Icma.az
close
up
RU
Azərbaycan Avropa və Asiya üzrə Regional Hava Naviqasiya Təhlükəsizliyi Koordinasiya Platformasına sədrlik edəcək

Azərbaycan Avropa və Asiya üzrə Regional Hava Naviqasiya Təhlükəsizliyi Koordinasiya Platformasına sədrlik edəcək

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 11 sentyabr, AZƏRTAC

Almatıda Avropa və Asiya üzrə Regional Hava Naviqasiya Təhlükəsizliyi Koordinasiya Platformasının (SOCEA) Baş Assambleyası keçirilib. Bu mühüm beynəlxalq forum Avropa və Orta Asiyanın müxtəlif ölkələrindən olan aeronaviqasiya xidmət təminatçılarını (ANSP) bir araya gətirərək uçuşların təhlükəsizliyi, hava hərəkəti axınlarının koordinasiyası və regional hava məkanının rəqəmsal inteqrasiyası üzrə birgə həllərin hazırlanmasına xidmət edir.

Azərbaycanı tədbirdə “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) təmsil edir.

QSC-dən AZƏRTAC-a bildirilib ki, AZANS hökumətlərarası əməkdaşlığın genişləndirilməsi və ölkəmizin Avrasiya aeronaviqasiya arxitekturasındakı rolunun möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir.

Almatı Baş toplantısında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin direktoru SOCEA-nın Prezidenti seçilib və təşkilatın sədrlik səlahiyyətləri rəsmi olaraq Türkiyədən Azərbaycana ötürülüb. Bu addım Azərbaycanın Avrasiya miqyasında təhlükəsiz, qarşılıqlı uyğunlaşdırılmış və texnoloji baxımdan inkişaf etmiş hava məkanının formalaşdırılmasındakı aparıcı rolunun beynəlxalq səviyyədə tanınmasını bir daha təsdiqləyir.

SOCEA platforması 2023-cü ildə Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılıb və fəaliyyətə başladığı vaxtdan etibarən uçuş təhlükəsizliyi strategiyalarının uyğunlaşdırılması, rəqəmsal həllərin tətbiqi, eləcə də hava hərəkəti idarəetmə proseslərinin regional səviyyədə inkişafı və standartlaşdırılmasına mühüm töhfə verib.

Hazırda SOCEA-ya Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan və Qazaxıstanın aeronaviqasiya xidmət təminatçıları daxildir. Bu əməkdaşlıq regionun hava məkanında təhlükəsizlik və effektivlik üçün vahid yanaşma formalaşdırır.

SOCEA-nın inkişafı və gələcəkdə hava limanlarının da platformaya qoşulması, qlobal hava nəqliyyatı zəncirinin möhkəmləndirilməsi baxımından həyati əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində dəstəklənən bu əməkdaşlıq Avropa–Mərkəzi Asiya Rəqəmsal Səması (E-CADS) layihəsinin həyata keçirilməsinə yol açacaq.

Bu təşəbbüs Avropa və Asiya arasında hava hərəkəti idarəetməsinin qarşılıqlı inteqrasiyasını təmin etməklə, uçuşların təhlükəsizliyini, müntəzəmliyini və davamlılığını artıracaq.

Qeyd edək ki, Azərbaycan hava məkanı Şərqlə Qərb arasında əsas tranzit dəhlizlərindən biridir və ildə 200 mindən çox uçuşa xidmət göstərir. AZANS beynəlxalq tərəfdaşlıqların möhkəmləndirilməsi və hava hərəkətinin idarə olunmasında müasir həllərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Sentyabr 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri