Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“Azərbaycan Avrasiya qitəsində aparıcı rola malik beynəlxalq aktordur” Deputat

“Azərbaycan Avrasiya qitəsində aparıcı rola malik beynəlxalq aktordur” Deputat

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

“Azərbaycanın müxtəlif coğrafiyalarda, bölgələrdə yerləşən dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığını çoxvektorlu, praqmatik xarici siyasətin təzahürü kimi qəbul edə bilərik. Bu, ölkənin suverenliyinə, onun xarici iqtisadi əlaqələrinin diversifikasiyasna, beynəlxalq statusunun artmasına yönələcək bir siyasətdir”. 

Bu barədə 525.az-a Milli Məclisin deputatı Azər Allahverənov deyib.

Onun sözlərinə görə, daha konkret şəkildə burda coxvektorlu və çoxformatlı xarici siyasət onunla şərtlənir ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursuna malikdir:

“Yəni ölkəmiz Qərblə çox yaxından əməkdaşlıq edir, burda Avropa İttifaqı, ABŞ, NATO var, eyni zamanda, Şərqlə də çox yaxından əməkdaşlıq edirik. Çin, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB Qoşulmama Hərəkatı və s. Çoxvektorlu xarici siyasət kursu deyəndə onu da vurğulamaq lazımdır ki, Azərbaycan heç vaxt hansısa siyasi, iqtisadi blokla məhdudlaşmayıb, nəticə etibarilə ölkəmiz bir çox dövlətlərlə, təşkilatlarla əməkdaşlıq edir. Bu əməkdaşlığın da ana xəttini ölkəmizin milli maraqlarının təmin olunması və qorunması təşkil edir. Məsələn, D-8 formatı, hətta coğrafiyası bizdən çox uzaq olan ərazilərin təmsil olunduğu platformalarda da Azərbaycan çox yaxından əməkdaşlıq etməkdə maraqlıdır. Çünki ölkənin əsas çox vacib iki sütunu var ki, coğrafi yerləşməsi bilavasitə onları daha da gücləndirmiş olur. Birincisi, tranzit potensialı kifayət qədər yüksəkdir. Yəni, beynəlxalq nəqliyyat, yükdaşımalar, karbohidrogen resursları da Azərbaycan üzərindən keçməklə ölkənin tranzit potensialını artırmış olur. Orta Dəhlizin əsas seqmenti qismində Azərbaycan çıxış edir. Bununla yanaşı, Azərbaycan özünün karbohidrogen resurslarını, gələcəkdə yaşıl enerjisini və digər resurslarının dünya bazarlarına çıxarılmasına nail olub və bu siyasəti də inkişaf etdirir”. 

Deputat deyib ki, Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən çox fayda verə biləcək bloklarla yaxından əməkdaşlıq edir. Dünyanın müxtəlif güclü dövlətlərinin, regional oyunçular, beynəlxalq aktorların maraqlarının kəsişdiyi coğrafi ərazidə, xüsusilə Cənubi Qafqaz bölgəsində Azərbaycan çox uğurlu bir siyasət qurmağa müvəffəq olub:

“Təbii ki, bu da ölkənin beynəlxalq hüquqi rolunun artmasına gətirib çıxaran bir haldır. Azərbaycanın məhz bu kimi müstəvilərdə yaxından əməkdaşlıq etməsi onun etibarlı tərəfdaşa çevrilməsi ilə nəticələnib. Biz görürük ki, Azərbaycan kifayət qədər çox ciddi qlobal təşəbbüslərdə yaxından təmsil olunur. Bir qədər əvvəl qeyd etdim enerji, nəqliyyat dəhlizləri, iqlim məsələsində nəinki regional lider qismində qəbul edilir, eləcə də bir çox layihələrin uğurla reallaşdırıldığı bir coğrafi əraziyə malik olduğunu göstərir”. 

A.Allahverənov söyləyib ki, Azərbaycan regionun lider dövləti kimi qəbul olunur. Davosda, Avropa Siyasi Birliyinin sammitlərində, bir çox digər platformalarda qarşı tərəfin müraciətləri əsasında sıra dövlətlərin rəhbərləri ilə görüşlər, onların Cənubi Qafqazda reallaşdırmaq istədikləri layhələr ətrafında məhz Azərbaycanla müzakirələr aparmaları ölkənin artan beynəlxalq nüfuzundan, güclənən imicindən xəbər verən bir haldır. Artıq Azərbaycan əminliklə deyə bilər ki, beynəlxalq münasibətlər sistemində, xüsusilə də Avrasiya qitəsində aparıcı rola malik olan beynəlxalq aktordur, bir çox dövlətlər də ölkəmizin bu statusu ilə hesablaşmaq məcburiyyətindədir. Çünki Azərbaycan Cənibi Qafqazda yeni siyasi reallıq yaratdı. Bu siyasi reallıq bölgəyə uzun müddətli sülh, sabitlik gətirəcək, eyni zamanda, sonrakı iqtisadi əlaqələr və icra olunacaq inteqrasiya layihələri bölgənin daha da güclü, dayanıqlı olmasını təmin edəcək”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Oktyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri