Azərbaycan basketbol millisinin baş məşqçisi: Fiziki cəhətdən rəqib bizi üstələdi AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 24 noyabr, AZƏRTAC
“Fiziki cəhətdən rəqib bizi üstələdi”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev 2027-ci il dünya çempionatının seçmə mərhələsində Bakıda İsveçrə yığmasına 55:85 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, zədəli basketbolçuların olması komandanın oyununa təsir edib: “Amil Həmzəyev və Ender Poladxanlının olmaması hiss olundu. Rəqibin təcrübəsi bizdən üstün çıxış etməsinə şərait yaratdı. Azərbaycan millisində təcrübəli simalar var, lakin İsveçrə seçməsindəki kimi deyil. Heyətimizdə olan gənc basketbolçularda potensial görürəm. Onlara çox inanıram”.
Baş məşqçi əzmkarlığa görə basketbolçuları ilə qürur duyduğunu bildirib: “Həqiqətən də meydana qələbə əzmi ilə çıxmışdılar. Təəssüf ki, fiziki yorğunluq komandaya təsir etdi. Yığma üçün əməyi olan hər kəsə minnətdaram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 24 Noyabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















