Azərbaycan Basketbol Liqası: Neftçi və Sabah final seriyasının dördüncü matçına çıxıb
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Basketbol Liqasında "Neftçi" və "Sabah" arasında final seriyasının dördüncü oyunu keçirilib.
"Report" xəbər verir ki, Bakı İdman Sarayında baş tutan matçda "ağ-qaralar" 84:66 hesablı qələbə qazanıblar.
Bununla da ümumi seriyada hesab bərabərləşib - 2:2. Daha əvvəl tərəflər arasında reallaşan 3 qarşılaşmadan ikisində "Sabah", birində isə "Neftçi" qalib gəlib.
Tərəflər arasında 5-ci oyun mayın 11-nə təsadüf edəcək. Bu matç saat 17:00-da start götürəcək.
Qeyd edək ki, final seriyasında 4 qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Azərbaycan Basketbol Liqası: Neftçi və Sabah final seriyasının dördüncü matçına çıxır
08 May 2025 13:24
Azərbaycan Basketbol Liqası: “Sabah” final seriyasının ilk oyununda “Neftçi”ni məğlub edib
02 May 2025 21:29
Azərbaycan Basketbol Liqası: “Neftçi” seriyanı bərabərləşdirib
08 May 2025 22:51
Azərbaycan Basketbol Liqası: “Sabah” və “Neftçi” yarımfinala vəsiqə qazanıb
21 Aprel 2025 22:03
Azərbaycan Basketbol Liqası: Neftçi Sabaha qalib gəlib
17 Dekabr 2024 22:04

