Icma.az
close
up
RU
Azərbaycan Beynəlxalq Kitab Sərgisində Fəxri qonaq ölkəsidir

Azərbaycan Beynəlxalq Kitab Sərgisində Fəxri qonaq ölkəsidir

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 29-da ATO Konqres Mərkəzində XXI Ankara Kitab Sərgisinin açılış mərasimi keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə Türkiyənin dövlət və hökumət nümayəndələri, təhsil, mədəniyyət sahəsinin təmsilçiləri iştirak ediblər. Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu, XXI Ankara Kitab Sərgisi Təşkilat komitəsi və "Eylül Fuarcılık" qurumunun rəhbəri Remzi Çayır çıxış edərək sərgi haqqında məlumat verib, onun əhəmiyyətini vurğulayıblar.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov sərginin təşkilini yüksək qiymətləndirərək ilk dəfə olaraq Azərbaycanın Ankara Beynəlxalq Kitab Sərgisinin "Fəxri qonaq ölkəsi" seçilməsinə görə Təşkilat komitəsinə təşəkkürünü bildirib.
Sərginin fəxri qonaqları Türkiyəli alim Kamal Sayar və Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri akademik Nizami Cəfərov kitab və mütaliənin əhəmiyyətindən, qardaş ölkələrin ədəbi-mədəni əlaqələrindən bəhs ediblər.  Sonra Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəqs və musiqi nömrələri təqdim olunub. 
Daha sonra sərgi məkanında Azərbaycan stendinin açılışı keçirilib. Milli stendimiz Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Stendin ziyarətçiləri Azərbaycanın aparıcı nəşriyyatlarının çap etdiyi ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyət və ədəbiyyatına dair çap nümunələri ilə tanış olublar. 
Dekabrın 8-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan stendində çoxsaylı tədbirlərin, o cümlədən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə türk dilində çap olunmuş Nizami Gəncəvinin və Məhəmməd Füzulinin əsərlərinin təqdimatları planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 30 Noyabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri