Icma.az
close
up
AZ
Menu

Украинские беспилотники атаковали арсенал в Костроме: масштабный взрыв обновлено 13:51; видео

Кадыров пригрозил доставить Зеленского в Грозный по приказу Minval Politika

Долговая спираль: как небанковские кредиты в Азербайджане превращаются в финансовое бремя

Футбольные ожидания 2026: милли , Карабах и другие

Официальный курс азербайджанского маната к мировым валютам на 5 января

ASTRA: Усманская нефтебаза горит в Липецкой области России ФОТО / ВИДЕО

Безжалостный снос домов на Кубинке наш спецреп

Депутат: Армения может сэкономить миллионы, закупая 80% бензина у соседних стран

Аргентинские НПО требуют экстрадиции Николаса Мадуро

Дональд Трамп заявил о необходимости контроля США над Гренландией в целях обороны

Двери были закрыты : жительница Абшеронского района заявила об отсутствии врачей в больнице

Азербайджан как энергетический хаб Европы: от диверсификации к незаменимости

Протесты в Иране, раскол элит и фактор внешнего вмешательства Расклад Шерешевского

В Сиязани мужчина скончался на рабочем месте

И вашим и нашим: в Европе уклонились от оценки действий США

Фернандес назвал отставку Марески тяжелым моментом для Челси

Топ 5 легионеров в Азербайджане. Кто они?

Стратегия силы и мудрости

Вместе с Мадуро горит и Хаменеи наш комментарий

Ожесточенные бои в районе Покровска

Azərbaycan enerji coğrafiyasını yenidən formalaşdırmaqda vacib rol oynayır Azər Qarayev

Azərbaycan enerji coğrafiyasını yenidən formalaşdırmaqda vacib rol oynayır Azər Qarayev

Icma.az, ссылаясь на сайт Day.az, передает.

Azərbaycan son illərdə təkcə regionun deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilib. Neft və qaz ehtiyatları ilə zəngin olan Azərbaycan, eyni zamanda, alternativ və bərpa olunan enerji sahəsində də sürətlə irəliləyərək, enerji coğrafiyasını yenidən formalaşdırmaqda vacib rol oynayır. Avropa İttifaqı üçün etibarlı tərəfdaş olan Azərbaycan bu gün enerji şaxələndirilməsi və dayanıqlı enerji təchizatında qitənin aparıcı tərəfdaşlarından biri kimi çıxış edir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycanın Avropa ilə enerji əlaqələrinin əsas sütunu Cənub Qaz Dəhlizidir. Bu nəhəng layihə Xəzər dənizindən qazı Gürcüstan, Türkiyə və Balkan ölkələri vasitəsilə Avropaya çatdırmaqla enerji şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 3 min kilometrdən çox uzunluğa malik olan bu dəhliz Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) kəmərləri vasitəsilə ildə 10 milyard kubmetr qazı Avropa bazarına çatdırır. Gələcəkdə CQD ilə 20 milyard kubmetr Azərbaycan qazını Avropaya nəql edilə bilər. Bu barədə danışıqlar və Avropa tərəfinin bu məsələdə marağı dəfələrlə ifadə olunub", - o bildirib.

A.Qarayev qeyd edib ki, 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında qaz ixracının 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılması ilə bağlı memorandum imzalanıb.

"Prezident İlham Əliyevin ötən gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları zamanı çıxında da dediyi kimi, Azərbaycanın qaz təchizatının coğrafiyası genişlənir:

"Bizim Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik.

Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək". Bu isə o deməkdir ki, Azərbaycanın Avropaya qaz təchizatını artırmaqda maraqlı olduğu qədər, Avropa da bu işdə maraqlıdır. Ölkəmiz bu sahədə bütün imkanları dəyərləndirmək niyyətindədir", - o bildirib.

Dövlətimizin başçısı həmçinin bildirdi ki, tərəflər mövcud qaz boru kəməri sisteminin genişləndirilməsində birgə səylər haqqında düşünməlidir: "Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik. Əlbəttə ki, bunun üçün bizə maliyyələşmə lazım olacaq. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır".

Politoloq qeyd edib ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji siyasəti radikal dəyişikliklərə məruz qalıb.

"Rusiya qazına alternativ axtaran Avropa ölkələri üçün Azərbaycan əsas prioritet tərəfdaşa çevrilib. Təsadüfi deyil ki, Avropa Komissiyası prezidenti Ursula fon der Lyayen Azərbaycanın Avropa üçün "etibarlı enerji təchizatçısı" olduğunu vurğulayaraq bildirib: "Azərbaycan Avropanın enerji xəritəsində strateji əhəmiyyətə malikdir." Azərbaycan qazının İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya və yaxın gələcəkdə daha bir sıra Balkan ölkələrinə çatdırılması planlaşdırılır. Bununla yanaşı, Avropa ölkələri Azərbaycanın enerji resurslarının həcmini və marşrutlarını artırmaqda, həmçinin region ölkələri ilə birgə layihələr həyata keçirməkdə maraqlıdırlar. Azərbaycandan Avropaya enerji təchizatının həcmlərinin artması və ixrac coğrafiyasının genişlənməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha irəlilədəcək", - o qeyd edib.

Yaşıl enerji barədə danışan A.Qarayev vurğulayıb ki, Azərbaycanın enerji gündəliyində ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji prioritet sahəyə çevrilib.

"Azərbaycan ənənəvi enerji mənbələrini inkişaf etdirdiyi kimi, alternativ enerji mənbələrinə inkişaf etdirir, bu sahəyə böyük sərmayələr yatırır. Belə ki, Azərbaycan yaşıl eneji mənbələrindən elektrik enerjisi istehsalını artırmaqla, əlavə qalan qaz həcmlərini Avropa bazarlarına yönləndirə bilər.

Bundan əlavə, hazırda Azərbaycandan yaşıl enerjinin Avropaya ixrac edilməsi üçün "Black Sea Energy" layihəsi reallaşdırılacaq. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan bu saziş 17 dekabr 2022-ci il tarixində imzalanıb.

Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə "Black Sea Energy" sualtı elektrik kabelinin inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulub. Bu, dörd qiqavatta qədər "yaşıl" enerji tədarükünü təşkil etməyə imkan verəcək. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək: "Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik". Avropa ölkələrinin Azərbaycanın enerjisindəki marağı günü-gündən artmağa davam edir və artıq ölkəmiz bu xüsusda əvəzolunmaz rola sahib olub", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş əraziləri də yaşıl enerji mənbələri ilə zəngindir:

"Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində geniş su elektrik enerjisi potensialı mövcuddur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq: "Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, biz növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq".

Politoloq vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində öz yerini yalnız təbii ehtiyatlar sayəsində deyil, həm də düşünülmüş enerji siyasəti, sabitlik və beynəlxalq əməkdaşlığa açıq mövqeyi ilə möhkəmləndirib: "Neft və qazla yanaşı, yaşıl enerji sahəsində də irəliləyişlər ölkəni gələcəyin enerji xəritəsində mühüm mərkəzə çevirir. Avropa üçün isə Azərbaycan, sadəcə bir enerji təchizatçısı yox, strateji tərəfdaş və regional sabitliyin təminatçısıdır", - A.Qarayev əlavə edib.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:82
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 05 Апреля 2025 14:41
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Украинские беспилотники атаковали арсенал в Костроме: масштабный взрыв обновлено 13:51; видео

06 Января 2026 14:24see339

Кадыров пригрозил доставить Зеленского в Грозный по приказу Minval Politika

05 Января 2026 20:58see314

Долговая спираль: как небанковские кредиты в Азербайджане превращаются в финансовое бремя

05 Января 2026 16:11see276

Футбольные ожидания 2026: милли , Карабах и другие

05 Января 2026 00:05see253

Официальный курс азербайджанского маната к мировым валютам на 5 января

05 Января 2026 09:21see248

ASTRA: Усманская нефтебаза горит в Липецкой области России ФОТО / ВИДЕО

06 Января 2026 08:33see229

Безжалостный снос домов на Кубинке наш спецреп

05 Января 2026 03:32see208

Депутат: Армения может сэкономить миллионы, закупая 80% бензина у соседних стран

06 Января 2026 15:40see170

Аргентинские НПО требуют экстрадиции Николаса Мадуро

05 Января 2026 10:40see168

Дональд Трамп заявил о необходимости контроля США над Гренландией в целях обороны

05 Января 2026 00:21see154

Двери были закрыты : жительница Абшеронского района заявила об отсутствии врачей в больнице

05 Января 2026 03:02see148

Азербайджан как энергетический хаб Европы: от диверсификации к незаменимости

06 Января 2026 14:38see146

Протесты в Иране, раскол элит и фактор внешнего вмешательства Расклад Шерешевского

05 Января 2026 12:21see144

В Сиязани мужчина скончался на рабочем месте

05 Января 2026 10:27see142

И вашим и нашим: в Европе уклонились от оценки действий США

05 Января 2026 00:03see142

Фернандес назвал отставку Марески тяжелым моментом для Челси

05 Января 2026 08:15see139

Топ 5 легионеров в Азербайджане. Кто они?

05 Января 2026 16:52see139

Стратегия силы и мудрости

05 Января 2026 16:10see135

Вместе с Мадуро горит и Хаменеи наш комментарий

05 Января 2026 03:17see132

Ожесточенные бои в районе Покровска

05 Января 2026 22:23see127
newsПоследние новости
Самые свежие и актуальные события дня