Icma.az
close
up
RU
Azərbaycan Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır

Azərbaycan Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Prezident İlham Əliyevin Slovakiya Respublikasına səfəri iki ölkə arasında münasibətlərin inkişafı və qarşıda duran vəzifələrin icrası baxımından əhəmiyyətlidir. Bu, Azərbaycan Prezidentinin Slovakiyaya tarixdə ilk rəsmi səfəridir. Sözsüz ki, bu səfər dövlətlərarası əlaqələrin xarakterini nümayiş etdirir. Dövlət başçıları arasında geniş tərkibdə və təkbətək formatda keçirilən geniş müzakirələrdə mühüm məsələlər müzakirə edilib.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan yerləşdiyi regionda Slovakiya üçün strateji əhəmiyyətə malik tərəfdaş ölkədir: “Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkə kimi Azərbaycan Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır. Ötən il Azərbaycanla Slovakiya arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərin inkişafında mühüm mərhələ hesab edilir. Ölkələr arasında sıx əməkdaşlıq mövcuddur ki, bu müdafiə sənayesi, müasir texnologiyalar, tələbə mübadiləsi, turizm, mədəniyyət və digər sahələri əhatə edir. Prezident İlham Əliyev də Slovakiyalı həmkarı ilə mətbuata verdiyi birgə bəyanatda keçən il Slovakiya və Azərbaycan arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətini bir daha vurğuladı.
Bu bir reallıqdır ki, Azərbaycanla Slovakiya arasında ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilib. Ölkəmizin başçısı da Azərbaycan qazını almış ölkələrin sayının 14-ə çatdığını bildirib. Məhz bunun nəticəsidir ki, bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur”.
Deputat həmçinin Azərbaycanla Slovakiya arasında perspektivli əməkdaşlıq sahələrinin olduğunu da qeyd edib: “Bu gün Azərbaycan öz xarici siyasət prioritetlərini uyğun siyasət həyata keçirir. Ölkəmiz Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynamaqla yanaşı infrastruktura, bağlantılara, nəqliyyat sektoruna mühüm sərmayələr yatırır. Məhz bu amillər Azərbaycanı Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevirir. Ölkəmiz Orta Dəhliz layihəsinin fəal iştirakçısı olaraq Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşruta malikdir. Sözsüz ki, Azərbaycanla Slovakiya arasındakı əlaqələrin inkişafında bu sahənin çox böyük potensialı var”.
Sevinc Hüseynova hesab edir ki, Azərbaycan-Slovakiya münasibətləri yeni mərhələyə yüksəlib: “Azərbaycanın balanslaşdırılmış xarici siyasəti son illərdə Avropa məkanında yeni tərəfdaşlıq istiqamətləri yaradıb. Bu kontekstdə Slovakiya ilə münasibətlər xüsusi dinamizm qazanıb. Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri isə bu münasibətlərin təkcə diplomatik çərçivədə deyil, həm də praktik əməkdaşlıq və strateji inteqrasiya mərhələsinə keçdiyini göstərir. Bu səfər regiondakı enerji geosiyasət, nəqliyyat-kommunikasiya layihələrinin genişlənməsi, müdafiə sənayesi əməkdaşlığı və Avropa ilə Azərbaycanın qarşılıqlı yaxınlaşması baxımından çoxvektorlu xarakterə malikdir.
Azərbaycan bu gün Orta və Şərqi Avropa ölkələri ilə siyasi əlaqələri güclənir. Slovakiya bu yeni xəttin mühüm iştirakçılarından biridir. Bu bir reallıqdır ki, Avropa İttifaqının enerji təhlükəsizliyi konsepsiyası artıq diversifikasiya prinsipinə əsaslanır. Məhz bu amil Azərbaycanı Avropanın enerji tədarükündə əsas aktorlardan birinə çevirib. Azərbaycan qazının Mərkəzi Avropaya çıxışı Slovakiyanın enerji təminatını diversifikasiya etmək baxımından strateji əhəmiyyət daşıyır. Enerji əməkdaşlığı həm də Slovakiyanın regional qaz habına çevrilmə hədəflərinə uyğundur.
Eyni zamanda Slovakiya Avropa İttifaqı çərçivəsində Azərbaycan üçün etibarlı tərəfdaş rolunda çıxış edir. Məhz bunun fonunda Prezident İlham Əliyevin Slovakiyaya səfəri əməkdaşlığın yeni modelinin formalaşması baxımından da əhəmiyytlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Dekabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri