Icma.az
close
up
RU
Azərbaycan Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır

Azərbaycan Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

ADA Universitetində hər il müxtəlif ölkələrin nüfuzlu beyin mərkəzlərinin təmsilçilərinin iştirakı ilə təşkil olunan forumlar mühüm önəm kəsb edir. Aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda Prezident İlham Əliyev dünyada baş verən aktual siyasi və iqtisadi proseslərə obyektiv və aydın yanaşma sərgiləyərək, reallıqları dolğun şəkildə diqqətə çatdırıb.

Azərbaycan Prezidenti regionun gələcək inkişaf perspektivləri ilə bağlı irəli sürdüyü strateji yanaşmalar və qlobal təhlükəsizlik məsələlərinə dair nikbin baxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Xüsusilə də Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, regional vəziyyət və digər mühüm məsələlərə dair söylədiyi fikirlər diqqət mərkəzində olub. Forumda, həmçinin beynəlxalq enerji layihələri və Azərbaycanın enerji siyasəti əsas müzakirə mövzularından biri idi.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın həm regional, həm də qlobal miqyasda enerji sahəsində etibarlı tərəfdaş kimi nüfuzunun getdikcə artdığını bildirib. Azərbaycan Cənub Qaz Dəhlizinin ən məsuliyyətli iştirakçılarından biri kimi təchizat coğrafiyasını genişləndirərək Avropanın üzləşdiyi enerji çatışmazlığını aradan qaldırmaqda mühüm rol oynayır. Dövlətimiz öz enerji resurslarını məsuliyyətlə idarə edərək tərəfdaş ölkələrin gözləntilərinə cavab verir. Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, onların 10-u Avropa ölkələridir. Bu isə qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın göstəricisidir. Avropa Komissiyası da Azərbaycanı etibarlı enerji tərəfdaşı və təchizatçısı kimi tanıyır.
Azərbaycan enerji sektoruna böyük yatırımlar edir, nəqliyyat infrastrukturunu yeniləyir və yeni investisiyalar cəlb edir. Bu artım isə Avropa İttifaqı ölkələrinin enerji təminatını gücləndirməklə yanaşı, yeni təchizat və nəql ehtiyaclarının meydana çıxmasına səbəb olur. Nəticədə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi daha da aktuallaşır.
Forum çərçivəsində Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri Avropa İttifaqının sərmayələr məsələsində göstərdiyi passiv yanaşma ilə bağlı olub. Avropada qazın qiymətinin pik həddə çatdığı dövrlərdə belə, ölkəmiz mülayim qiymət siyasətinə üstünlük verərək tərəfdaşlarına sadiqliyini göstərib. Bununla yanaşı, Azərbaycan Xəzər bölgəsindəki digər ölkələrlə birlikdə – Türkmənistan, Qazaxıstan və Özbəkistanla – Cənub Qaz Dəhlizini genişləndirməyə, daha böyük həcmlərdə qaz nəql etməyə və Mərkəzi Asiya ilə Avropa arasında etibarlı enerji körpüsü qurmağa çalışır.
Dövlətimizin başçısı Avropa İttifaqını enerji sahəsində uzunmüddətli öhdəliklərə sadiq qalmağa çağırdı və bildirdi ki, bu istiqamətdə maliyyələşməni Aİ ölkələrinin bankları təmin etməlidir. Eyni zamanda, iqtisadi və siyasi manipulyasiyaların qəbuledilməz olduğunu vurğulayaraq, bütün tərəfləri məsuliyyətli davranmağa dəvət etdi. Bu yanaşma göstərir ki, Azərbaycan həm regional, həm də beynəlxalq miqyasda öhdəliklərinə sadiqdir. Azərbaycan qarşılıqlı əməkdaşlıq və inam prinsiplərinə əsaslanaraq, beynəlxalq razılaşmalara tam əməl edir və bütün tərəfdaşlardan da eyni yanaşmanı gözləyir.

Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri