Icma.az
close
up
RU
Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ukrayna müharibəsi Rusiyanın resurslarını ciddi şəkildə zəiflətsə də, imperiya təfəkkürünü və postsovet məkanını nəzarətdə saxlamaq istəyini azaltmayıb. Bu baxımdan, müharibə başa çatdıqdan sonra Kremlin Qafqaz istiqamətində təsir dairəsini yenidən genişləndirməyə çalışacağı şübhə doğurmur. Regionun enerji-logistika mərkəzi olan Azərbaycan isə bu prosesdə əsas hədəflərdən biri ola bilər. Şimalın məqsədi Bakının müstəqil siyasi kursunu zəiflətmək, daxili sabitliyə təsir etmək və ölkəni yenidən öz orbitinə yaxınlaşdırmaq cəhdi ola bilər.

Ramiz Mehdiyev və onun təsir dairəsi

Bu kontekstdə Azərbaycan daxilində müəyyən siyasi qruplardan, xüsusilə də uzun illər müxtəlif xarici dairələrlə əlaqələrdə adı hallanan şəxslərdən istifadə cəhdləri mümkündür. Bu fiqurlardan biri də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun təsir dairəsi hesab olunur.
Milli Məclisin deputatı Hikmət Babaoğlu deyir ki, Azərbaycanın milli təhlükəsizliyi baxımından bu mərhələdə əsas prioritet dövlətçiliyə zərər vuran və ölkəni yenidən xarici təsir altına qaytarmağa cəhd edən qüvvələrin qətiyyətlə zərərsizləşdirilməsidir. O, APA-ya açıqlamasında deyib ki, hazırda milli təhlükəsizliyin qorunmasının mühüm mərhələsinə qədəm qoymuşuq: "Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı addımlar atan şəxslərin iflası və ifşası mərhələsindəyik".

“Milyarderlər İttifaqı”-“Milli Şura

Mehdiyevin uzun illər ərzində müxtəlif şəbəkələr qurması, habelə radikal mövqeləri ilə seçilən AXCP və “Milli Şura” üzərində təsir imkanlarını qoruması Kremlin informasiya və siyasi təsir strategiyası üçün əlverişli platforma yarada bilər.

Hələ 2013-cü ildə Azərbaycanda dövlət çevrilişinə cəhd planlarını xatırlamaq yerinə düşər. Həmin vaxt Rusiyada "Milyarderlər ittifaqı" quruldu, azərbaycanlı iş adamları bu ittifaqa cəlb edildi, onların Azərbaycanın siyasi müxalifəti ilə əlaqələri formalaşdırıldı. Bu prosesdən bir qədər əvvəl “Ziyalılar Forumu” yaradılsa da, az sonra orda toplaşan ziyalılardan bəziləri məsələnin mahiyyətini anladılar və uzaqlaşdılar.

Cəmil Həsənlinin formal, Əli Kərimlinin isə faktiki rəhbərlik etdiyi “Milli Şura” adlı rusiyapərəst birlik formalaşdı.

Prezident seçkilərindən sonra bu şuranın Rusiya prezidentinə məktubu da mediada yayıldı.

Bütün bu prosesdə Rüstəm İbrahimbəyov irəli verilib, “Milli Şura”nın vahid namizədi elan olunsa da, hamıya aydın idi ki, Şimalın namizədi Abbas Abbasov idi.

Bəzi məlumatlara görə, həmin vaxt məhz proses və maliyyə şimaldan idarə edildiyi üçün bəzi siyasətçilər “Milli Şura”ya qoşulmaqdan imtina etmişdilər.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Həsənoğlu mediaya müsahibəsində qeyd edib ki, 2019-cu ildə Əli Kərimli məhz Ramiz Mehdiyevin vəzifədən getməsini yubatmaq üçün onun tspşırığı ilə aksiya təşkil edib.

Ramiz Mehdiyev vəzifədən getdi, Əli Kərimli mitinq keçirmək həvəsi öldü

Maraqlı məqam ondan ibarətdir ki, Ramiz Mehdiyev vəzifəsindən azad olunduqdan sonra Əli Kərimli mitinq keçirmək həvəsinə düşmədi.

Bu isə onu göstərir ki, Mehdiyev Administrasiya rəhbəri olduğu dövrdə AXCP-nin davamlı mitinq tələbləri və meydan aktivliyindən məhz daxili siyasi proseslərin eskalasiyasında istifadə edirdi.

Deputat Hikmət Babaoğlu da hesab edir ki, Ramiz Mehdiyevin işi üzrə aparılan prosesdə məsələnin Azərbaycan radikal müxalifətinin təmsilçiləri ilə əlaqələndirilməsi tamamilə məntiqli görünür.

"2013-cü ildə Azərbaycanda “Milli Şura” ideyasının siyasi proseslərə bağlanmasına cəhd edilərkən qeyri-adi vəziyyət yarandı. Paradoksal şəkildə həmin “Milli Şura”ya və radikal müxalifət tərəfdarlarına Rusiyadan da müəyyən qüvvələrin qoşulduğu müşahidə olundu, bununla da onların siyasi proseslərə təsir imkanları xeyli artdı. İndi isə bəlli olur ki, Azərbaycanda dağıdıcı fəaliyyətlərin koordinasiyası, eləcə də siyasi proseslərin manipulyasiyası məhz Ramiz Mehdiyev tərəfindən həyata keçirilib. Bu isə hazırkı mərhələdə daha təhlükəli haldır. Ona görə də bu cür zərərli kombinasiyaların qarşısı mütləq alınmalıdır", deyə, deputat qeyd edib.

Ramiz Mehdiyev-AXCP işbirliyi

Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra da bəzi müxalif dairələrlə, xüsusilə AXCP ilə gizli təmaslar qurduğu barədə silsilə məlumatlar var. Bu əlaqələr vasitəsilə “Dövlət Şurası” adlı paralel strukturun yaradılması, hakimiyyətin dəyişdirilməsi və xarici dəstəyin təmin edilməsi kimi planlar hazırlanıb.

Həmin planların məqsədi dövlət orqanlarına inamsızlıq yaratmaq, cəmiyyətdə çaşqınlıq formalaşdırmaq və sabitliyi sarsıtmaq olub. Bu istiqamətdə Mehdiyev şəbəkəsi ilə AXCP arasında ideoloji və informasiya əməkdaşlığı qurulduğu da bildirilir. Onun vəzifədən uzaqlaşdırılmasından sonra radikal mitinq çağırışlarının kəskin şəkildə səngiməsi isə bu əlaqələrin funksional xarakter daşıdığını təsdiqləyən əsas indikatorlardan biridir. Bu, həm də müəyyən qüvvələrin sistemli şəkildə daxili sabitliyə təzyiq yaratmağa çalışdığını göstərir.

Belə bir şəraitdə AXCP kimi radikal davranışları ilə seçilən, dövlət maraqlarına zidd mövqelər sərgiləyən siyasi qrupların vaxtında zərərsizləşdirilməsi, onların xarici dairələrin təsir alətinə çevrilməsinin qarşısının alınması milli təhlükəsizliyin əsas istiqamətlərindən biri olmalıdır. Azərbaycan dövlətinin möhkəm institusional dayaqları, preventiv təhlükəsizlik strategiyası və ictimai-siyasi sabitliyi qorumaq bacarığı şimal dairələrinin mümkün planlarının reallaşmasının qarşısında əsas maneə olaraq qalacaq.

Bəzi rayonlarımızda Rusiya bayrağının qaldırılması, SSRİ bayraqlarının nümayiş etdirilməsi kimi siyasi mesajlar təsadüfi deyil.
Belə bir şəraitdə hakimiyyəti uzurpasiya etməyə çalışanlara qarşı qətiyyətli konstitusion mübarizə aparılmalıdır. AXCP, “Milli Şura” və bu siyasi teatra dəstək verən Ramiz Mehdiyev tam ifşa olunmalıdır. Azərbaycan təhlükəsizlik
orqanlarının bu prosesi vaxtında aşkar etməsi təqdirəlayiqdir.

Əli Kərimli, “Milli Şura” və Cəmil Həsənli siyasi səhnədən silinməlidir

Hikmət Babaoğlu hesab edib ki, Azərbaycan siyasi sistemində uzun illər dağıdıcı rol oynamış, müxtəlif xarici dairələrin diktə etdiyi imperiya və islamofob maraqları milli maraqlardan üstün tutan AXCP sədri Əli Kərimli, onun funksionerləri, eləcə də “Milli Şura” üzvləri, o cümlədən Cəmil Həsənli hazırkı mərhələdə siyasi sistemdən birdəfəlik uzaqlaşdırılmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Noyabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri