Icma.az
close
up
RU
Azərbaycan BƏƏ enerji tərəfdaşlığı müzakirəsi

Azərbaycan BƏƏ enerji tərəfdaşlığı müzakirəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyinin dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq çərçivəsində keçirilən görüşdə neft-qaz, bərpaolunan enerji, enerji səmərəliliyi, regional enerji dəhlizləri və logistika sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Qeyd olunub ki, strateji xarakterli ikitərəfli əlaqələr dövlət başçıları arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq və dostluq münasibətlərinə əsaslanır. Xüsusilə enerji sektorunda birgə layihələrin, habelə iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsi və onun enerji üzrə alt-komitəsinin fəaliyyəti, ikitərəfli əməkdaşlığın inkişafında mühüm rolu vurğulanıb.

Görüşdə karbohidrogenlərin qlobal enerji balansında mühüm payı və təbii qazın keçid enerji mənbəyi kimi əhəmiyyəti müstəvisində enerji şirkətlərinin hər iki ölkədə iştirak etdiyi birgə layihələrin icrası, təbii qazın ixracı və mövcud infrastruktur vasitəsilə Avropa bazarlarına çıxış imkanları dəyərləndirilib. Eyni zamanda, 230 meqavatlıq “Qaradağ” Günəş Elektrik Stansiyası bərpaolunan enerji sahəsində əməkdaşlığın uğurlu nümunəsi kimi qeyd olunub. Söhbət əsnasında, həmçinin “Masdar” şirkəti ilə 1000 meqavat gücündə günəş və külək layihələrinin icrası istiqamətində işlərin davam etdiyi bildirilib.

Görüş zamanı, həmçinin Cənub Qaz Dəhlizinin modeli əsasında Azərbaycanla Avropa İttifaqı arasında Qara dəniz vasitəsilə elektrik enerjisi dəhlizinin yaradılması təşəbbüsü müzakirə edilib. Bildirilib ki, bu layihə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji keçidi baxımından mühüm rol oynayacaq. Bundan əlavə, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında elektrik enerjisi interkonnektoru üzrə yaradılmış Birgə Müəssisə barədə məlumat verilib. Layihənin hazırda texniki-iqtisadi əsaslandırma mərhələsində olduğu, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən maliyyələşdirildiyi bildirilib. BƏƏ ilə regional enerji təchizatı və logistika istiqamətləri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Bununla yanaşı, enerji səmərəliliyi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Bu çərçivədə ESCO modeli üzrə Birləşmiş Ərəb Əmirliklərinin qabaqcıl təcrübəsinin bölüşdürülməsi və bu sahədə yeni istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Aprel 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri