Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq aktorlarla əlaqələrini genişləndirməsi ölkənin qlobal siyasətdəki rolunu möhkəmləndirir

Azərbaycan beynəlxalq aktorlarla əlaqələrini genişləndirməsi ölkənin qlobal siyasətdəki rolunu möhkəmləndirir

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Çinin CGTN telekanalına müsahibə verib. Bu müsahibədə Azərbaycanın beynəlxalq siyasəti, iqtisadi inkişafı və strateji əməkdaşlıq məsələləri geniş müzakirə edilib.Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. O, 44 günlük Vətən müharibəsi və 2023-cü ildə Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyini tam təmin etdiyini bildirib. Dövlət başçısı həmçinin post-münaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin qorunmasının Azərbaycanın əsas prioritetlərindən biri olduğunu qeyd edib. Müsahibədə Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda sabitlik və inkişafın əsas təminatçılarından biri olduğunu qeyd edib. Azərbaycanın strateji coğrafi mövqeyi, enerji resursları və nəqliyyat infrastrukturu ölkəmizi beynəlxalq əməkdaşlıq üçün etibarlı tərəfdaşa çevirir. Dövlət başçısı Azərbaycanın beynəlxalq enerji layihələrində – o cümlədən Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi layihələrdə mühüm rol oynadığını vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsinə də toxunub. O, bu prosesin uzunmüddətli və kompleks olduğunu bildirib. Azərbaycanın ÜTT-yə qoşulması ölkə iqtisadiyyatının dünya bazarlarına daha geniş inteqrasiyasına şərait yaradacaq və xarici investorlar üçün yeni imkanlar açacaq. Müsahibədə Azərbaycan və Çin arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq üzrə Bəyannamə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün mühüm addımdır. Prezident İlham Əliyev "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində Azərbaycanın Çin ilə əməkdaşlığının əhəmiyyətini xüsusi qeyd edib və iki ölkə arasında ticarət və investisiya əlaqələrinin getdikcə artdığını bildirib. Dövlət başçısı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə çox yaxşı və dost münasibətlərə malik olduğunu bildirib. Azərbaycan bu təşkilat çərçivəsində Asiya ölkələri ilə iqtisadi və diplomatik əlaqələrini genişləndirir. ŞƏT-ə üzv ölkələrlə əməkdaşlıq Azərbaycanın regional və qlobal arenada nüfuzunun artmasına xidmət edir. rezident İlham Əliyevin CGTN telekanalına müsahibəsi Azərbaycanın beynəlxalq mövqeyini və strateji tərəfdaşlıqlarını bir daha təsdiqləyib. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü təmin etməsi, regional və qlobal arenada güclü mövqeyə sahib olması və Çin, ÜTT və ŞƏT kimi beynəlxalq aktorlarla əlaqələrini genişləndirməsi ölkənin qlobal siyasətdəki rolunu möhkəmləndirir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın gələcək inkişafı və beynəlxalq əməkdaşlığının güclənməsi üçün mühüm əhəmiyyət daşıyır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri