Icma.az
close
up
RU
Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir

Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Xarici siyasətində ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu sahədə qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini yeni prioritetlər üzrə inkişaf etdirmək istiqamətində mühüm addımlar atır. Qarşılıqlı etimad mühitinin qorunması dövlətimizin xarici siyasətinin əsas prinsiplərindəndir. Azərbaycanı özünə dost, etibarlı tərəfdaş kimi qəbul edən ölkələrdən biri də Latviyadır.Latviya Prezidenti Edqars Rinkeviçsin ölkəmizə rəsmi səfəri iki ölkə arasında münasibətlərin tarixinə nəzər salmağı bir zərurətə çevirir. Belə ki, Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1994-cü ilin yanvarında qurulmuşdur. Azərbaycanın Latviyada Səfirliyi 2005-ci ildə, Latviyanın Azərbaycanda Səfirliyi 2006-cı ildə açılmışdır. Azərbaycan Latviya ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayan əsas faktorlardan biri təbii ki, qarşılıqlı səfərlərdir. Ötən müddət ərzində ölkələrimiz arasında qarşılıqlı etimada, anlaşmaya, hörmətə əsaslanan münasibətlər qurulub. Dövlət və hökumət başçıları, parlament sədrləri və hökumət üzvləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. Prezident İlham Əliyevin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Latviya Prezidentinin sözügedən səfəri çərçivəsində Prezidentlərin keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında, Azərbaycan-Latviya biznes-forumundakı çıxışlarda iki ölkə arasında əlaqələrin dünəninə baxış əsasında qarşıdakı dövrün hədəfləri açıqlandı, səfərin əməkdaşlığın inkişafında rolu xüsusi qeyd edildi. Dövlətimizin başçısı İlham Əliyev “Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq” söyləyərək onu da əlavə etdi ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili qeyd edib ki, müzakirə edilən əsas məsələlərdən biri Cənubi Qafqaz və Baltik regionunda təhlükəsizlik, regional inkişaf və ətrafda baş verən hadisələr oldu: “Cənab İlham Əliyev latviyalı həmkarına Azərbaycanla Ermənistan arasında çox perspektivli sülh prosesinə aid ən son məlumatları verdi. Bildirdi ki, əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişinin mətnini parafladıqdan sonra bizdə de-fakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti və media nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir. Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər”.

Malik Həsənov Azərbaycan-Latviya arasında münasibətlərin çox möhkəm çərçivəyə əsaslandığını önə çəkərək onun mühüm hissəsi olaraq dövlət başçılarının şəxsi münasibətlərini qeyd edib: “Prezident İlham Əliyev mətbuata birgə bəyanatlarında da bu məqama xüsusi diqqət yönəltdi. Cənab İlham Əliyevin “Biz bir-birimizi uzun illərdir ki, tanıyırıq və fikrimcə, bəlkə də 20 ilə yaxındır. Şəxsən mən çox şadam ki, əziz dostumuzu və onun nümayəndə heyətini Bakıda qəbul edirəm” fikirlərinin davamı olaraq Latviya Prezidenti Edqars Rinkeviçs bildirdi ki, aramızda olan dostluq siyasi, iqtisadi və mədəni mübadilənin aparılmasına şərait yaradır. Azərbaycanda ilk dəfə 2002-ci ildə olduğunu və ondan sonrakı dövrdə ölkəmizə dəfələrlə səfər etdiyini bildirən Latviya Prezidenti hər zaman ölkəmizi, xüsusilə də paytaxt Bakımızı inkişaf etdiyini gördükdə heyran qaldığını xüsusi vurğuladı. Onu da qeyd etdi ki, biz Azərbaycanın xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizində, həmçinin energetika sahəsində rolunu həm Latviya, həm də ümumilikdə Avropa İttifaqı üçün strateji bir dəyər kimi görürük”.
Millət vəkili ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amilin roluna da diqqəti yönəldib: “Azərbaycan-Latviya biznes-forumunda səsləndirilən fikirlər, qarşıya qoyulan hədəflər iki ölkənin iqtisadi əlaqələrinin aydın mənzərəsini təqdim etdi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın malik olduğu iqtisadi imkanlardan geniş bəhs etdi. Vurğuladı ki, biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük. Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, son dörd-beş il ərzində sürətli artımın şahidi olarıq. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır. Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı – 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır. Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması qarşımızda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik.
Biznes-forumda hər iki ölkənin ayrı-ayrı sahələrdə malik olduqları imkanlar fonunda əlaqələrimizin gələcək inkişafı geniş müzakirə olundu. Konkret nəticələrin əldə olunacağına böyük əminlik ifadə edildi”.
Malik Həsənov onu da bildirib ki, səfər çərçivəsində əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması da diqqətdə oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul etdilər. Həmçinin müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli rol oynayacaq sənədlər də imzalandı.
Millət vəkili vurğulayıb ki, Azərbaycan nəinki Latviya, o cümlədən bir çox Avropa ölkələri üçün strateji tərəfdaşdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Aprel 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri