Icma.az
close
up
RU
Azərbaycan Avropanın bir çox ölkəsi üçün etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi çıxış edir ŞƏRH

Azərbaycan Avropanın bir çox ölkəsi üçün etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi çıxış edir ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 6 may, AZƏRTAC

Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyi arxitekturasının formalaşması istiqamətində Azərbaycanın rolu və əhəmiyyəti bu gün daha aydın və strateji çərçivədə hiss olunur. Şübhəsiz ki, Azərbaycanın bu təhlükəsizlik sisteminə verdiyi töhfə qısamüddətli addımların deyil, son onilliklər ərzində ardıcıl və uzaqgörən siyasətin nəticəsidir. “Əsrin müqaviləsi”ndən başlayaraq Azərbaycanın karbohidrogen ehtiyatlarının ixracının şaxələndirilməsi istiqamətində atdığı düşünülmüş addımlar, xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi bu strateji yanaşmanın ən uğurlu nümunələrindən biridir. Bu siyasət təkcə Azərbaycanın enerji ixrac imkanlarını genişləndirməklə kifayətlənməmiş, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, siyasi şərhçi Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, məhz bu kontekstdə Azərbaycan-İtaliya münasibətlərinin yeni mərhələsi formalaşmaqdadır. Bu münasibətlər artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır, daha geniş strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Son dövrlərdə əlaqələrin dinamik şəkildə inkişaf etməsi, xüsusilə Bakıda keçirilən yüksək səviyyəli görüşlər bu istiqamətdə yeni impuls yaradıb. Ciorcia Meloninin də qeyd etdiyi kimi, bu münasibətlər yalnız dostluq amili ilə deyil, həm də mövcud əməkdaşlığın daha yüksək keyfiyyət mərhələsinə keçməsi potensialı ilə seçilir. İtaliya bu əməkdaşlığa yalnız karbohidrogen tədarükü prizmasından yanaşmır. Rəsmi Roma üçün Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Bu isə əməkdaşlığın daha dərin və çoxşaxəli xarakter almasına zəmin yaradır. Bakı və Roma artıq növbəti mərhələdə əsas hədəf kimi “keyfiyyət sıçrayışını” müəyyən ediblər. Bu, ticarət münasibətlərinin sadə ixrac-idxal modelindən çıxaraq, bütün dəyər zənciri üzrə strukturlaşdırılmış sənaye və investisiya tərəfdaşlığına çevrilməsi deməkdir. Liderlərin də vurğuladığı kimi, enerji və nəqliyyat-kommunikasiya imkanları, əslində, “eyni medalın iki tərəfidir”.

Əməkdaşlığın perspektivlərindən danışan QHT sədri vurğulayıb ki, Azərbaycan Avropa ilə Asiya arasında əsas logistika və enerji qovşağına çevrilməyi hədəfləyir. İtaliya isə Avropa bazarına çıxış üçün mühüm giriş qapısı rolunu daha da möhkəmləndirməyə çalışır. Bu baxımdan, tərəflər arasında əməkdaşlıq yalnız enerji ixracı və idxalı ilə məhdudlaşmır, daha geniş iqtisadi inteqrasiya və investisiya mühitinin formalaşdırılmasını əhatə edir. Eyni zamanda, bu əməkdaşlığın arxasında güclü siyasi etimad amili dayanır. Prezident İlham Əliyev ilə Ciorcia Meloni arasında formalaşmış qarşılıqlı etimad münasibətlərin dayanıqlığını və davamlı inkişafını təmin edən əsas faktorlardan biridir. Praktiki müstəvidə də bu əməkdaşlıq özünü aydın şəkildə göstərir. Azərbaycanda həyata keçirilən bir çox iri layihələrdə İtaliya şirkətləri fəal iştirak edir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə, eləcə də Mingəçevirdə həyata keçirilən layihələrdə İtaliya şirkətlərinin rolu diqqət çəkir. Zəfər muzeylərinin layihələndirilməsi prosesində də onların iştirakı bu əməkdaşlığın mədəni və humanitar sahələri əhatə etdiyini göstərir. Bununla yanaşı, hərbi-texniki sahədə də iki ölkə arasında əməkdaşlıq genişlənməkdədir. Son dövrlərdə Azərbaycan müdafiə nazirinin İtaliyaya səfəri, Hərbi Hava Qüvvələri üçün yük təyyarələrinin alınması və digər istiqamətlər üzrə əməkdaşlıq bu sahədə münasibətlərin strateji xarakter daşıdığını təsdiqləyir. Bütün bunlar onu göstərir ki, Azərbaycan-İtaliya tərəfdaşlığı artıq yeni mərhələyə qədəm qoyub və bu münasibətlər təkcə enerji sahəsində deyil, iqtisadiyyatın, sənayenin, logistikanın və təhlükəsizliyin müxtəlif istiqamətlərində dərinləşərək davam edəcək.

C.Hüseynzadənin fikrincə, Azərbaycan bu gün Avropanın bir çox ölkəsi üçün yalnız alternativ enerji mənbəyi deyil, həm də etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi çıxış edir. Bu etibarlılıq isə təkcə enerji resurslarının mövcudluğu ilə deyil, həm də Azərbaycanın öhdəliklərinə sadiqliyi, siyasi sabitliyi və həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri ilə şərtlənir. Bu gün Avropada enerji təhlükəsizliyi anlayışı artıq yalnız resursların həcmi ilə ölçülmür. Burada əsas meyar sabit təchizat, marşrutların şaxələndirilməsi və tərəfdaş ölkələrin etibarlılığıdır. Azərbaycan isə bütün bu meyarlar üzrə özünü təsdiqləmiş nadir ölkələrdən biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri