Icma.az
close
up
RU
“Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə başlanılıb

“Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə başlanılıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Dünya İqtisadi Forumunun (DİF) Bacarıqlar Akseleratoru Şəbəkəsi (Skills Accelerator Network) arasında tərəfdaşlıq çərçivəsində ölkəmizdə bacarıqların yenilənməsinə yönəlmiş “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə start verilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bununla bağlı nazirliyin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə “Dəyişən əmək bazarı: insan kapitalı və gələcəyin bacarıqları” mövzusunda tədbir keçirilib.

Tədbir çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi ilə bağlı “Azərbaycanda prioritet sahələr üzrə bacarıqların inkişafına dair strateji baxış” mövzusunda müzakirə sessiyası keçirilib. DİF-in Təhsil, Bacarıqlar və Öyrənmə üzrə rəhbəri Neil Alisonun moderatorluğu ilə keçirilən tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan və DİF arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu, ölkəmizin Forumun bir sıra təşəbbüslərində fəal iştirak etdiyi vurğulayıb. Nazir müavini sürətlə dəyişən qlobal iqtisadi mühitdə əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşdırılmasının dayanıqlı inkişafın əsas şərtlərindən olduğu qeyd edib. Diqqətə çatdırıb ki, dövlətimizin həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti innovativ və yeni bacarıqlara malik kadr potensialına tələbatı daha da artırıb. “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi əmək bazarındakı mövcud boşluqların aradan qaldırılması, gənclərin peşə hazırlığının gücləndirilməsi və işçi qüvvəsinin gələcəyin ixtisaslarına uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Özəl sektor, təhsil müəssisələri və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əsasında həyata keçiriləcək layihə əmək bazarında tələb-təklif balansının daha effektiv şəkildə formalaşmasına xidmət edəcək.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə DİF-in Bacarıqlar Akseleratoru Şəbəkəsi ilə tərəfdaşlıq çərçivəsində ölkəmizdə “Azərbaycan Bacarıqlar Akseleratoru”nun yaradılmasını ölkədə bacarıqların yenilənməsi və artırılması prosesinə töhfə verən addım kimi dəyərləndirib. O, hər il ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər, gənclərin təhsilinə dəstək məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf dövlət, sənaye və təhsil tərəfdaşlığı ilə insan kapitalına yönəlik birgə investisiyaların ölkəmizin uzunmüddətli iqtisadi dayanıqlığının əsas təminatçısı olduğunu bildirib. Qeyd edib ki, ömürboyu təhsil yanaşması və “Azərbaycan Bacarıqlar Akseleratoru” kimi təşəbbüslər bacarıqların təkmilləşdirilməsi və ölkənin texnologiyayönümlü inkişafı baxımından əhəmiyyət daşıyır.

“PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov vurğulayıb ki, iqtisadiyyatın rəqabətqabiliyyətini müəyyən edən əsas amillərdən biri sürətlə inkişaf edən rəqəmsal savadlı işçi qüvvəsinin formalaşdırılmasıdır. Xüsusilə, fintek, data analitikası, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrinə dair peşəkar bacarıqlara tələbat sürətlə artır.

Daha sonra yüksəksəviyyəli sessiyada Azərbaycan üçün növbəti illərdə prioritet bacarıq istiqamətləri müzakirə olunub.

Tədbirdə çıxış edən DİF-in Təhsil, Bacarıqlar və Öyrənmə üzrə rəhbəri Neil Alison “Azərbaycan Bacarıqlar Akseleratoru” proqramının başlamasını və Azərbaycanın Dünya İqtisadi Forumunun Qlobal Akseleratorlar Şəbəkəsinə qoşulmasını iqtisadiyyatın diversifikasiyası istiqamətində atılmış mühüm addım kimi dəyərləndirib. Bildirilib ki, təhsilin sənayenin tələbləri ilə uzlaşdırılması, rəqəmsal və yaşıl bacarıqların inkişafı, eləcə də ömürboyu təhsil konsepsiyasının dəstəklənməsi “Bacarıqlar Akseleratoru”nun əsas hədəflərindəndir. Bu yanaşma insan kapitalını gücləndirir və işçi qüvvəsinin gələcəyin iqtisadiyyatının təqdim etdiyi imkanlardan daha səmərəli yararlanmasını təmin edir.

Neil Alison tədbir çərçivəsində “Gələcəyin peşələri 2025” (“Future of Jobs 2025”) hesabatının nəticələrini təqdim edərək qlobal bacarıq trendlərinin Azərbaycan üçün mümkün təsirlərini şərh edib. Sonra tədbir iştirakçıları arasında ölkə üzrə əsas bacarıq prioritetlərinə dair sorğu keçirilib.

4SİM-in icraçı direktoru Fariz Cəfərov “4Sİ dövründə bacarıqlar və yerli çağırışlar” mövzusunda təqdimatla çıxış edib. O, “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi ilə bağlı məlumat verib.

Bildirilib ki, “Bacarıqlar Akseleratoru” (Skills Accelerator) – DİF-in Yeni İqtisadiyyat və Cəmiyyət Mərkəzi tərəfindən həyata keçirilən qlobal dövlət-özəl əməkdaşlıq platformasıdır. DİF-in Azərbaycanın qoşulduğu Qlobal Bacarıqlar Akseleratorlar Şəbəkəsi hazırda 35 ölkədə fəaliyyət göstərərək müxtəlif sektorlar arasında əməkdaşlığı təşviq etməklə əmək bazarının tələblərinə uyğun bacarıqlar formalaşdırır, innovativ həllərdən istifadənin miqyasını genişləndirir.

Təşəbbüsün icrası 4SİM tərəfindən koordinasiya olunacaq. Layihənin Azərbaycan üzrə həmsədrləri iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımovdur.

Sonda 4SİM-in Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu ilə birgə icra etdiyi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Coursera” onlayn təhsil platformasında təlimlərə qoşularaq fəallıq nümayiş etdirən iştirakçılara sertifikatlar təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri