Azərbaycanlı və gürcü ekspertlərdən ibarət birgə qrupun yaradılması təklif edilir
Icma.az, Apa.az saytına istinadən bildirir.
Azərbaycan və Gürcüstandan olan siyasi ekspertlərdən ibarət birgə qrupun yaradılması təklif edilir.
APA-nın yerli bürosu xəbər verir ki, bu təşəbbüslə gürcü siyasi analitik, professor Badri Naçkebia Tbilisidə keçirilən “Gürcüstan-Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masada çıxışında deyib.
O bildirib ki, bu cür birgə qrupun təsis olunması həm Gürcüstan, həm də Azərbaycan tərəfi üçün çox faydalı olardı.
“Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bəzi təxribatlara əl atılır. Ekspertlər qrupu bu cür təxribatarın haradan qaynaqlandığını müəyyən edə və qarşısını vaxtında ala bilər”, - deyə politoloq əlavə edib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev təklifi fəstəkləyib. Onun sözlərinə görə, neqativ çağırışların çevik olaraq zamanında qarşısının alınması çox vacibdir.
Diplomat təkliflə bağlı detallı müzakirələrin aparılacağını və müvafiq addımların atılacağını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 19 Oktyabr 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















