Azərbaycan Almatıda beynəlxalq neft qaz sərgisində təmsil olunacaq
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Astana, 28 sentyabr, AZƏRTAC
Azərbaycan sentyabrın 30-dan oktyabrın 2-dək Almatıda keçiriləcək 30-cu “Neft və qaz” beynəlxalq sərgisində (KIOGE 2026) təmsil olunacaq.
AZƏRTAC Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, sərgidə 30 ölkədən 500 şirkət iştirak edəcək. İştirakçı ölkələr sırasında Azərbaycan, Qazaxıstan, Avstriya, Böyük Britaniya, Almaniya, Hindistan, İtaliya, Çin, Malayziya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sinqapur, Amerika Birləşmiş Ştatları, Türkiyə və Özbəkistan var.
İşgüzar proqramın əsas tədbiri sentyabrın 30-da və oktyabrın 1-də “Meqalayihələrdən bazarlarda liderliyə: Qazaxıstan qlobal enerji miksində” mövzusunda keçiriləcək 30-cu KIOGE beynəlxalq konfransı olacaq.
Diqqət mərkəzində iri neft-qaz və enerji layihələrinin inkişafı, beynəlxalq texnoloji əməkdaşlıq, geoloji kəşfiyyat və süni intellektin tətbiqi, ixrac logistikası, neft-qaz sənayesinin rəqəmsal transformasiyası, qaz-kimya və enerji təhlükəsizliyi məsələləri olacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 28 Sentyabr 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















