Icma.az
close
up
RU
Azərbaycan Almaniya münasibətlərində açılan yeni nikbin və konstruktiv səhifə

Azərbaycan Almaniya münasibətlərində açılan yeni nikbin və konstruktiv səhifə

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün Almaniya prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfər etdi və səfər çərçivəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə həm təkbətək, həm də heyətlərarası geniştərkibli görüşlər baş tutdu. Bu görüşlərsən sonra hər iki prezidentin keçirdikləri mətbuat konfransı və verdikləri açıqlamalar əlbəttə ki, bu gün həm ölkənin, həm də dünyanın gündəmindədir. Bu çox əhəmiyyətli bir səfər idi. Səfər, bu günkü dünya şərtləri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, diplomatik müstəvidə həyata keçirilən təmasların gələcək inkişaf perspektivlərin, atılacaq addımların müzakirəsi poliqonuna çevrilmiş oldu.

Görüşlərdən sonra mətbuat konfransında prezident cənab İlham Əliyevin söylədiyi fikirlər, əlbəttə ki, həm Azərbaycan-Almaniya münasibətlərinin, həm də bölgənin və dünyanın siyasi inkişafının və siyasi, iqtisadi sahədə atılması zəruri addımların yol xəritəsinə çevrilmiş oldu. Cənab prezident münasibətlərimizin uğurlu inkişafından danışaraq, xüsusilə iqtisadi sahədə əldə edilən nailiyyətləri, gələcək planları qeyd erətdi. Eyni zamanda ölkəmizdə keçirilən COP-29 çərçivəsində müzakirə edilən məsələlərin ölkələrarası əlqələrin inkişafı baxımından hər iki tərəfin mövqeyinə uyğun gəldiyini söylədi. Prezident İlham Əliyev dəyişən dünya düzəni çərçivəsində xüsusilə Amerika-Avropa ittifaqı, Rusiya- Qərb münasibətlərində gözəçarpan gərginliklər haqqında danışaraq, bu gərginliklərin ölkələarası münasibətlərə zərər gətirməməsi üçün birlikdə səylərin artırılmalı olduğunu qeyd etdi, gələcək perspektivlər barədə fikir mübadiləsi aparıldı. Cənab prezident eyni zamanda ədalətimizdən, hüququmuzdan danışdı, illərdən bəri həlli bəzi maraqlı güclər tərəfindən məqdədli şəkildə yubadılan, nəhayət Azərbaycanın öz imkanları və qəti qərarları ilə həllini tapmış olan münaqişə haqqında söz etdi, nünaqişənin həllinin qalıcı olmasının, sülh müqaviləsinin imzalanmasının əhəmiyyətindən danışdı.

Həm Azərbaycanın, həm də Ermənistanın sülh müqaviləsinin bağlanması prosesinə çox yaxınlaşdığını bəyan etdi, bir daha Almaniya ilə ölkəmiz arasındakl münasibətlərə uğurlar dilədi. Almaniya prezidenti də çıxışında Azərbaycanla Almaniya arasındakl tarixi münasibətlərə toxundu, bir zamanlar Azərbaycana köç etmiş olan alman əsilli vətəndaşlar, ölkəmizdə mövcud olan mədəniyyət, tolerantlıq ənənələri haqqında danışdı, ölkələrimiz arasında iqtisadi, siyasi sahədə münasibətlərin müsbət xətlə inkişaf etdirilməsi əzmində olduqlarını bəyan etdi.

Ümumilikdə düşünürük ki, bu səfər və səfər çərçivəsində keçirilən görüşlər, aparılan fikir mübadilələri, verilən açıqlamalar bu günkü Azərbaycan-Almaniya münasibətləri ilə yanaşı, həm də müasir dünya şərtləri, dəyişən dünya mənzərəsi çərçivəsində çox əhəmiyyətli məqamları özündə ehtiva edirdi. Cənab Prezidentin də söylədiyi kimi, biz sülhü sadəcə ölkəmiz üçün istəmirik, gələcək dünyamızın sabitliyi, stabilliyi, davamlı inkişafı üçün çalışırıq. Bu fikirlər Almaniya prezidentinin də açıqlamalarında yer alırdı. Ümumiyyətlə görüşün ana xətti bu nikbin və konstruktiv fikir ətrafında qurulmuşdu. Bütün bunları rəhbər tutaraq, Almaniya prezidentinin Azərbaycana səfərini və keçirilən görüşləri çox uğurlu olaraq qiymətləndirə bilərik.

Jalə Əliyeva
Millət vəkili
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri
komitəsinin sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Aprel 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri