Icma.az
close
up
RU
Azərbaycan Almaniya üçün strateji əhəmiyyət kəsb edən ölkədir

Azərbaycan Almaniya üçün strateji əhəmiyyət kəsb edən ölkədir

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycan  xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir.  Avropa İttifaqı (Aİ), eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrin hazırkı inkişaf səviyyəsi göz qabağındadır. Məlumdur ki, Azərbaycanla Avropa İttifaqına üzv olan 10 ölkə arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb. Ölkəmiz əməkdaşlıqda qarşılıqlı etimad mühitinin qorunmasını ən vacib məsələ kimi önə çəkir. Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən sonra Azərbaycanın  beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi diqqətdən kənarda qalmır. Bu, qarşılıqlı səfərlərin dinamikasında, yeni hədəflərin müəyyənləşdirilməsində, Azərbaycanın mövqeyinə xüsusi önəm verilməsində  özünün aydın ifadəsini tapır. Bir sözlə, ölkəmizin xarici siyasət uğurlarının davamlılığı üçün çox mühüm amillər mövcuddur. Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana beynəlxalq baxış yüksək səviyyədədir.
Dövlətimizin başçısı İlham Əliyevin aprelin 2-də ölkəmizdə  rəsmi səfərdə olan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə keçiridyi təkbətək və geniş tərkibdə görüşlərdə, prezidentlərin mətbuata birgə bəyanatlarında, eyni zamanda, jurnalistlərin suallarına cavablarında da bu məqamlar xüsusi olaraq diqqətə çatdırıldı.  Reallıq budur ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Diplomatik münasibətlərinin 30 ildən artıq dövrünü  arxada qoyan Azərbaycan-Almaniya əlaqələrinin tarixinə qısa nəzər saldıqda görürük ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Xalqlarımız arasında əlaqələrin isə daha dərin kökləri vardır. Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir. Eyni zamanda, bu gün Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyəli dialoq mövcuddur. 
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili vurğulayıb ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu reallığı  əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki, iqtisadi sahədə əldə edilmiş nəticələr bizi  ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında  ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə gələcək illərdə  ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı, xüsusilə  bərpaolunan enerji sahəsində  daha fəal addımlar atılacaq. Almaniya şirkətlərinin çox böyük təcrübəsi var.  Azərbaycanın da çox böyük proqramı, planları var. Ölkəmiz  xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindədir. Bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir.
Vüqar Rəhimzadə qeyd edib ki,  prezidentlərin görüşlərində, mətbuata bəyanatlarında əsas diqqət göstərilən məsələlərdən biri Azərbaycanın ötən il COP29 kimi mötəbər iqlim konfransına ev sahibliyi oldu. İqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən bu tədbir, eyni zamanda, çoxtərəfliliyin təntənəsi oldu. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçdi və bu konfrans böyük, uğurlu nəticələrlə diqqətdə oldu. Mətbuata bəyanatında  “İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur” söyləyən  dövlət başçısı İlham Əliyev bildirdi ki, bu,  təəssüf hissi doğurur. Çünki Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi.  Prezident İlham Əliyev, eyni zamanda, tarixi Zəfərimizdən sonra Azərbaycanın Ermənitsana təklif etdiyi sülh müqaviləsindən də bəhs etdi. Azərbaycanın 30 il  erməni işğalından əziyyət çəkdiyini, xalqımızın etnik təmizləməyə məruz qaldığını, bir milyon azərbaycanlının erməni aqressiyasına görə evsiz-eşiksiz qaldığını,  torpaqlarımızın təxminən 20 faizinin işğal altına düşdüyünü bir daha almaniyalı həmkarının diqqətinə çatdıran dövlət başçısı İlham Əliyev təəssüf hissi ilə qeyd etdi  ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan  münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz  tarixi Zəfərimiz sülh danışıqlarına yol açdı.  Bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır.
Milli Məclisin deputatı hər bir səfərin münasibətlərdə yeni səhifənin başlanğıcı olduğunu önə çəkərək vurğulayıb ki,  bu səfərin çox müsbət nəticələri olacaq. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Səfərin yekunları  ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir. Qarşılıqlı  səfərlər əlaqələrin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin indiyədək Almaniyaya iki rəsmi, 10-dan artıq  işgüzar səfəri olub. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatından sonra jurnalistlərin suallarını cavablandırarkən bu  mühüm amili xüsusi vurğuladı ki,  biz  regionda qeyri-sülh şəraiti ilə heç vaxt barışmamışıq. Bir tərəfin digər tərəfə ərazi iddialarına heç vaxt dəstək verməmişik. Beynəlxalq səviyyədə tanınmış sərhədlər qüvvədə olmalıdır, tanınmalıdır və onlara hörmətlə yanaşılmalıdır. Almaniyanın mövqeyinə gəldikdə  öz xəttimizə, mövqeyimizə həmişə sadiq olmuşuq. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsinə gəldikdə isə  Frank-Valter Ştaynmayer qeyd etdi ki, istəyirik iki dövlət arasında qeyri-sülh dövrü geridə qalsın və sabitlik gətirəcək yeni bir gələcək yaransın. Həm Ermənistan, həm də Azərbaycan üçün Cənubi Qafqaz sülhün bərqərar olduğu regiona çevrilməlidir.
Vüqar Rəhimzadə bildirib ki, Almaniya, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir. Xatırlatmaq yerinə düşər ki, 2022-ci ilin iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, eyni zamanda, Azərbaycan ilə Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Millət vəkili  Azərbaycan-Almaniya münasibətlərinə qısa baxış əsasında bu qənaəti bildirib ki, iki ölkənin əməkdaşlığının uğurlu gələcəyi üçün bütün imkanlar mövcuddur. Hər iki tərəf əlaqələrin inkişafında maraqlıdır. Almaniya Prezidenti bu reallığı da xüsusi vurğuladı ki, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib. Buradan olduqca vacib ticarət yolları keçir, öz növbəsində həmin amil dünyanın birləşməsinə əsas ola bilər. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində Azərbaycanın böyük  rolu var.  Azərbaycandan keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq. 
Aparılan müzakirələrdə, prezidentlərin mətbuata bəyanatlarında  belə bir əminlik ifadə olundu ki, Azərbaycan ilə Almaniya arasında istər ikitərəfli, istərsə də Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq əlaqələri bundan sonra da ölkələrimizin və  xalqlarımızın  rifahına xidmət edəcək. Almaniya Prezidenti hazırda çox sürətli və dramatik dəyişikliklərin baş verdiyi dünyada yaşadığımızı önə çəkərək belə bir çağırışı səsləndirdi ki, beynəlxalq hüququn qorunması, dünyanın tənzimlənən əsaslarla inkişaf etməsində marağımız da bizi birləşdirir və biz gələcək nəsillərə də düzənsiz dünyanı qoyub getmək istəmirik.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Aprel 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see220

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see186

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see148

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see136

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see131

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see125

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see125

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see125

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see122

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see122

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

18 Avqust 2025 14:34see121

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see120

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see119

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see117

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see117

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see117

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

18 Avqust 2025 08:37see117

Debütündə parlayan serb

18 Avqust 2025 14:01see117

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri