Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son aylarda Azərbaycanın siyasi həyatında müşahidə olunan intensivlik ölkənin xarici siyasət kursunda dinamik bir canlanmanı göstərir. Bir-birinin ardınca ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünyanın müxtəlif bölgələrindən dövlət və hökumət rəhbərlərinin ardıcıl səfərləri və eləcə də Prezident İlham Əliyevin xarici ölkələrə mütəmadi səfərləri Azərbaycanın nüfuzunu və qlobal aktor rolunu bir daha təsdiq edir.
Modern.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
O qeyd edib ki, bu günlərdə Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri ənənəvi qarşılıqlı əməkdaşlığın olmadığı ölkələrlə yeni münasibətlərin qurulduğunu göstərir. Azərbaycan ictimaiyyətinin haqqında çox az məlumata malik olduğu Laos Cənub-Şərqi Asiyada yerləşən və dənizə çıxışı olmayan bir dövlətdir. Tarixən uzun müddət yapon və Çin istilalarına məruz qalmış və 20-ci əsrdə Fransa müstəmləkəsinə çevrilmiş Laos nəhayət 1953-cü ildə öz müstəqilliyini qazanıb və hazırda dünyanın 5 sosialist ölkəsindən biridir.
“Hazırda Vyetnam, Çin və Taylandla sıx əməkdaşlıq edən Laos ölkə iqtisadiyyatını inkişaf etdirmək və ölkədə müasir infrastruktur layihələri həyata keçirməyə çalışır. Qlobal bazarlara çıxış əldə etmək, xarici ölkələrdə sərmayə yatırımının diversifikasiyasını hədəfləyən Azərbaycan Laos Xalq Demokratik Respublikası ilə qarşılıqlı əməkdaşlıqda maraqlıdır. Bu əməkdaşlıq qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsinə, yeni tərəfdaşlıq formatlarının yaradılmasına və Azərbaycan Respublikasının daha geniş miqyasda qlobal əməkdaşlıq proseslərində iştirakını təmin etməklə, nəticə etibarilə, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsinə xidmət göstərəcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Onun sözlərinə görə, Laos əsasən kənd təsərrüfatı ölkəsidir və irihəcmli investisiyalara ehtiyacı var. Bununla yanaşı, iki ölkə arasında nəqliyyat, turizm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur.
“Laos Xalq Demokratik Respublikası Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri çərçivəsində imzalanmış Birgə Bəyanat və ikitərəfli razılaşmalar ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər açır. Beynəlxalq təşkilatlar çərçivəsində 1995-ci ildən başlayaraq iki ölkə arasında davam edən konstruktiv əlaqələri yüksək qiymətləndirən Prezident İlham Əliyev qarşıdakı dövrdə əməkdaşlığın yeni istiqamətlərinin açılmasının hər iki tərəf üçün faydalı olacağına əminliyi vurğulayıb. Azərbaycan və Laos arasında parlament əlaqələrinin mövcudluğu da bu əməkdaşlığın inkişafına öz töhfəsini verəcək”, - deyə Cavanşir Feyziyev əminliyini ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 14 Oktyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















