Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
19 yaşadək badmintonçularımız Bolqarıstanın Svilenqrad şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.
Fanat.Az Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ülvi Hüseynov və Leyla Camalzadə tandemi qarışı qoşa kateqoriyasında yarmfinala yüksəlməklə “Bulgarian Junior International 2025” turnirinin bürünc medalına layiq görülüblər.
Yarmfinala gedən yolda Lüksemburq və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələn badmintonçularımız finalın bir addımlığında Ülvi Hüseynovun zədələməsi səbəbindən mübarizəni dayandırılmalı olublar.
Leyla Camalzadə qızların şəxsi yarışında 1/8, Ülvi Hüseynov isə oğlanların şəxsi yarışında 1/4 finala kimi irəliləməyi bacarıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 15 May 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















