Icma.az
close
up
RU
Parisdə Azərbaycan bəstəkarlarının musiqisindən ibarət konsert olub FOTOLAR

Parisdə Azərbaycan bəstəkarlarının musiqisindən ibarət konsert olub FOTOLAR

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Musiqi yaradıcılığı xalqın milli bədii özünüifadə vasitələrindən ən güclüsüdür. İnsanları bir-birinə yaxınlaşdıran, heç bir sərhəd tanımayan, duyğuları sərbəst çatdırmağı bacaran musiqi qədər insana doğma olan ikinci bir sənət təsəvvür etmək çətindir. Bu sənətin sahibləri dünyanın hər yerində fəaliyyət göstərən həmkarları ilə öz dillərində danışmağa qadirdirlər. Azərbaycan xalqı zəngin musiqi irsinə malikdir. SİA xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva səfirliyin Mədəniyyət Mərkəzində təşkil olunmuş Massi şəhərinin Musiqi və Rəqs Konservatoriyasının müəllim və şagirdlərinin Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertində deyib. O, Azərbaycan musiqisi və bəstəkarlarından söz açaraq bildirib ki, belə konsertlərin vaxtaşırı təşkili bəstəkarlar, ifaçılar və dinləyicilər üçün faydalıdır.

Konsert Azərbaycan xalq mahnıları, Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Qara Qarayev, Asəf Zeynallı, Musa Mirzəyev, Tofiq Quliyev, Əşrəf Abbasov, İsmayıl Hacıbəyli, Rauf Hacıyev, Ağabacı Rzayeva kimi azərbaycanlı bəstəkarların, eləcə Klod Debussi, Frederik Şopen, Moris Ravel, Fazil Say kimi digər xalqların bəstəkarlarının əsərləri pianoda, fleytada, klarnetdə ifa olunub.

Konsert pianoçu Səidə Zülfüqarovanın müşayiəti ilə İannis Ksenakis Konservatoriyasının direktoru Qabriel Kabare Moris Ravelin mahnısını ifa edib.

Konsert Fazil Sayın “Qara torpaq” və Tofiq Quliyevin “Qaytağı” musiqilərinin pianoçu Səidə Zülfüqarovanın ifası ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Fevral 2025 05:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri