Icma.az
close
up
RU
Azərbaycan Ərəb dünyası və Körfəz ölkələri üçün strateji körpü rolunu oynayan etibarlı tərəfdaş kimi çıxış edir RƏY

Azərbaycan Ərəb dünyası və Körfəz ölkələri üçün strateji körpü rolunu oynayan etibarlı tərəfdaş kimi çıxış edir RƏY

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 sentyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri ərəb dünyası ilə Qafqaz regionu, xüsusilə də Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin inkişafı, hər iki regionun hərtərəfli yaxınlaşması baxımından böyük əhəmiyyət daşıyır. Bu, eyni zamanda, son illər Azərbaycanın regional güc, təhlükəsizlik və enerji mərkəzi kimi artan nüfuzunu da əks etdirir. Bu iki ölkə arasındakı strateji əməkdaşlıq və münasibətlər dərin köklərə malikdir. BƏƏ həmişə Azərbaycanın haqq-ədalət mübarizəsini dəstəkləyib. Bununla yanaşı, hər iki ölkə din, tarix və adət-ənənə baxımından da ortaq dəyərləri bölüşür. BƏƏ ilə münasibətlərin ən yüksək səviyyəyə qalxması isə İkinci Qarabağ müharibəsindən dərhal sonra başlayıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra BƏƏ Azərbaycanın enerji diplomatiyasında aparıcı tərəfdaşlardan birinə çevrilib. Bu gün BƏƏ-nin “Masdar” şirkəti Azərbaycanda həm Xəzər dənizində, həm də Qarabağ iqtisadi regionunda alternativ enerji stansiyaları quraraq ölkəmizin energetika sektorunun inkişafına müsbət töhfəsini verir. Bundan əlavə, Qoşulmama Hərəkatı çərçivəsində ölkələrimiz arasında ikitərəfli əlaqələr də yüksək səviyyəyə qalxıb. Dövlətimizin başçısının BƏƏ-yə səfərləri və bu səfərlər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında çoxvektorlu inkişafın əsasını qoyub.

“BƏƏ Azərbaycanın vacib iqtisadi tərəfdaşıdır. Təkcə 2025-ci ilin ilk doqquz ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 76,1 faiz artıb. Yanvar-iyun aylarında Azərbaycandan BƏƏ-yə ixrac 54,7 milyon, idxal isə 22,5 milyon dollar olub. BƏƏ, həmçinin turizm potensialının inkişafı və müvafiq infrastrukturun yaradılmasında maraqlı olduğunu bəyan edib.

BƏƏ Prezidentinin səfərinin Qarabağ iqtisadi rayonunda baş tutması xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın ərazi bütövlüyünə, Qələbəsinə və suverenliyinə hörmətin təcəssümüdür. Səfər zamanı imzalanan “Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasında yüksəksəviyyəli strateji əməkdaşlığın başlanğıcı kimi qiymətləndirilir. Eyni zamanda, nəqliyyat, enerji və turizm sahələrində əməkdaşlıq üzrə memorandumların imzalanması iki ölkənin prioritet maraqlarının ən yüksək səviyyədə olduğunu göstərir”, - deyə A.Əliyev vurğulayıb.

O əlavə edib ki, Azərbaycan ərəb dünyası və Körfəz ölkələri üçün strateji körpü rolunu oynayan etibarlı tərəfdaş kimi çıxış edir. Bu, ərəb dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Yaxın gələcəkdə iki tərəf arasındakı münasibətlərin möhkəm etimada əsaslanaraq davam etdirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamət olaraq qalacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri