Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Yeni geosiyasi nizamda Türkiyə İran: Ankara Tehran əlaqələrinin gələcəyi TƏHLİL

Yeni geosiyasi nizamda Türkiyə İran: Ankara Tehran əlaqələrinin gələcəyi TƏHLİL

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Dünya siyasətində bəzi dövlətlər var ki, onların tarixin hansı mərhələsində dost, hansı mərhələsində düşmən olacağını öncədən söyləmək mümkün olmur. Hətta bu dövlətlər uzun tarixi periodda deyil, qısa müddət (1 il, 5 il, 10 il – red.) zərfində də düşmən münasibətdən tərəfdaşa, yaxud da əksinə çevrilə bilərlər.

Kimilərinə görə bu, dünya siyasətinin şəkillənməsindən asılıdır, kimisi isə səbəbləri idarəçiliyin yanaşmasının dəyişməsində axtarır. Ancaq hər halda, bu kimi dövlətlərin dəyişməyən bir tərəfi var: bütün məsələlərdə milli maraqlarından çıxış etmək. Yəqin ki, dostu düşmən, düşməni dost edən əsas nüans da budur.

Elə Türkiyə və İran kimi...

Bu gün İranda fars dövlətinin mövcud olduğunu nəzərə almasaq, yaxud alsaq da, son min ildən çox tarixi türk dövlətçiliyi ilə inkişaf etmiş İran və son min ili türk dövlətçiliyinin sayəsində türk-islam mədəniyyətinin önəmli parçasına çevrilmiş Anadolu hər zaman çəkişmələrlə dolu bir tarixi əlaqələrə sahib olublar. Düzdür, zaman-zaman bu iki ölkə arasında münasibətlər tarixində yumşalmalar, hətta Nadir şah imperiyasının, birbaşa onun təşəbbüsü ilə əməkdaşlığın qurulması üçün addımlar atılsa da, Türkiyə (əvvəllər Osmanlı) və İran (əvvəllər fərqli adlarda müxtəlif türk dövlətləri) arasında siyasi əlaqələr çox vaxt krizlər üzərində qurulub, bu iki nəhəng dövlət həmişə Anadoluda, Qafqazda və Körfəzdə rəqabət aparıblar.

Əslində bu gün də Türkiyə və İran arasında ciddi rəqabət mühiti var. Livanda, Suriyada, Fələstin və İraqda - bir sözlə bütöv Yaxın Şərqdə, həmçinin Afrika, Cənubi Qafqaz və müəyyən qədər Mərkəzi Asiyada İran–Türkiyə rəqabətini görməkdəyik. Birbaşa qarşıdurma olmasa da, proksi qüvvələr vasitəsi ilə “ölüm-qalım mübarizəsi”ni də yaxşı sezirik.

Ancaq bu gün nə İran tarixi imperiya gücünə sahibdir, nə Türkiyə. Bu gün nə İran dünya siyasətində əsas dövlətdir, nə Türkiyə. Bu gün nə İran özünə rəqib tanımayacaq texniki inkişafa və canlı qüvvəyə malikdir, nə Türkiyə. Ancaq bir zamanlar Osmanlı imperiyası cahan dövləti idi, əsas strateji-tranzit yollara nəzarət edirdi, ordusu müasir və yeniliklərlə təhciz edilmişdi. Elə İran da, ən azından Səfəvilər dövründə Qərblə yaxşı əlaqələri olan və güclənən, Nadir şah zamanında isə Hindistana qədər əsas strateji yollara nəzarət edən dövlət idi.

Bəlkə də həmin zamanlarda Səfəvilər Osmanlını və əksinə, Osmanlı Səfəviləri məhv etmək düşüncəsindən uzaqlaşmış olsaydı, indi biri Şərqə, biri Qərbə hökm edən cahan dövlətlərimiz vardı. Ancaq hər halda, tarix və siyasət elmləri ehtimalları və fərziyyələri deyil, faktları əsas tutur.

Fakt odur ki...

Fakt odur ki, bu gün nə Türkiyə, nə İran supergücdür. Bu gün hər ikisi sadəcə regional gücdür. Türkiyə diplomatik manevrləri, strateji-coğrafi mövqeyi, canlı qüvvəsinin zirəkliyi ilə dünyanın ən yaxşılarından olsa da, hərbi-texniki, iqtisadi və ümumi texniki geriliyi onu superdövlət olmaqdan geri salır.

Ancaq Qərb mərkzələri də, Şərq mərkəzləri də yaxşı anlayır ki, türk-islam dünyasının əsas güc mərkəzləri olan Türkiyə və İran potensial rəqiblər ola bilərlər. Ona görə də, həmin mərkəzlər həmişə müxtəlif məkrlər ilə bu iki ölkəni üz-üzə gətirməyi, tarixən olduğu kimi, birini digərinin əli ilə məhv etməyi planlayırlar. İrandakı ağlı qıt radikal təfəkkür zaman-zaman bu planların qurbanına çevrilməyə yaxın olsa da, Türkiyənin ağıllı diplomatik həmlələri “növbəti Osmanlı-Səfəvi müharibəsi”nin qarşısını almış olur.

Niyə İranı Səfəvilərlə eyniləşdiririk? Çünki bu gün İran dövlətini ayaqda tutan ideologiya türk irsi, bu gün İranı ayaqda tutan generalların əksəriyyəti türk, ordunun dayağı yenə türkdür. Əsas təhlükəsizlik məsələlərinin yükünü yenidən türklər öz çiyinlərində daşıyırlarsa, İranın türk dövləti olması üçün son bir əskiklik qalır: dövlətin dilini türk dili, Azərbaycan türkcəsi etmək!

Qayıdaq mətləbə. Türkiyənin xarici işlər naziri Hakan Fidanın İran səfəri də məhz yeni dünya düzənin formalaşmasının ayaq səslərinin göstəricisidir. Türkiyə yaxşı anlayır ki, yeni dünyada bir neçə güc mərkəzi olacaq. O güc mərkəzlərinə sadəcə bir millət - bir dövlət nəzarət edəcək. Digərləri onun işığına toplanacaq və müstəqilliklərini və gələcəklərini onunla kordinasiya edəcəklər.

Rəsmi Ankara anlayır ki, Qafqazda, Mərkəzi Asiya və Yaxın Şərqdə hakim olmaq uğrunda regionun dilinə, dininə və irqinə yad ünsürlər ciddi mübarizə aparır. Məslən, rusların, çinlilərin, qərblilərin heç birinin dili, dini, irqi bu regionlardakı xalqlarla eyni deyil, hətta ziddir.

Türkiyə yeni dünyada türk-islam biliyini qurmaqla Yaxın Şərq, Mərkəzi Asiya və Qafqazın milli-dini-mədəni-irqi xüsusiyyətlərini, suverenliyini və azadlığını qorumağa çalışır. Ancaq farsizm bunu anlamır, kəskin Qərb düşmənliyi onların dünyanı tam görməsini əngəlləyir və İranı hər gün bir az da Rusiya və Çindən asılı vəziyyətə salır. Min ildir türklərin bağımsız saxladığı İran tarixinin ən “vassal asılı hala müsait” günlərini yaşayır.

Hətta Türkiyə NATO çərçivəsində müttəfiqi olan Qərbi iqtisadiyyatına vurulan ağır zərbələri gözə alaraq “geri çevirməyə”, Qərb-Şərq balansını qorumaqla bu gün blokun tərəfinə çevrilməməyə çalışdığı zamanda İran tərəfi nəinki Şərqin tərəfdaşına, hətta onun əlatına çevrilməkdədir. Bu isə türk-islam birliyini zədələməklə qalmır, bütöv bir coğafiyanı risk altına alır.

Türkiyə tərəfi İranla koordinasiyanı artırmaqla bu riskləri azaltmağa, yeni dünyada türk-islam, ümum-islam təhlükəsizliyini qurmağa, eyni zamanda qüvvələri birləşdirməklə yeni güc mərkəz(lər)i formalaşdırmağa çalışır.

Məsələn, səfər çərçivəsində Tehranda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın XİN rəhbəri Abbas Əraqçi arasında görüş baş tutub. Nazirlər birgə azad iqtisadi zonaların yaradılması və yeni sərhəd keçidinin aktivləşdirilməsi də daxil olmaqla, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsini vurğulayıblar.

İran Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilib ki, tezliklə Van şəhərində İranın yeni baş konsulluğu açılacaq. Konsulluq xidmətlər göstərməklə yanaşı, sərhəd əyalətləri arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaq. Əraqçı və Fidan, Fələstin məsələsi və Qəzza zolağındakı vəziyyət də daxil olmaqla, regional məsələləri ətraflı müzakirə ediblər. Onlar Fələstin anklavında hərbi əməliyyatlara son qoymaq üçün birgə əməkdaşlığın zəruriliyini vurğulayıblar.

Görüşdə bu qədər geniş spketrli məsələlərin müzakirəsi də dediklərimizin sübutudur: artıq hər iki tərəf tarixdə olduğu kimi, düşmən və ya rəqib deyil, birlikdə addımlamağı daha yaxşı bilirlər. Çünki bir-birilərinə vuracaqları zərbənin ikisinin də zəifliyinin təməlləri olacağı tarixi bir təcrübənin günümüz yaddaşıdır.

Bəs yaxşı, İran və Türkiyə səmimi tərəfdaşlar ola bilərmi?

Yuxarıda da dediyimiz kimi, bütün dövlətlər məsələlərə milli maraqlarından baxırlar. Türkiyə də, İran da, istər bir-birilərinə qarşı, istərsə də digər dövlətlərlə münasibətlərində həmişə öz maraqlarını üstün tutacaqlar. Ancaq bu gün Türkiyə və İran arasında ciddi ziddiyyətlər olsa da, bəlkə də, bütün tarix ərzində ilk dəfə bu qədər ortaq maraq kəsb edən nöqtələr var: dəyişən dünya, yeni dünyada güc mərkəzinə çevrilmək, İslam dünyasını gücləndirmək, türk dünyasını İslam dünyasının bayraqdarına çevirmək və s.

Bu iki dövlətin eyni güc mərkəzində birləşməsi mümkün görünmür. İdeoloji-dini və milli fərqlər ciddi əngəldir. Ancaq nə Türkiyənin, nə də İranın bir-biri ilə qarşıdurmaya gedəcəklərini də gözləmək olar. Hər iki tərəf anlayır ki, belə bir qarşıdurma birinin Şərqdən, birinin Qərbdən asılı hala gəlməsi deməkdir. Qalib də olmayacaq. Və ya Pir qələbəsi. Heç kimə lazım deyil.

Ona görə də İran və Türkiyənin proksi qüvvələrin əli ilə rəqabətə davam edəcəklərini, dövlətlərarası əlaqələrdə isə ortaq təhlükələrə qarşı birgə mübarizə aparacaqlarını ehtimal etmək olar. Qlobal qarşıdurmalar artarsa, zaman-zaman konfliktlər yaşanacaq, iqtisadi-diplomatik əlaqələr zədə görəcək, ancaq bu da birbaşa qarşıdurma ilə nəticələnməyəcək. Qarşıdurmaların kəsəri azaldıqca isə Türkiyə və İran arasında bütün sahələrdə yaxınlaşmalar da arta bilər.

Həşim Səhrablı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Dekabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see270

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see249

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see244

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see176

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see172

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see160

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri