Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirir MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycanın nüfuzlu bir güc olması və qlobal meydanda böyük dövlətlərlə eyni sırada çıxış etməsi məsələsinə çox böyük diqqət yetirilir. İlk növbədə qeyd etmək lazımdır ki, dünyanın aparıcı güclərinin bir araya gəldiyi yeni beynəlxalq mühitdə rəqabət son dərəcə sərtləşib və bu prosesdə söz sahibi olan dövlətlərin sayı məhduddur". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzi Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, məhz bu mənada Azərbaycan kimi bir ölkənin həmin güclər sırasında yer alması diqqətəlayiq hadisədir: "Son on gün ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatı, MDB və Yaxın Şərq Sammiti kimi mühüm beynəlxalq platformalarda çoxvektorlu xarici siyasət xətti nümayiş etdirməsi və əhəmiyyətli uğurlar əldə etməsi xüsusi vurğulanmalıdır. Azərbaycan həm İslam dünyasının bir parçasıdır, həm də sekulyar dövlət modeli ilə Qərb dəyərlərini daşıyan unikal bir ölkədir. Bu xüsusiyyət ona həm Şərqlə, həm də Qərblə eyni dildə danışmaq, anlaşmaq imkanı verir.

Eyni zamanda, Azərbaycan postmüharibə dövründə ciddi resurslara, zəngin təcrübəyə və güclü potensiala malikdir. Qarabağ müharibəsində qazanılan qələbə nəticəsində əldə edilən təcrübə bu gün sülhün möhkəmləndirilməsi prosesində də mühüm rol oynayır. Bu baxımdan, Azərbaycanın regional sabitlik və təhlükəsizlik sahəsində fəal mövqe sərgiləməsi tamamilə təbiidir.

Qeyd etmək lazımdır ki, Azərbaycan rəhbərliyinin bölgədə və beynəlxalq aləmdə artan nüfuzu diqqətdən kənarda qalmır. Hətta bəzi mənbələrə görə, bu nüfuzun və diplomatik bacarığın ABŞ kimi böyük dövlətlər tərəfindən də etiraf edilməsi, o cümlədən keçmiş prezident Donald Trampın belə bir istək ifadə etməsi barədə fikirlər səsləndirilir.

Azərbaycan həm də Avropa dövlətləri ilə sülh danışıqlarının təşkili və vasitəçilik mexanizmlərinin formalaşdırılmasında mühüm rol oynayıb. Bu prosesdə Prezident İlham Əliyevin liderliyi sayəsində dövlətçilik ənənələrinə əsaslanan, ölçülüb-biçilmiş qərarlar qəbul edilib. Nəticə etibarilə, bu, Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirən ciddi bir təcrübə formalaşdırıb".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Oktyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri