Azərbaycan Ümumdünya Antidopinq Agentliyinin iclasında təmsil olunub
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 19 noyabr, AZƏRTAC
Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 73-cü iclası keçirilib.
Milli Antidopinq Agentliyindən (AMADA) AZƏRTAC-a verilən məlumata görə, toplantıda Azərbaycanı AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirin gündəliyində CAHAMA-nın 72-ci iclasının hesabatının təsdiqi, 2027-ci ilin mart ayında keçiriləcək sədr və sədr müavini vəzifələrinə seçkilərə hazırlıq, Katibliyin fəaliyyəti, eləcə də WADA ilə əməkdaşlığın aktual məsələləri yer alıb.
Toplantının əsas müzakirə mövzularından biri noyabrın 24-26-da Qazaxıstanın Astana şəhərində keçiriləcək WADA-nın İcraiyyə Komitəsi və Təsisçilər Şurasının iclaslarına hazırlıq olub. Avropa dövlətlərinin nümayəndələri qarşıdakı iclasların gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi apararaq, qlobal antidopinq siyasəti üzrə Avropanın əlaqələndirilmiş mövqeyinin formalaşdırılmasını müzakirə ediblər.
İclas çərçivəsində, həmçinin Avropa Şurasının Antidopinq Konvensiyasının müvafiq məşvərət qruplarının və ekspertlərinin təqdimatları dinlənilib, OneVoice təşəbbüsü və CAHAMA-nın mandatının həyata keçirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib. Açıq sessiyada CAHAMA-nın müşahidəçiləri və iştirakçıları ilə antidopinq sahəsində mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 19 Noyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















