Icma.az
close
up
RU
Azərbaycan Avropa Şurasının Antidopinq Konvensiyasının tədbirində təmsil olunub

Azərbaycan Avropa Şurasının Antidopinq Konvensiyasının tədbirində təmsil olunub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 23 sentyabr, AZƏRTAC

Fransanın paytaxtı Paris şəhərində Avropa Şurasının Antidopinq Konvensiyasının Elm üzrə Məsləhətçi Qrupunun (T-DO SCI) növbəti görüşü keçirilib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) AZƏRTAC-a bildirilib ki, Avropa Şurasının ofisində təşkil olunan tədbirdə ölkəmizi AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev təmsil edib.

Ondan artıq ölkədən milli antidopinq təşkilatlarının nümayəndələri və Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən akkreditasiya olunmuş laboratoriyaların təmsilçiləri – 2025–2027-ci illər üçün elmi prioritetləri müəyyənləşdirmək məqsədilə bir araya gəlib. Gündəlikdə Qrupun prioritet sahələrinin nəzərdən keçirilməsi, yaxınlarda keçirilmiş sorğunun nəticələri və fəaliyyət planı ilə bağlı müzakirələr yer alıb.

Görüşdə həmçinin 2027-ci ildə qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara elmi töhfələrin verilməsi məsələsi, laboratoriyalarla bağlı yeniliklər, texniki sənədlər və növbəti Məcəllə islahatı dövründə planlaşdırılan əsas dəyişikliklər müzakirə olunub. 2026-cı ildə MEDICRIME Konvensiyası ilə əməkdaşlıq çərçivəsində keçiriləcək “Qadağan edilmiş maddələr üzrə Beynəlxalq Konfrans”a hazırlıq da diqqət mərkəzində olub.

Tədbir yeni alətlər, o cümlədən “Antidopinq Sorğusu üzrə Dinamik Panel” və digər vasitələrin təqdimatı ilə araşdırmaların koordinasiyasına dair sessiya ilə yekunlaşıb.

Görüş Avropada təmiz idmanın qorunması və ictimai sağlamlığın təmin olunması üçün elmə əsaslanan siyasətlərin əhəmiyyətini bir daha təsdiqləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri