Azərbaycan badmintonçuları Uqandada medal qazandılar
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan badmintonçuları Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “International” seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıblar.
Futbolpress.az xəbər verir ki, “Uganda International Series 2024” turnirində yarımfinala kimi irəliləyən Era Maftuha yarışı üçüncü sırada başa vurub. Era Uqanda, BƏƏ, Maldivi təmsil edən rəqiblərini məğlub edərək qadınların şəxsi yarışında bürünc medal qazanıb. Badmintonçumuz finalın bir addımlığında turnirin qalibi olan Malayziya təmsilçisi Loh Zhi Veiyə 3 setin tamamında məğlub olub.
Kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov və Diki Pangestu Malta, Şotlandiya və İtaliyanı təmsil edən badmintonçuları mübarizədən kənarlaşdırmağı bacarıb. Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Aqil və Diki 1/2 finalda hindistanlı rəqiblərinə hər iki setdə uduzub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 20 Aprel 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















