sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir"".

A.Qarayevin sözlərinə görə, Almaniya Prezidenti də sözügedən məsələyə münasibət bildirdi:

"O qeyd etdi ki, son üç onillik ərzində bu münaqişəni, onun kəskinləşməsini və yaratdığı əzab-əziyyətləri, eləcə də xeyli qurbanlara səbəb olmuş müharibələri müşahidə edən hər bir insan başa düşür ki, bu cür münaqişənin həlli, eləcə də tərəflər arasında qarşılıqlı etimadın bərpası üçün xeyli vaxt və səy tələb olunur: "Bunu öncədən qeyd etdim və bilirəm ki, belə münaqişələrdən sonra çox böyük səylər tələb olunur. Həmin səylərə də hörmət bəsləyirəm ki, müqavilənin mətni işlənib hazırlanıb. Hazırkı dövrdə razılığı əldə etmək çox böyük işdir. Ümidvaram ki, həmin müqaviləyə əlavə olaraq cənab Prezident Əliyevin indicə qeyd etdiyi şərtlər üzərində də razılaşma olacaq. Fikrimcə, onlar Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasında maneəyə çevrilməməlidir. Təkrar edirəm, çox önəmli qətiyyət var, vacib an yetişib, onun ritmini itirmək məsuliyyətsizlik olardı. Yadda saxlamaq lazımdır, Almaniyanın da, Avropanın da təcrübəsi göstərir ki, müqavilənin hazırlanması və onun həyata keçirilməsi ilk addımdır. Sonra isə müqavilənin həqiqətən də qüvvəyə minməsi, reallıqda barışığa çevrilməsi neçə nəsilləri tələb edir. Bu, çox uzun bir prosesdir. Belə bir etibarlı barışığın həyata keçirilməsi hər iki ölkədən və xalqdan hələ çox vaxt tələb edəcək. Ona görə də bu barışığa uzun zaman tələb edildiyini diqqətdən qaçırmaq olmaz. Amma ilk addım müqavilənin hazırlanması, imzalanması, ratifikasiyası, qüvvəyə minməsi və həyata keçirilməsidir. Sonra isə digər problemlər də həll oluna bilər. Ümid edirəm ki, bu, tezliklə baş tutacaq".

Azərbaycan-Almaniya münasibətlərinin gələcəyinə nəzər salan politoloq bildirib ki, gələcək perspektivlər kifayət qədər genişdir.

"Xüsusilə enerji, yaşıl texnologiyalar, sənaye və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi gözlənilir. Azərbaycan Almaniyanın regionda etibarlı tərəfdaşı kimi çıxış edir və bu münasibətlərin qarşılıqlı faydalı əməkdaşlıq əsasında daha da dərinləşəcəyi mümkündür. Frank-Valter Ştaynmayerin Bakıya səfəri, Prezident İlham Əliyev ilə görüşü və Bakıdakı mədəni irsə olan marağı bu münasibətlərin inkişafına mühüm töhfə verəcək. Azərbaycanın Almaniya ilə münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də Avropa İttifaqı ilə əlaqələr kontekstində də xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, iki ölkə arasında münasibətlərin gələcəkdə daha da güclənəcəyi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi mümkündür", - o əlavə edib.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
seeПросмотров:78
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 03 Апреля 2025 19:51
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Минобороны России может утилизировать единственный авианосец

11 Июля 2025 17:53see379

Расширен перечень единых индексов, установленных для госорганов Азербайджана

11 Июля 2025 16:32see344

Сирия идет против Хезболлы неожиданный поворот

11 Июля 2025 18:17see311

Во Франции против соцсети Маска возбудили уголовное дело

11 Июля 2025 20:12see286

Афганистан и Казахстан заключили меморандум о создании Трансафганской железной дороги

11 Июля 2025 16:16see267

Рафиев: Война в Украине наносит серьёзный ущерб миру и безопасности в регионе

11 Июля 2025 16:47see211

Пашинян собрал соратников в Горисе

12 Июля 2025 10:31see199

ЕК уговаривает Словакию одобрить санкции против России

11 Июля 2025 22:27see194

Грузия не пускает грузовики со сжиженным газом для Армении

12 Июля 2025 01:31see179

Жительница Азербайджана скончалась после инъекции

11 Июля 2025 22:42see170

Немецкого сатирика ждет суд за шутку о покушении на Трампа

12 Июля 2025 11:25see161

Объем транзитной транспортировки нефти по БТД в этом году сократился более чем на 13%.

11 Июля 2025 17:16see157

ФИФА и Реал достигли соглашения о проведении финала ЧМ 2030 в Мадриде

12 Июля 2025 08:31see149

Взрывы в Киеве

12 Июля 2025 00:44see142

В ближайшие дни начнется второй этап сдачи оружия РПК

11 Июля 2025 19:51see142

Глава МО Польши Косиняк Камыш: Украина должна признать Волынскую резню

11 Июля 2025 16:55see141

Азербайджан и Китай усиливают железнодорожное партнёрство ФОТО

11 Июля 2025 21:55see141

Nuclear power stages comeback in global energy outlook OPEC

11 Июля 2025 23:23see140

Azerbaijan faces decline in rail freight amid rising passenger traffic in 6M2025

11 Июля 2025 19:45see139

EIA forecasts lower summer drawdown in U.S. coal inventories

11 Июля 2025 19:56see139
newsПоследние новости
Самые свежие и актуальные события дня