Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Azərbaycan başladı, Çin dəstəklədi...

Azərbaycan başladı, Çin dəstəklədi...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Dost ölkələr arasında viza rejimi ləğv olunub

Son illərdə müstəqil Azərbaycanla dünya nəhəngi Çin qarşılıqlı maraqlara əsaslanan münasibətlərini strateji müttəfiqlik prinsiplərinə uyğun inkişaf etdirirlər. İki ölkə arasında münasibətlərin dərinləşməsi istiqamətində daha bir mühüm addım atılıb - dünəndən etibarən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib. Viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çinə cari ilin aprelində dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”ə uyğun olaraq iyulun 16-da qüvvəyə minib.

Qarşılıqlı səfərlər daha asan olacaq

Azərbaycanla Çin arasında vizasız rejimin tətbiqi ideyası Azərbaycandan gəlib. Elə bu istiqamətdə ilk addımı atan da ölkəmiz olub. Belə ki, son bir ildə Çin vətəndaşlarına birtərəfli qaydada respublikamıza vizasız gəlmək imkanı yaradılıb. Xatırladaq ki, bununla bağlı müvafiq müddəa Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində 2024-cü il iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də öz əksini tapıb. Bildirilib ki, tərəflər turizm sahəsində əməkdaşlığı gücləndirməyə və turizmin ümumi inkişafına töhfə verməyə hazır olduqlarını bildirirlər. Çin Azərbaycanın illik Çin beynəlxalq turizm yarmarkasında və digər turizm sərgilərində iştirakını, habelə Azərbaycan tərəfinin turizmin inkişafı, eləcə də iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejimin tətbiq edilməsi barədə qərarını alqışlayır. Tərəflər bundan sonra da vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılmasına töhfə verəcəklər.

Beləliklə, Çin vətəndaşları 2024-cü il iyulun 20-dən başlayaraq bir il ərzində Azərbaycana üç dəfə vizasız səfər etmək imkanı qazanıblar. Hər səfər zamanı respublikamızda qalma müddəti 30 gün olub. Eyni zamanda, ölkəmizə vizasız səfərə gələn Çin vətəndaşları, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti qaldıqda Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınıblar. Müvafiq dövr ərzində hər bir Çin vətəndaşına 3 dəfə Azərbaycana vizasız gəlmək imkanı yaradılıb.

Azərbaycan, həmçinin ona nail olmaq istəyirdi ki, dost Çin də respublikamızın vətəndaşlarına bu ölkəyə vizasız gediş üçün şərait yaratsın. Xatırladaq ki, bu ilin fevralında Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibəsində bildirmişdi ki, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. “Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi biz rəsmi diplomatik kanallardan istifadə edirik - siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Dost Çin Azərbaycanın istəyinə qarşılıq verdi və ölkəmizdən gələn təşəbbüsü dəstəklədi. Artıq qarşıya qoyulan məqsədə nail olunub. Bundan sonra həm Çin vətəndaşları Azərbaycana, həm də Azərbaycan vətəndaşları Çinə vizasız rejimdə səfər edəcəklər. Beləliklə də, qarşılıqlı səfərlər daha asan olacaq. Yuxarıda bəhs olunan sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çin Xalq Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində otuz (30) gündən çox olmamaqla və hər yüz səksən (180) günlük dövr ərzində ümumilikdə doxsan (90) gün müddətini aşmamaqla viza tələbindən azad edilir.

Turizm axınında yüksək dinamika

Həm 2024-cü il 3 iyul tarixində  qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də, həm də  Prezident İlham Əliyevin cari ilin aprel ayında  Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində  Pekində imzalanan  “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da ikitərəfli əməkdaşlıq əlaqələrinin prioritet istiqamətəri göstərilib. Sənədlərdə də vurğulandığı kimi, iki ölkə arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri  turizm sektorudur.

Çin dünyanın ən böyük turist göndərən ölkələrindən biri hesab olunur. Buna görə də ayrı-ayrı dövlətlər bu ölkədən turist cəlb etmək məqsədilə müxtəlif tədbirlər görürlər. Azərbaycan da dost ölkədən daha çox sayda turist cəlb etməkdə maraqlıdır. Respublikamızın geniş turizm cəlbediciliyi və yaradılan müasir infrastruktur bunu reallaşdırmağa imkan verir. Eyni zamanda, möhkəm daxili sabitlik, cəmiyyətimizin tolerantlığı və bu kimi digər amillər də Azərbaycanı xarici turistlər üçün cəlbedici məkana çevirir.

Son vaxtlarda Azərbaycanın müvafiq qurumları Çində respublikamızın turizm imkanlarının təqdimatı ilə əlaqədar fəal iş aparırlar. Ötən il sentyabrın 24-də turizm sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Turizm Bürosu (ATB) və “Trip.com Group” arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycanı çinli səyahətçilər üçün cəlbedici istiqamət kimi tanıda biləcək “Ctrip” platformasından aktiv şəkildə istifadə ediləcək. Həmçinin Azərbaycanın turizm imkanlarını təqdim etmək məqsədilə Çinin 30-dək aparıcı media nümayəndəsinin iştirak etdiyi mətbuat konfransı təşkil olunub. Mətbuat konfransında çinli turistləri üçün vizasız rejimin tətbiqi, ATB-nin Çində rəsmi təmsilçiliyin fəaliyyəti və Bakı ilə Pekin arasında AZAL aviaşirkəti tərəfindən birbaşa uçuşların həyata keçirilməsi kimi məsələlərə toxunulub.

Davamlı təbliğat işi öz bəhrəsini verir. Belə ki, Çindən ölkəmizə səfər edən turistlərin sayında yüksək artım dinamikası müşahidə edilir. Bunu rəqəmlərdən də görmək mümkündür. Ötən il Çindən Azərbaycana 44 798 turist gəlib. Bu, 2023-cü illə müqayisədə iki dəfə artım deməkdir. Eyni zamanda, respublikamızdan dost ölkəyə gedənlərin sayı da artıb. 2024-cü ildə Azərbaycandan Çinə  10 602 turist səfər edib. (2023-cü illə müqayisədə 90 faizdən çox artım). Şübhə yoxdur ki, yeni qaydaların qüvvəyə minməsi ilə bu göstəricilər daha böyük rəqəmlərlə ifadə olunacaq.

Yeni qaydalar ikitərəfli münasibətlərə necə təsir göstərəcək?

Viza rejiminin ləğvi fonunda belə bir sual yaranır: Yeni qaydalara keçid ikitərəfli münasibətlərə necə təsir göstərəcək? Əvvəla, onu vurğulamaq yerinə düşər ki, vizasız rejim ölkələr arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq tətbiq edilir. Azərbaycanla Çin arasında siyasi münasibətlər yüksək səviyyədədir ki, burada da liderlərin qarşılıqlı səfərləri, ikitərfli və çoxtərəfli platformalarda intensiv təmasları, bir-birlərinə xoş münasibət bəsləmələri mühüm rol oynayır. Bunlar ona dəlalət edir ki, hər iki tərəfdə qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə güclü siyasi iradə var. Viza rejiminin ləğvi qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə güclü impuls verəcək. Bu, əslində, Azərbaycanla Çin arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyir.

Viza rejiminin ləğvinin ölkələrimiz arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə müsbət təsir göstərəcəyi amilini xüsusi vurğulamaq lazımdır.  2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Çin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 7,9 faiz paya malikdir. İdxalda isə Çin 17,69 faizlə lider mövqedədir. Hazırda Azərbaycanda Çin kapitalı ilə yaradılmış 375 şirkət mövcuddur, onlardan 298-i aktiv fəaliyyət göstərir. Eyni zamanda, yüksək texnologiyalar, innovasiyalar və alternativ enerji sahələrində birgə layihələrin reallaşdırılması istiqamətində danışıqlar davam etdirilir. Viza rejiminin qarşılıqlı şəkildə ləğvi ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafına güclü təkan verəcək. Turistlərlə yanaşı, biznes dairlərinin nümayəndələri üçün də gediş-gəliş daha asan olacaq ki, bu da nəzərdə tutulan layihələrin sürətlə həyata keçirilməsi anlamına gəlir.

Viza rejiminin ləğvinin müsbət nəticələrindən biri də, heç şübhəsiz ki, xalqlarımızın daha sıx əlaqələr qurması, mədəni-humanitar, təhsil sahələrində əməkdaşlığın güclənməsi olacaq. Cəmiyyətlərin yaxınlaşması isə dövlətlərarası münasibətlərin təməl sütunlarından biridir.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 İyul 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see560

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see547

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see540

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see459

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see436

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see353

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see330

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see302

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see301

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri