Icma.az
close
up
RU
“Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə start verilib

“Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə start verilib

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İqtisadiyyat Nazirliyi və Dünya İqtisadi Forumunun (DİF) Bacarıqlar Akseleratoru Şəbəkəsi (Skills Accelerator Network) arasında tərəfdaşlıq çərçivəsində ölkəmizdə bacarıqların yenilənməsinə yönəlmiş “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə start verilib.  

“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə “Dəyişən əmək bazarı: insan kapitalı və gələcəyin bacarıqları” mövzusunda tədbir keçirilib.  

Tədbir çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinin həmsədrlərinin iştirakı ilə “Azərbaycanda prioritet sahələr üzrə bacarıqların inkişafına dair strateji baxış” mövzusunda müzakirə sessiyası keçirilib.  

DİF-in Təhsil, Bacarıqlar və Öyrənmə üzrə rəhbəri Neil Alisonun moderatorluğu ilə keçirilən sessiyada çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan və DİF arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu, ölkəmizin Forumun bir sıra təşəbbüslərində fəal iştirak etdiyini vurğulayıb. Çıxışda sürətlə dəyişən qlobal iqtisadi mühitdə əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşdırılmasının dayanıqlı inkişafın əsas şərtlərindən olduğu qeyd edilib.

Ölkəmizin həyata keçirdiyi iqtisadi diversifikasiya siyasətinin innovativ və yeni bacarıqlara malik kadr potensialına tələbatı daha da artırdığı diqqətə çatdırılıb. “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinin əmək bazarındakı mövcud boşluqların aradan qaldırılması, gənclərin peşə hazırlığının gücləndirilməsi və işçi qüvvəsinin gələcəyin ixtisaslarına uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilib.

Özəl sektor, təhsil müəssisələri və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əsasında həyata keçiriləcək layihənin əmək bazarında tələb-təklif balansının daha effektiv şəkildə formalaşmasına xidmət edəcəyi nəzərə çatdırılıb.  

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə DİF-in Bacarıqlar Akseleratoru Şəbəkəsi ilə tərəfdaşlıq çərçivəsində ölkəmizdə “Azərbaycan Bacarıqlar Akseleratoru”nun yaradılmasını ölkədə bacarıqların yenilənməsi və artırılması prosesinə töhfə verən addım kimi dəyərləndirib. Hər il ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər, gənclərin təhsilinə dəstək məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib.  

SOCAR-ın prezidenti Rövşən Nəcəf dövlət, sənaye və təhsil tərəfdaşlığı ilə insan kapitalına yönəlik birgə investisiyaların ölkəmizin uzunmüddətli iqtisadi dayanıqlığının əsas təminatçısı olduğunu bildirib.

Ömürboyu təhsil yanaşması və “Azərbaycan Bacarıqlar Akseleratoru” kimi təşəbbüslərin bacarıq boşluqlarının aradan qaldırılması və ölkənin texnologiyayönümlü inkişafı baxımından əhəmiyyət kəsb etdiyi qeyd edilib. 

“PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov vurğulayıb ki, iqtisadiyyatın rəqabətqabiliyyətini müəyyən edən əsas amillərdən biri sürətlə inkişaf edən rəqəmsal savadlı işçi qüvvəsinin formalaşdırılmasıdır. Xüsusilə, fintek, data analitikası, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrinə dair peşəkar bacarıqlara tələbat sürətlə artır. 
Daha sonra Azərbaycan üçün növbəti illərdə prioritet bacarıq istiqamətləri müzakirə olunub.

Tədbirdə çıxış edən DİF-in Təhsil, Bacarıqlar və Öyrənmə üzrə rəhbəri Neil Alison “Azərbaycan Bacarıqlar Akseleratoru” proqramının başlamasını və Azərbaycanın Dünya İqtisadi Forumunun Qlobal Akseleratorlar Şəbəkəsinə qoşulmasını iqtisadiyyatın diversifikasiyası istiqamətində atılmış mühüm addım kimi dəyərləndirib.

Bildirilib ki, təhsilin sənayenin tələbləri ilə uzlaşdırılması, rəqəmsal və yaşıl bacarıqların inkişafı, eləcə də ömürboyu təhsil konsepsiyasının dəstəklənməsi “Bacarıqlar Akseleratoru”nun əsas hədəflərindəndir.

Bu yanaşma insan kapitalını gücləndirir və işçi qüvvəsinin gələcəyin iqtisadiyyatının təqdim etdiyi imkanlardan daha səmərəli yararlanmasını təmin edir.  

Neil Alison tədbir çərçivəsində “Gələcəyin peşələri 2025” (“Future of Jobs 2025”) hesabatının nəticələrini təqdim edərək qlobal bacarıq trendlərinin Azərbaycan üçün mümkün təsirlərini şərh edib. Tədbir iştirakçıları arasında ölkə üzrə əsas bacarıq prioritetlərinə dair sorğu keçirilib.

4SİM-in icraçı direktoru Fariz Cəfərov “4Sİ dövründə bacarıqlar və yerli çağırışlar” mövzusunda təqdimatla çıxış edib. “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi ilə bağlı məlumat verib.
Bildirilib ki, “Bacarıqlar Akseleratoru” (Skills Accelerator) – DİF-in Yeni İqtisadiyyat və Cəmiyyət Mərkəzi tərəfindən həyata keçirilən qlobal dövlət-özəl əməkdaşlıq platformasıdır. 

DİF-in Azərbaycanın qoşulduğu Qlobal Bacarıqlar Akseleratorlar Şəbəkəsi hazırda 35 ölkədə fəaliyyət göstərərək müxtəlif sektorlar arasında əməkdaşlığı təşviq edərək əmək bazarının tələblərinə uyğun bacarıqlar formalaşdırır, innovativ həllərdən istifadənin miqyasını genişləndirir. 

Təşəbbüsün icrası 4SİM tərəfindən koordinasiya olunacaq. Layihənin Azərbaycan üzrə həmsədrləri iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımovdur.

Sonda 4SİM-in Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu ilə birgə icra etdiyi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Coursera” onlayn təhsil platformasında təlimlərə qoşularaq fəallıq nümayiş etdirən iştirakçılara həmsədrlər tərəfindən sertifikatlar təqdim olunub.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:497
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri