Icma.az
close
up
RU
Yaradıcı ziyalılara bu bacarıqlar öyrədiləcək

Yaradıcı ziyalılara bu bacarıqlar öyrədiləcək

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Yaradıcı ziyalılara əqli mülkiyyət hüququnun mahiyyətini izah etmək  məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyəsi ilə “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-i “Əqli mülkiyyət hüququ sahiblərinin müdafiə potensialının artırılması” layihəsinin icrasına başlanılıb.

Əsas məqsəd nədir?

Azərbaycan Respublikasında bədii, elmi, intelektual yaradıcılıq əsərlərinə müəlliflik hüququnun qorunması sosial rifahının yaxşılaşmasına kömək edən ciddi amildir.

AzPost xəbər verir ki, Sovet hakimiyyəti dövründə əqli mülkiyyət hüququ ayrılıqda hüquq sahəsi və münasibətlər sistemi kimi mövcud deyildi.

Müasir dünyada əqli mülkiyyət vacib iqtisadi, mədəni, mənəvi amil olduğuna görə əqli mülkiyyət məhsullarını yaratmaq və bazara çıxartmaq üçün mövcud münasibətləri düzgün, ədalətli tənzimləmək zərurəti yaranmışdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yaradılması, “Stokholm Konvensiyası” nın qəbul edilməsi problemi beynəlxalq səviyyədə qorunan hüquqlar srasına çıxarmışdır.

Hansı qanunlar var?

Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsində əqli mülkiyyət hüququnun qorunmasının təsbit edilməsi əqli mülkiyyət hüququna (ƏMH) konstitusion status vermişdir. Bununla əlaqədar olaraq  normativ sənədlər qəbul edilmişdir. Ölkəmizdə Müəllif Hüquqları Agentliyi fəaliyyət göstərir.

Təəssüf ki, Azərbaycan dövlətinin və xalqının mədəni, elmi, bədii simasını formalaşdıran intelektual elita bu hüquqları qorumaq, reallaşdırmaq, bazara çıxarmaq mexanizmlərini bilmirlər. Bu imkanlardan yararlanmırlar. Yaradıcı ziyalılara ƏMH bilməsi,  yaradıcılıq imkanlarını bazara uyğunlaşdırması ölkəmizin mədəniyyətinin, incəsənitinin, ədəbiyyatının və elminin inkişafına ciddi təkan verə bilər.

Əqli mülkiyyət hüququ sahiblərinin müdafiə potensialının artırılması” layihəsi

Yaradıcı ziyalılara əqli mülkiyyət hüququnun mahiyyətini izah etmək və onun qorunması mexanizmini öyrətmək məqsədilə layihəsinin icrasına başlanılıb.

Təşkilatın sədri BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərovun verdiyi məlumata görə layihə çərçivəsində Bakı, Gəncə, Lənkəran, Zaqatala, Qazax şəhərlərində yaradıcı ziyalılara əqli mülkiyyət hüququ obyektlərindən istifadə etmək bacarıqları öyrədiləcək. Bunun nəticəsində yaradıcı insanlar öz yaradıcılıq məhsullarını əmtəə kimi bazara çıxara biləcəklər. Bu isə yaradıcı ziyalıların rifahının yaxşılaşmasına kömək edəcəkdir.

Layihə çərçivəsində AR Müəllif Hüquqları Agentliyi, Yazıçılar Birliyi, Elmlər Akademiyası və digər qurumlarla sıx əməkdaşlıq edəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Yanvar 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri