Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Azərbaycan Almaniyanın Cənubi Qafqazda önəmli tərəfdaşıdır

Azərbaycan Almaniyanın Cənubi Qafqazda önəmli tərəfdaşıdır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qoca qitə”nin iqtisadi liderinin “Odlar yurdu”nda 230-dan çox şirkəti çalışır

Almaniya Azərbaycanın Avropada mühüm əhəmiyyət daşıyan fəal siyasi-iqtisadi tərəfdaşlarından biridir. Respublikamız bu ölkə ilə əlaqələrin inkişafına daim önəm verir. Xatırladaq ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir. Bu ölkə respublikamızın regionda lider mövqeyini, eyni zamanda, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eləcə də bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.

Avropa İttifaqının (Aİ) aparıcı ölkələrindən olan Almaniya 3,85 trilyon dollar ÜDM ilə dünyada 4-cü, “Köhnə qitə”də isə ən böyük iqtisadi gücdür. Son illərdə Azərbaycanın belə bir potensiala malik dövlətlə iqtisadi əlaqələrində artım dinamikası nəzərə çarpır. Azərbaycanda hazırda qeydiyyatdan keçən 230-dan çox alman şirkəti var. Energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, tikinti, bank işi, sığorta, ticarət və servis kimi sahələrdə fəaliyyət göstərən həmin qurumların, təqribən, 170-i Azərbaycan–Almaniya Ticarət Palatasının üzvüdür.

İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycanın Dövlət Neft Şirkəti ilə Almaniyanın “Uniper” müəssisəsi 2013-cü ildə birgə uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıb. 2020-ci il dekabrın 31-dən isə Cənub Qaz Dəhlizi Azərbaycan təbii qazını İtaliyadakı qəbul nöqtəsi vasitəsilə Aİ bazarına çatdırır. “Uniper” Avropa bazarında təbii qazın əsas alıcılarından biridir. Bu, şirkətin ən uzunmüddətli (2020-2045) qaz alışı layihəsidir.

Onu da qeyd edək ki, SOCAR və “Uniper” şirkətləri tərəfindən 2016-cı ildə Azərbaycanda enerji səmərəliliyi layihələrini inkişaf etdirmək üçün birgə müəssisə – (SOCAR (51 faiz), “Uniper” (49 faiz)) yaradılıb. Birinci layihə Sumqayıtda “Azərkimya”nın uyğun müəssisəsində buxar və enerji istehsalı kompleksinin təkmilləşdirilməsi və istismarı olub.

Ölkəmizdəki alman şirkətləri tərəfindən bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərilir. Bu ölkənin “Berlin Wind” şirkəti tərəfindən Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkında yenidənqurma işlərinin aparılması və 2018-ci il oktyabrın 11-də parkın istismara verilməsi də məhz bunun əyani nümunəsidir.

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 1-də Azərbaycan Respublikasına rəsmi səfəri iki ölkənin etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Bu səfərin bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına önəmli təkan verəcəyi, gələcək inkişaf üçün böyük perspektivlər açacağı da şübhəsizdir.

Dövlətimizin başçısı İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin respublikamıza səfəri zamanı mətbuata bəyanatında səsləndirdiyi bir fikir də – Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək–bunun bariz ifadəsidir. Azərbaycan lideri bəyanatında daha sonra qeyd edib: “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar – fevral aylarında bizim ticarət dövriyyəmiz, təxminən, 3 dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi, xüsusilə bərpaolunan enerji sahəsi ilə bağlı daha fəal addımlar atmalıyıq”.

Prezident İlham Əliyev daha sonra bərpaolunan enerji sahəsində Almaniya şirkətlərinin, eləcə də Azərbaycanın çox böyük təcrübəsi, proqramı və planları olduğunu söyləyib. “Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır. Bunun bir hissəsi Avropaya ixrac ediləcək”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev bəyanatında ötən il respublikamızda uğurla keçirilən beynəlxalq iqlim konfransı barədə fikirlərini də diqqətə çatdıraraq Azərbaycanın bu istiqamət üzrə də Almaniya ilə çox fəal əməkdaşlığı olduğunu vurğulayıb: “COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə – Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır”.

Azərbaycan müstəqilliyə qovuşduğu illər ərzində bir sıra sahələrdə əldə etdiyi yüksək göstəricilər, o cümlədən enerji sektorunun davamlı inkişafı sayəsində sürətli iqtisadi artıma nail olub. Hazırda isə iqtisadiyyatın daha çox şaxələndirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Qısa zaman ərzində həmin məqsədlə bağlı müsbət nəticələr əldə olunub. ÜDM-in tərkibinin əksər hissəsi qeyri-enerji sektorunun payı hesabına formalaşıb.

Yeri gəlmişkən, ölkəmizin enerji strategiyası barədə münasibət bildirən dövlətimizin başçısı daim çıxışlarında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rola toxunaraq respublikamızın dost dövlətlərin neft, neft-kimya məhsulları ilə təchizatını diqqətdə saxladığını bildirib, eləcə də bəzi ölkələrə elektrik enerjisi və təbii qazın ötürülməsinə uğurla başladığını qeyd edib.

Hazırda Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar Azərbaycanda kəmər imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu fikri konkretləşdirib deyə bilərik ki, ölkəmiz tərəfindən 16 milyard kubmetr tutumu olan TANAP-ın 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutuma malik TAP-ın isə 20 milyard kubmetrədək genişləndirilməsi planlaşdırılıb. Bu isə Avropada Azərbaycanın “mavi yanacağ”a olan tələbatının yüksəlməsi, Rusiya–Ukrayna müharibəsi başlayandan sonra respublikamızda mövcud qaz təchizatının artırılması məqsədi daşıyan 10-dan çox müraciət ünvanlanması ilə əlaqələndirilib. Bir sözlə, 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də isə istismara verilən kəmərin genişləndirilməsinə prioritet istiqamətlərdən biri olaraq yanaşılması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun bariz ifadəsi kimi dəyərləndirilir.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer isə mətbuata bəyanatında Azərbaycanın dünyanın əsas ticarət yollarının birləşdiyi məkana çevrildiyindən şad olduğunu bildirərək qeyd edib: “Biz hər ikimiz təkcə Mərkəzi Asiya ilə deyil, həmçinin Uzaq Şərq, Cənub-Qərbi Asiya, eləcə də Çin ilə iqtisadi və ticarət əlaqələrində maraqlıyıq. Eyni zamanda, hazırda mövcud nəqliyyat marşrutlarının nə dərəcədə məhdud olduğunu və onların hansı imkanlarla işlədiyini də yaxşı bilirik. Bu baxımdan Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün də maraqlı perspektivdir. Cənubi Qafqaz son dövrlərdə olduğu kimi, siyasi baxımdan daha sabit inkişaf etdikcə, bu perspektiv daha da cəlbedici olacaqdır”.

Belə bir məqamı da qeyd edək ki, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, 50-dən çox gəmisi var. Bakı gəmiqayırma zavodu isə ildə 6 gəmi istehsal etmək gücündədir və bu cür şəraitdə artan neft həcmləri, o cümlədən Mərkəzi Asiya, həmçinin Çindən gözlənilən quru yük daşımaları üçün kifayət etmir. Çin, Qırğızıstan və Özbəkistan ərazisindən Xəzər dənizinə qədər dəmir yolunun tikintisi layihəsi də yekunlaşandan sonra vəziyyət bir qədər də ağırlaşacaq. Başqa sözlə, Azərbaycan ərazisindən potensial daşıma həcmləri ciddi artacaq.

Ona görə də hazırda bu şərait ölkəmizi ciddi düşündürür və Azərbaycan mövcud sahəyə investisiya yatırmaqla perspektivdə yükdaşımalarda üzləşilə biləcək problemin aradan qaldırılmasını diqqətdə saxlayır.

“XQ”nin analitik qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:369
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri