Azərbaycan BƏƏ tərəfdaşlığı turizm və logistikada yeni imkanlar açır
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
“Azərbaycanla BƏƏ arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi təkcə siyasi və iqtisadi münasibətlərin deyil, logistika və turizm sahəsində də yeni mərhələnin başlanğıcı sayıla bilər”.
Bunu turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, tranzit və logistika baxımından Azərbaycanın Orta Dəhlizdə və Şimal-Cənub nəqliyyat qovşağında oynadığı rol böyükdür:
“Bunlar BƏƏ limanlarının imkanları ilə birləşdikdə yüklərin şərqdən qərbə və əksinə daşınması üçün optimal marşrut formalaşır. Bu da ölkəmizin regional yükdaşıma mərkəzinə çevrilməsinə şərait yaradır. Turizm sahəsində isə Dubay və Əbu-Dabi kimi böyük turizm mərkəzləri ilə birgə layihələr və kampaniyalar qarşılıqlı marağı artıracaq. Birbaşa uçuşlar, vizasız rejim və yeni turizm məhsulları, həm BƏƏ-dən Azərbaycana, həm də əksinə turist axınını artıra bilər. Ümumilikdə, bu əməkdaşlıq Azərbaycanda investisiya və turizm üçün əlverişli mühitin möhkəmlənməsinə ciddi töhfə verəcək”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Azərbaycan BƏƏ iqtisadi tərəfdaşlığı müzakirə edilib
03 Fevral 2025 11:17
Azərbaycan Almaniya tərəfdaşlığı: geosiyasi reallıqlar və yeni iqtisadi imkanlar
03 Aprel 2025 18:02
Azərbaycan dayanıqlı iqtisadiyyatla xarici investorlara yeni imkanlar açır
21 İyul 2025 09:32
“Ticarət və Logistikada Qadınların Tərəfdaşlığı” Assosiasiyasının rəsmi təqdimatı keçirilib
09 Sentyabr 2025 19:26
Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında saziş qarşıda yeni imkanlar açır
20 Noyabr 2024 17:54