Icma.az
close
up
RU
Azərbaycan Avropa üçün Cənubi Qafqazda sabitlik yaradan güc mərkəzidir

Azərbaycan Avropa üçün Cənubi Qafqazda sabitlik yaradan güc mərkəzidir

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Azərbaycan xarici siyasətdə son illərdə mühüm uğurlar əldə edib. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqı və onun təsisatları ilə münasibətlərdə yaranmış gərginlik mərhələsi tədricən aradan qalxmaqdadır. Avropa Şurası və Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi birtərəfli qətnamələr, eləcə də Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməməsi ikitərəfli münasibətlərdə böhran vəziyyətinə gətirib.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, lakin son aylarda baş verən diplomatik fəallıq, xüsusən Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Kopenhagen sammitində iştirakı və Avropa liderləri ilə keçirdiyi görüşlər nəticəsində bu böhran tədricən arxada qalır. Fransa ilə uzunmüddətli gərgin münasibətlər Kopenhagendə iki ölkə prezidentlərinin nümayəndə heyətləri səviyyəsində apardığı görüşlər yumşalma istiqamətinə yönəlib. Eyni zamanda, İtaliyanın Azərbaycanla bağlı məsələlərdə dəstəyi, bu yaxınlaşmanı gücləndirir:

"Avropa İttifaqı Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı yeni geosiyasi nizamdan iqtisadi və nəqliyyat maraqları üçün faydalanmaq niyyətindədir. Xüsusilə, Çinlə quru nəqliyyat əlaqələrinin, eləcə də Mərkəzi Asiyanın enerji resurslarının Avropaya daşınmasının əsas tranzit xətti kimi Azərbaycan ön plana çıxır.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın Cənubi Qafqaza artan diqqəti və Orta Dəhlizin əsas hissəsi olan Zəngəzur dəhlizi – TRİP marşrutunun elan edilməsi Avropanı regionda daha fəal siyasət yürütməyə vadar edib. Bu proses fonunda Avropa İttifaqının Azərbaycanla münasibətlərdə yeni mərhələyə keçidi real görünür. Gələn ilin yanvar ayında Azərbaycanın Avropa Şurasında səsvermə hüququnun bərpa olunması mümkündür.

Artıq Azərbaycanla -Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. Avropa İttifaqı üçün bu, regional sabitliyə və enerji təhlükəsizliyinə xidmət edir, Azərbaycan üçün isə Avropa ilə siyasi və iqtisadi əlaqələrin dərinləşməsi baxımından əhəmiyyətlidir.

Azərbaycan–Avropa münasibətləri qarşılıqlı maraqlar üzərində formalaşan və keyfiyyətcə yeni mərhələyə qədəm qoyan strateji əməkdaşlıq xəttinə çevrilir. Bu vəziyyət Azərbaycanın çoxvektorlu xarici siyasətinin effektivliyini nümayiş etdirir. Avropa üçün Azərbaycan yalnız enerji tədarükçüsü deyil, həm də Cənubi Qafqazda sabitlik yaradan güc mərkəzidir".

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri