Azərbaycan badmintonçuları Türkiyədə 9 medal qazandılar
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan badmintonçuları Türkiyənin Ankara şəhərində keçirilən “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”ndə 9 medal qazanıb.
Futbolpress.az xəbər verir ki, yarışın son oyun günündə 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.
5 kateqoriyadan 4-də finalda təmsil olunan badmintonçularımız 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.
Kişi badmintonçuların şəxsi yarışında həlledici qarşılaşmada milli komandamızın lideri Edi Reski Dviçayo digər təmsilçimiz Diki Pangestuya qalib gəlib.
Edi-Diki tandemi kişi badmintonçuların qoşa yarışında da bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.
Qarışıq qoşa kateqoriyasında yarışan Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra turniri gümüş medalla başa vurub. Keişa daha bir gümüş medalı qadın badmintonçuların şəxsi yarışında millimizin hesabına yazdırıb.
Bundan əlavə, Era Maftuha qadın badmintonçuların şəxsi yarışında, Diki Pangestu-Era Maftuha qarışıq qoşa, Leyla Camalzadə-Həcər Nuriyeva və Era Maftuha-Keişa Fatimə Zəhra qadınların qoşa mübarizəsində bürüncə yiyələnib.
Azərbaycan Badminton Fedarasiyasının prezidenti Taleh Ziyadov fəxri qonaq qismində “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”nin təltifetmə mərasimində iştirak edib.
Türkdilli dövlətlər arasında ilk beynəlxalq turnir ötən il ölkəmizdə baş tutub. Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan, ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən yarışda ölkəmizlə yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan badmintonçuları iştirak edib. Badmintonçularımız isə bu il olduğu kimi 2023-də keçirilən turnirdə də 9 medalla fərqlənmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 19 İyun 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















