Icma.az
close
up
RU
Azərbaycan TDT də iştirakçı yox, təşkilatçı olduğunu göstərdi Deputat

Azərbaycan TDT də iştirakçı yox, təşkilatçı olduğunu göstərdi Deputat

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Məlum olduğu kimi, cənab Prezident İlham Əliyev bu günlərdə Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Toplantısında iştirak edərək çıxış edib. Cənab Prezidentin çıxışı sadəcə görülən işlərin hesabatı deyil, həm də mərkəzində Bakının rolu getdikcə qabardılan türk ölkələrinin inteqrasiyasında yeni mərhələnin bəyannaməsi idi”.

Ölkə.az xəbər verir ki, bunu deputat Kamran Bayramov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycanın Macarıstanla strateji tərəfdaşlığına toxunan dövlətimizin başçısı iki ölkə arasında münasibətlərin bütün kompleksi kontekstində və dünyada artan qütbləşmə fonunda ölkələrimizin müstəqil xarici siyasət aparan suveren dövlətlər imicini xüsusi vurğuladı.

O əlavə edib ki, Prezident İlham Əliyevin nitqinin əsas hissəsi nəqliyyat və logistika inteqrasiyası mövzusunu əhatə etdi: “Bu da o deməkdir ki, Azərbaycan təkcə nəqliyyat dəhlizlərinin sadə iştirakçısı kimi deyil, həm də bu layihələrin təşkilatçı mərkəzi qismində çıxış etməyə çalışır və bunun üçün müvafiq infrastruktura fəal şəkildə sərmayələr qoyur. 

Açıq dənizə çıxışı olmasa da, güclü donanma quran, gəmiqayırma zavodunu və dəniz limanlarını genişləndirən, Orta Dəhliz layihəsinə prioritet üstünlük verən Azərbaycan faktiki olaraq özünü Avrasiyanın əsas quru “limanı” və tranzit mərkəzi kimi tanıtmaqdadır.

İşğaldan azad olunmuş ərazilər də daxil olmaqla, doqquz beynəlxalq hava limanının tikintisinin elan edilməsi isə təkcə iqtisadi ambisiyaları deyil, həm də Qarabağın və Şərqi Zəngəzurun strateji əhəmiyyətinin möhkəmlənməsini nümayiş etdirir.

Cənab Prezident Azərbaycanın türk dövlətlərinə qoyulmuş birbaşa investisiyalarını xatırlatmaqla və Təşkilat daxilində iqtisadi əməkdaşlığın stimullaşdırılmasını nəzərdə tutan Türk İnvestisiya Fondunun əhəmiyyətini vurğulamaqla, ölkəmizin təkcə donor statusuna deyil, həm də institusional liderliyə iddialı olduğuna işarə vurdu.

İlham Əliyev infrastruktur, rəqəmsallaşma və enerji dayanıqlılığını önə çəkməklə üzv dövlətlərin suverenliyə toxunmadan Türk Dövlətləri Təşkilatına praqmatik və fəal inteqrasiya təklifini irəli sürdü. Eyni zamanda, cənab Prezident Azərbaycanın türk inteqrasiyasının lokomotivi kimi imicini konkret nəticələrin və strateji təşəbbüslərin nümayişi ilə möhkəmləndirdi”.

Deputat əlavə edib ki, Zirvə toplantısında qəbul edilmiş Budapeşt Bəyannaməsində isə üzv dövlətlərin müvafiq sahələrdə daha sıx inteqrasiyaya hazır olduqlarını ifadə etmələri Türk Dövlətləri Təşkilatının gələcəkdə klassik regional təşkilat modelindən funksional bloklaşmaya doğru addımladığını göstərdi.

Mürtəza
Ölkə.az
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 May 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri