Icma.az
close
up
AZ
Menu

Украинские дроны поразили полигон РФ, с которого запускаются ракеты Орешник

Дугин: Страны Центральной Азии и Южного Кавказа не должны быть суверенными Minval Politika

В Дейр Хафире и Мескене сняли флаги PKK/SDG: сирийская армия восстановила контроль ВИДЕО

Побег иранских дипломатов на Запад наш комментарий

Центральная Азия: кому велено играть со своим соловьем , а кому пересмотреть оборонную доктрину Minval Politika

Ставка на интеграцию: Турция одобрила план объединения Сирии

Связь с Турцией: Грузия достраивает дороги для Азербайджана и Армении

Во Франции у воров медного кабеля конфисковали усадьбу и активы на €4,5 млн

На Гоа арестован россиянин по подозрению в серии убийств

Власти Мозамбика объявили красный уровень опасности из за наводнений

Рашад Эюбов: Впереди нас ждет много работы

Азер Багиров: Снова дали шанс молодежи и новичкам

Одно преступление, разные наказания: гражданина Азербайджана в колонию, россиянку на свободу Minval Politika

Президент Сирии провел переговоры с лидером сирийских курдов

Авианосная группа на подходе: США стягивают силу к Ирану

Спасен рабочий, упавший на 6 метровую глубину Minval Politika

Welt: у бундесвера нет ни одной действительно боеготовой бригады

Судьба Гвардиолы в Манчестер Сити решится в ближайшие месяцы Minval Politika

New York Post рассказала об экспериментах датчан над коренными народами Гренландии Minval Politika

Китайский спецназ провел учения по сценарию захвата руководства Тайваня

Azərbaycan strateji əhəmiyyəti və potensialı sayəsində TDTdə xüsusi rol oynayır Azər Qarayev

Azərbaycan strateji əhəmiyyəti və potensialı sayəsində TDTdə xüsusi rol oynayır Azər Qarayev

Icma.az сообщает, ссылаясь на сайт Day.az.

Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı (TDT) mühüm mövqeyi və bölgə üçün strateji əhəmiyyəti, həmçinin, ölkənin iqtisadi potensialı bu təşkilatda xüsusi rol oynayır.

Day.Az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələri birləşdirən vacib regional qurumdur. Azərbaycanın təşkilatda mühüm mövqeyi və bölgə üçün strateji əhəmiyyəti, həmçinin, ölkənin iqtisadi potensialı bu əməkdaşlıqda xüsusi rol oynayır.

Azərbaycan Türk Dövlətləri Təşkilatında həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli yerə malikdir. Ölkənin zəngin təbii sərvətləri, xüsusilə enerji resursları təşkilat daxilində strateji əhəmiyyətini artırır.

Bundan əlavə, Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyi regionda sabitlik və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır. Azərbaycan Türk dünyasında siyasi, iqtisadi və mədəni əlaqələri gücləndirmək üçün müxtəlif layihələrə liderlik edir", - A.Qarayev bildirib.

Onun sözlərinə görə, TDT həm siyasi, həm iqtisadi cəhətdən yeni güc mərkəzinə çevrilməkdədir.

"Bu təşkilatın hazırkı qlobal geosiyasi vəziyyətdə həm iqtisadi, həm də siyasi cəhətdən güc mərkəzinə çevrilməsi türk dünyası üçün mühüm irəliləyiş olar. Ölkələrin daha çox inteqrasiyası onların müstəqilliklərini və regional təsirlərini gücləndirir, onların qlobal arenada daha böyük rol oynamasına imkan yaradır.

Təşkilatın yeni bir blok kimi formalaşmasında enerji resursları, nəqliyyat dəhlizləri və rəqəmsal texnologiyaların inkişafı sahəsindəki ortaq təşəbbüslər əsas amillərdəndir. Azərbaycanın təşəbbüsləri ilə həyata keçirilən enerji və nəqliyyat layihələri, üzv dövlətlər arasında iqtisadi əməkdaşlığı artırır və onları beynəlxalq enerji bazarlarında önəmli oyunçuya çevirir", - deyə o bildirib.

Politoloq qeyd edib ki, TDT Orta Dəhliz kimi mühüm nəqliyyat yollarını da inkişaf etdirərək, Asiya və Avropa arasında strateji körpü rolunu oynamaqdadır.

"Prezident İlham Əliyev də noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Zirvə Görüşündə çıxışı zamanı bir sıra önəmli mövzulara, o cümlədən, regionun və Azərbaycanın tranzit potensialına toxunub. Azərbaycan Orta Dəhlizin və Şərqlə Qərbi birləşdirən marşrutun əsas hissəsi olaraq regionda nəqliyyat və ticarət əlaqələrinin genişlənməsinə şərait yaradır.

Bu dəhliz Orta Asiyadan Avropaya qədər uzanan ticarət marşrutu olaraq Türk Dövlətləri arasında iqtisadi inteqrasiyanı daha da möhkəmləndirir. Bu marşrutun effektivliyini artırmaq və Türk Dövlətləri arasında ticarəti sürətləndirmək üçün əsas addımlardan biri də onun rəqəmsallaşdırılmasıdır. Bunun əsas məqsədi Orta Dəhlizdə məlumatların daha sürətli və dəqiq emalını təmin etməkdir.

Bu, logistika əməliyyatlarının şəffaflığını artırır, gömrük prosedurlarını sadələşdirir və malların vaxtında çatdırılmasını asanlaşdırır. Rəqəmsallaşma, eyni zamanda, tranzit zamanı təhlükəsizlik və izləmə sistemlərini təkmilləşdirərək, ticarət prosesini daha təhlükəsiz edir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək", - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, dövlət başçımız çıxışında, həmçinin, dünyada artan təhlükələri qeyd edərək, təhlükəsizlik və müdafiə sənayesi sahələrində ölkələrimizin əməkdaşlığının böyük əhəmiyyətini vurğulayıb.

"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib, ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir.

Düşünürəm ki, TDT çərçivəsində ortaq hərbi təlimlərin artırılması, təhlükəsizlik məsələlərində əlaqələrin gücləndirilməsi, sərhəd təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrində də əməkdaşlığın genişləndirilməsi vacibdir. Üzv dövlətlər hərbi sənaye sahəsində təcrübə mübadiləsi apararaq, öz milli müdafiə sənayelərini inkişaf etdirmək və müasir texnologiyalara əsaslanan silah və avadanlıq istehsalını genişləndirmək imkanı qazanırlar. Bu da TDT ölkələrinin müstəqil müdafiə potensialını artırır və onları beynəlxalq təhlükəsizlik mühitində daha güclü edir", - politoloq qeyd edib.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
seeПросмотров:149
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 07 Ноября 2024 20:37
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Украинские дроны поразили полигон РФ, с которого запускаются ракеты Орешник

17 Января 2026 20:58see382

Дугин: Страны Центральной Азии и Южного Кавказа не должны быть суверенными Minval Politika

18 Января 2026 11:18see307

В Дейр Хафире и Мескене сняли флаги PKK/SDG: сирийская армия восстановила контроль ВИДЕО

17 Января 2026 14:21see275

Побег иранских дипломатов на Запад наш комментарий

19 Января 2026 02:46see209

Центральная Азия: кому велено играть со своим соловьем , а кому пересмотреть оборонную доктрину Minval Politika

17 Января 2026 22:08see183

Ставка на интеграцию: Турция одобрила план объединения Сирии

19 Января 2026 00:26see177

Связь с Турцией: Грузия достраивает дороги для Азербайджана и Армении

18 Января 2026 19:37see158

Во Франции у воров медного кабеля конфисковали усадьбу и активы на €4,5 млн

17 Января 2026 21:13see156

На Гоа арестован россиянин по подозрению в серии убийств

17 Января 2026 18:21see152

Власти Мозамбика объявили красный уровень опасности из за наводнений

18 Января 2026 02:06see149

Рашад Эюбов: Впереди нас ждет много работы

17 Января 2026 23:02see147

Азер Багиров: Снова дали шанс молодежи и новичкам

17 Января 2026 17:45see142

Одно преступление, разные наказания: гражданина Азербайджана в колонию, россиянку на свободу Minval Politika

17 Января 2026 21:12see141

Президент Сирии провел переговоры с лидером сирийских курдов

18 Января 2026 16:28see134

Авианосная группа на подходе: США стягивают силу к Ирану

19 Января 2026 01:28see133

Спасен рабочий, упавший на 6 метровую глубину Minval Politika

18 Января 2026 00:37see133

Welt: у бундесвера нет ни одной действительно боеготовой бригады

18 Января 2026 12:40see132

Судьба Гвардиолы в Манчестер Сити решится в ближайшие месяцы Minval Politika

19 Января 2026 00:49see130

New York Post рассказала об экспериментах датчан над коренными народами Гренландии Minval Politika

17 Января 2026 14:48see128

Китайский спецназ провел учения по сценарию захвата руководства Тайваня

17 Января 2026 23:01see126
newsПоследние новости
Самые свежие и актуальные события дня