Icma.az
close
up
RU
Azərbaycan öz mövqeyini bu gün daha da möhkəmləndirir MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan öz mövqeyini bu gün daha da möhkəmləndirir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Ulu Öndər Heydər Əliyev, müasir Azərbaycan dövlətçiliyinin memarı və ölkənin inkişafında mühüm rol oynayan tarixi şəxsiyyətdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, onun siyasi fəaliyyəti, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi və iqtisadi inkişafı istiqamətində atdığı addımlar Azərbaycan tarixində silinməz izlər buraxıb: "Heydər Əliyev 1969-cu ildə Azərbaycan SSR-in rəhbəri oldu və ölkənin sosial-iqtisadi inkişafına böyük töhfələr verdi. Onun rəhbərliyi altında Azərbaycan sənaye, kənd təsərrüfatı və təhsil sahələrində mühüm irəliləyişlər əldə etdi. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev, ölkədə sabitliyi təmin edərək, Azərbaycanın müstəqilliyini qorumaq üçün strateji addımlar atdı.

Heydər Əliyevin ən mühüm uğurlarından biri, Azərbaycanın enerji sektorunu inkişaf etdirmək və ölkəni qlobal enerji bazarında mühüm oyunçuya çevirmək idi. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın neft sənayesinin inkişafına və xarici investisiyaların cəlb edilməsinə imkan yaratdı.

Heydər Əliyev Azərbaycanın gənc nəslinin inkişafına xüsusi diqqət yetirirdi. Onun təşəbbüsü ilə təhsil sahəsində mühüm islahatlar həyata keçirildi, gənclərin xaricdə təhsil alması üçün imkanlar yaradıldı. Mədəniyyət sahəsində də böyük irəliləyişlər əldə edildi və Azərbaycanın milli irsi qorundu.

Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biri kimi qalır. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada güclü mövqeyə sahib oldu və ölkənin inkişafı üçün mühüm strateji istiqamətlər müəyyən edildi.

Heydər Əliyevin 102-ci ildönümü münasibətilə ölkədə və ölkə hüdudlarından kənarda böyük çoşqu ilə qeyd edilir. Onun arzusu, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi və işğal altında olan torpaqların azad olunması ilə bağlı idi. O, sağlığında bu məsələnin həllini özündən sonra gələcək liderə və Azərbaycan xalqına vəsiyyət etmişdi. Bugünkü reallıqlar göstərir ki, bu vəsiyyət tam şəkildə yerinə yetirilib və Azərbaycan öz suverenliyini tam bərpa edib".

"Heydər Əliyevin uzaqgörən siyasəti və strateji baxışı nəticəsində Azərbaycan güclü ordu qurmuş, beynəlxalq arenada mövqeyini möhkəmləndirmiş və işğal altında olan torpaqlarını azad etmişdir. 2020-ci ildə baş verən Vətən müharibəsi, bu vəsiyyətin gerçəkləşməsində mühüm rol oynadı. Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını işğaldan azad edərək, Heydər Əliyevin arzusunu reallaşdırdı. Bu tarixi hadisə, Heydər Əliyevin siyasi irsinin və onun müəyyən etdiyi strateji kursun uğurla davam etdirildiyini sübut edir. Azərbaycan bu gün müstəqil, güclü və qalib dövlət kimi dünya arenasında öz mövqeyini daha da möhkəmləndirir" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 May 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri