Icma.az
close
up
RU
Azərbaycan artıq iştirakçı deyil, mühüm aktordur DEPUTAT

Azərbaycan artıq iştirakçı deyil, mühüm aktordur DEPUTAT

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfəri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun bariz göstəricisidir. 

Bu səfər həm Azərbaycanın milli maraqlarının müdafiəsi, həm də qlobal çağırışlara töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Qlobal əməkdaşlıq və beynəlxalq platformada Azərbaycan

Deputat bildirib ki, BMT Baş Assambleyası dünya dövlətlərinin liderlərinin, hökumət başçılarının və beynəlxalq təşkilat nümayəndələrinin toplaşdığı ən böyük qlobal platformadır: 

“Burada iştirak yalnız rəmzi xarakter daşımır, eyni zamanda dövlətlərin mövqelərinin açıqlanması, yeni əməkdaşlıqların qurulması və strateji təşəbbüslərin irəli sürülməsi üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycanın bu mühüm beynəlxalq platformada aktiv mövqeyini göstərir. Azərbaycan artıq yalnız regional proseslərdə deyil, həm də qlobal miqyasda mühüm tərəfdaş və etibarlı dövlət kimi qəbul olunur”.

ABŞ-də keçirilən görüşlər – diplomatik münasibətlərin güclənməsi

Onun sözlərinə görə, səfər çərçivəsində cənab Prezident İlham Əliyevin dünya dövlətlərinin liderləri və hökumət nümayəndələri, nüfuzlu təşkilatların rəhbərləri ilə görüşləri diqqət mərkəzindədir:

“Bu görüşlər Azərbaycanın xarici siyasətində balanslı, müstəqil və milli maraqlara söykənən kursunun uğurla davam etdirildiyini göstərir. Müzakirələrin əsas mövzuları enerji təhlükəsizliyi, nəqliyyat-tranzit layihələri, qlobal iqlim dəyişmələri ilə mübarizə, regional sülh və təhlükəsizlik məsələlərini əhatə edir. Azərbaycanın təşəbbüsləri beynəlxalq aləmdə böyük maraqla qarşılanır, çünki ölkəmiz həm etibarlı tərəfdaş, həm də yeni əməkdaşlıq imkanlarının açarı kimi tanınır”.

Azərbaycanın beynəlxalq nüfuzu – artan etimadın göstəricisi

S.Salmanova son illərdə Azərbaycan diplomatiyasının həm regional, həm də qlobal miqyasda mühüm uğurlar əldə etdiyini bildirib:

“Enerji sahəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir, Zəngəzur dəhlizi kimi nəqliyyat layihələri isə Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır. 

Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir təsdiqidir. Bu, Azərbaycanın yalnız enerji və nəqliyyat deyil, həm də qlobal ekoloji problemlərin həllində fəal iştirak edən, məsuliyyətli tərəfdaş olduğunu sübut edir”.

Prezident İlham Əliyevin liderliyi – sülh və inkişafın təminatı

Parlamentari söyləyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün regionda aparıcı gücə çevrilib:

“Qarabağda əldə edilən tarixi Qələbə, sonrakı dövrdə sülh təşəbbüsləri və beynəlxalq diplomatik platformalarda aparılan ardıcıl iş dövlət başçısının liderliyinin bariz nümunəsidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın qlobal miqyasda güclənən mövqeyinin və beynəlxalq nüfuzunun bariz göstəricisidir.

 Bu səfər həm ölkəmizin milli maraqlarının müdafiəsinə, həm də qlobal əməkdaşlıq proseslərinə mühüm töhfə verir. Azərbaycan artıq dünya birliyində yalnız bir iştirakçı deyil, prosesləri istiqamətləndirən, təşəbbüslər irəli sürən və gələcəyin beynəlxalq gündəliyinin formalaşmasında fəal rol oynayan mühüm aktora çevrilib”.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri