Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq ekspertlərdən ibarət qrupun yaradılmasına nail olub

Azərbaycan beynəlxalq ekspertlərdən ibarət qrupun yaradılmasına nail olub

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. Ölkə başçısı müsahibəsində AZAL-a məxsus təyyarənin qəzaya uğramasıvə bundan sonra hadisələrin inkişafı ilə bağlı fikirlərini bildirib, hadisə ilə əlaqədar çox vacib məqamlara toxunub, mühüm faktlar səsləndirilib.

Dövlət başçısı qəza ilə bağlı məlumatı Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən aldığını, dərhal göstəriş verərək Bakıya döndüyünü və gələn kimi hava limanında operativ müşavirə keçirdiyini bildirib. Prezident İlham Əliyev həmçinin qeyd edib ki, onun göstərişi ilə Dövlət Komissiyası yaradılmış, və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir.

Ölkə başçısı Qazaxıstan tərəfinin yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmədiyini, buna baxmayaraq Azərbaycan həkimlərindən ibarət qrupun da ezam edildiyini diqqətə çatdırıb.

“Mənim göstərişimlə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır” - deyən cənab Prezident bildirib ki, həm Qazaxıstanda, həm Rusiyada oxşar addımlar atıldı.

Prezident İlham Əliyev müsahibəsində son versiyanın “qara qutu”lar açılandan sonra bəlli olacağını, ancaq ilkin versiyaların da kifayət qədər əsaslı və faktlara söykəndiyini bildirib. Ölkə başçısı faktların ondan ibarət olduğunu bildirib ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Dövlət başçısı onu da əlavə edib ki, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir.

Prezident İlham Əliyev Rusiyanın rəsmi qurumlarınınqəza ilə bağlı hansısa qaz balonunun partlaması ilə bağlı irəli sürdüyüfikirlər, cəfəng versiyalar Rusiya tərəfinin məsələni açıq-aydın ört-basdır etmək istədiyini və bunun heç kimə başucalığı gətirmədiyini vurğulayb.

“Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”-deyə ölkə başçısı əlavə edib.

Prezident İlham Əliyev müsahibədə qeyd edib ki, qəzanın təfərrüatlarının tam araşdırılması məqsədi ilə Azərbaycan beynəlxalq ekspertlərdən ibarət qrupun yaradılmasına nail olub. Dövlət başçısı Rusiya tərəfinin rəsmi qaydada Azərbaycana Dövlətlərarası Aviasiya Komitəsinin bu işi araşdırmasını təklif etdiyini , lakin ölkəmizin qəti şəkildə bundan imtina etdiyini diqqətə çatdırıb və səbəbin də aydın olduğunu bildirib: “Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır ”.

Müsahibəsindətəyyarəpilotlarıvəekipajın, xüsusiləqadınekipajüzvlərininfəaliyyətiniqiymətləndirənölkəbaşçısıonlarınhəmpeşəkarlıq, həmsoyuqqanlılıqgöstərdiklərini, böyükinsanidavranışnümayişetdirdiklərinibildirib.CənabPrezidentonlarınfəaliyyətininAzərbaycandövlətitərəfindənlayiqincəqiymətləndiriləcəyinidiqqətəçatdırıb.

Azərbaycanın baş verənlərlə bağlı Rusiyadan gözləntiləri və tələbləri nədən ibarətdir?- sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycan öz tələblərini açıq şəkildə Rusiya tərəfinə çatdırdığını bildirdirib. Ölkə başçısı şərtləri açıqlayaraq qeyd edib ki, “Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir”.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Yanvar 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see316

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see171

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see128

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see122

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri