Icma.az
close
up
RU
Azərbaycan Aİ tərəfdaşlığı: imkanlar, hədəflər və yeni reallıqlar

Azərbaycan Aİ tərəfdaşlığı: imkanlar, hədəflər və yeni reallıqlar

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycanın Avropa ölkələri ilə iqtisadi əməkdaşlığının genişlənməsi ölkəmizin beynəlxalq iqtisadi mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır. Bu əməkdaşlıq Azərbaycanın təkcə enerji təchizatçısı deyil, həm də Avropa ilə Asiya arasında mühüm nəqliyyat-logistika, investisiya və iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Təasdüfi deyildir ki, Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki. “Biz Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirmək istiqamətində fəal iş aparırıq”.

Mövqeyimizi faktlara və arqumentlərə istinad edərək əsaslandırmağa çalışaq. Birincisi, Avropa İttifaqı (Aİ) Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Prezident İlham Əliyevin təbirincə desək, “Avropa bizim əsas ticarət tərəfdaşımızdır”. Avropa Komissiyasının məlumatına görə, Avropa İttifaqı Azərbaycanın ümumi xarici ticarətinin təxminən 38,7 faizini təşkil edir. 2025-ci ildə Aİ-nin Azərbaycandan idxalı 13,9 milyard avro, Azərbaycana ixracı isə 2,8 milyard avro olmuşdur. Bu rəqəmlər Avropa bazarının ölkəmiz üçün əhəmiyyətini aydın göstərir. Heç şübhəsiz, burada əsas məqsəd yalnız ticarət dövriyyəsini artırmaq deyil, ixracımızın strukturunu dəyişmək, qeyri-neft məhsullarının Avropa bazarına çıxışını genişləndirmək olmalıdır.
İkincisi, enerji əməkdaşlığı Azərbaycanın beynəlxalq strateji əhəmiyyətini artırır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır. Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər qazının Avropa bazarlarına çatdırılması enerji mənbələrinin şaxələndirilməsinə xidmət edir.
Dövlətimizin başçısı cənab İlham Əliyev 2022-ci ildə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə mətbuat üçün birgə bəyanatında Azərbaycanın enerji sahəsində əməkdaşlığının gələcək istiqamətlərini müəyyənləşdirmişdir və xüsusi olaraq vurğulamışdır ki, ölkəmizin bərpaolunan enerji sahəsində Avropa ilə əməkdaşlığı üçün geniş potensialı vardır. Avropa Komissiyasının məlumatına əsasən, 2021–2024-cü illərdə Azərbaycanın Avropa İttifaqına qaz təchizatı 40 faizdən çox artmışdır. 2025-ci ildə SOCAR ümumilikdə 14 ölkəyə, o cümlədən 8 Aİ üzvünə qaz tədarük etmişdir. 2026-cı ilin yanvarından isə Almaniya və Avstriyaya da Azərbaycan qazının ixracına başlamışdır. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun coğrafi baxımdan genişləndiyini göstərir. Bununla yanaşı, gələcəyin enerji bazarını nəzərə alaraq külək, günəş enerjisi, yaşıl hidrogen və elektrik enerjisinin ixracı istiqamətində də əməkdaşlığı gücləndirməsinin geniş potensialı vardır.
Üçüncüsü, Orta Dəhliz Azərbaycanın geoiqtisadi əhəmiyyətini artıran əsas istiqamətlərdəndir. Bu gün Orta Dəhliz yalnız nəqliyyat marşrutu deyil, Avropa ilə Asiyanı birləşdirən strateji iqtisadi arteriyadır. Dünya Bankının hesablamalarına görə, zəruri infrastruktur investisiyaları və idarəetmə islahatları həyata keçirildiyi təqdirdə, 2030-cu ilədək Orta Dəhliz üzrə yükdaşımaların həcmini üç dəfə artırmaq, daşınma müddətini isə iki dəfə azaltmaq mümkündür. Bu imkanlardan maksimum yararlanmaq üçün ilk növbədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları genişləndirilməli, dəmir yollarının və liman infrastrukturunun modernləşdirilməsi sürətləndirilməli, gömrük prosedurları rəqəmsallaşdırılmalı, sərhəd keçidlərində vaxt itkisi azaldılmalı və Avropa investorlarının logistika mərkəzlərinin yaradılmasına cəlb edilməsi təşviq olunmalıdır.
Dördüncüsü, Avropa investisiyalarının qeyri-neft sektoruna cəlb edilməsi prioritet olmalıdır. Avropa İttifaqı Azərbaycanın aparıcı xarici investorlarından biridir. Avropa Komissiyasının məlumatına görə, Aİ-nin Global Gateway təşəbbüsü çərçivəsində Azərbaycanda 130 milyon avrodan artıq investisiyanın səfərbər edilməsi nəzərdə tutulmuşdur.
Zənnimizcə, aşağıdakı istiqamətlər üzrə Aİ investisiyaların Azərbaycan iqtisadiyyatına cəlb olunması prioritet olmalıdır: Sənaye və texnologiya: Avropa şirkətlərinin Azərbaycanda birgə müəssisələr yaratması, müasir texnologiyaların və idarəetmə təcrübəsinin ölkəmizə gətirilməsi; kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi: Avropa texnologiyaları əsasında aqrar emal müəssisələrinin, logistika və soyuducu anbar sistemlərinin qurulması; yaşıl enerji: Xəzər dənizinin külək enerjisi potensialından istifadə, günəş elektrik stansiyaları və yaşıl enerji ixracı layihələri; rəqəmsal iqtisadiyyat: Süni intellekt, informasiya texnologiyaları, data mərkəzləri və innovasiya infrastrukturu sahəsində əməkdaşlıq; Turizm: Avropa ölkələrindən Azərbaycana turist axınının artırılması, birbaşa aviareyslərin genişləndirilməsi və turizm infrastrukturuna investisiyaların cəlb edilməsi.
Beşincisi, turizm əməkdaşlığının da ciddi potensialı vadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayı 120,1 min nəfər təşkil etmişdir. Bu, 2024-cü illə müqayisədə 7 faiz artım deməkdir. Bu göstərici müsbət olsa da, Avropa bazarında Azərbaycanın turizm potensialından daha geniş istifadə oluna bilər. Xüsusilə mədəni turizm, sağlamlıq turizmi, ekoturizm və Qarabağ-Şərqi Zəngəzur turizm marşrutlarının təşviqi vacibdir. Yuxarıda apardığımız təhlillərdən çıxış edərək qarşıdakı dövrdə Azərbaycan-Avropa iqtisadi əməkdaşlığının yeni mərhələyə keçməsi ilə bağlı bir sıra təkliflərimizi də irəli sürürük:
Birincisi, enerji ixracatçısı statusundan əlavə, yaşıl enerji və texnologiya ixracatçısına çevrilmək. İkincisi, Orta Dəhlizin inkişafı ilə Avropa və Asiya arasında əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmək. Üçüncüsü, Avropa kapitalını və texnologiyalarını qeyri-neft sektoruna cəlb etməklə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək.
Bir məsələni də xüsusi olaraq qeyd edək ki, Avropa investorları üçün əsas amillərdən biri iqtisadi və hüquqi proqnozlaşdırıla bilmə, investisiyaların qorunması, şəffaflıq və uzunmüddətli gəlirlilikdir. Buna görə də biznes mühitinin daha da yaxşılaşdırılması, məhkəmə-hüquq mexanizmlərinin etibarlılığı və dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Heç şübhəsiz, Azərbaycanın Avropa üçün əhəmiyyəti artıq yalnız sahib olduğumuz enerji resursları ilə ölçülməməlidir. Azərbaycanın əsas strateji üstünlüyü onun enerji, nəqliyyat, coğrafiya, siyasi sabitlik və regional əməkdaşlıq imkanlarını vahid iqtisadi gücə çevirə bilməsindədir. Başqa sözlə, biz Avropaya yalnız enerji və nəqliyyat marşrutu təklif etməməliyik, həm də investisiya, istehsal, texnologiya və yeni iqtisadi imkanlar təqdim etməliyik. Bu, Azərbaycanın beynəlxalq iqtisadi mövqeyini gücləndirəcək və ölkəmizin qlobal iqtisadi proseslərdə rolunu daha da artıracaqdır.
Prerzident İlham Əliyevin Avropa ilə bağlı strateji yanaşmaları göstərir ki, Azərbaycanın bu “qoca qitə” ilə münasibətləri yalnız mövcud iqtisadi əlaqələrin qorunmasına deyil, yeni iqtisadi imkanların yaradılmasına əsaslanır. Bu gün qarşımızda duran əsas vəzifə enerji əməkdaşlığını investisiya, sənaye, rəqəmsal iqtisadiyyat və yaşıl texnologiyalar sahəsində tərəfdaşlıqla tamamlamaqdır.

Elman Nəsirov
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see293

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see290

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see285

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see270

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see259

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see256

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see244

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see240

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see239

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see238

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see224

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see223

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see222

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see222

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see219

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see213

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see211

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see208

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see207

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri